Oktyabrda Dayanıqlı İnkişafa dair Bakı Forumu keçiriləcək
29.06.2018 [10:01]
Oktyabrın 25-26-da Dayanıqlı İnkişafa dair Bakı Forumu keçiriləcək. Forum çərçivəsində “İnteqrasiya, sürətləndirmə və siyasətə dəstək” (MAPS) missiyasının nəticələrinə dair Bakı Bəyannaməsinin qəbul olunması və Azərbaycan Hökuməti ilə BMT Avropa İqtisadi Komissiyası tərəfindən əməkdaşlıq sazişinin imzalanması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 28-də Nazirlər Kabinetində keçirilən Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclasında məlumat verilib.
Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib ki, Bakı Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində beynəlxalq və regional tərəfdaşlığın genişləndirilməsi mövzusunda təşkil ediləcək. Forum Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə keçiriləcək. Forumda BMT-nin rəhbər şəxslərinin və beynəlxalq ekspertlərin iştirakı planlaşdırılır.
Şura sədri qeyd edib ki, 2019-cu ilin yayında Yüksək Səviyyəli Siyasi Foruma Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatı təqdim ediləcək. DİM-in milli inkişaf proqramlarına uyğunlaşdırılması əsas vəzifələrdəndir və bu, çox vacib məsələdir.
Sonra Dayanıqlı İnkişafa dair Bakı Forumu barədə məlumat verən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, forum 6 sessiyadan ibarət olacaq. Tədbirdə BMT-nin yüksək səviyyəli nümayəndələri, Şərqi və Mərkəzi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri, eləcə də beynəlxalq ekspertlər də daxil olmaqla 250 nəfərin iştirakı nəzərdə tutulur.
Bundan başqa, forum zamanı BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin icrasına dəstək məqsədilə İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Milli Elmlər Akademiyası və BMT-nin Azərbaycan nümayəndəliyinin birgə elan etdiyi İkinci Respublika İnnovasiya Müsabiqəsinin təltifetmə mərasimi keçiriləcək.
İclasda forumun təşkili üçün işçi qrup və təşkilat komitəsinin yaradılması, gündəlik layihəsi və Bakı Bəyannaməsinin layihəsi kimi məsələlərə baxılıb.
Həmçinin iclasda ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramları və strategiyalarının DİM ilə uzlaşdırılması, məqsədlərin prioritetləşdirilməsi və MAPS hesabatının nəticələri müzakirə edilib. Fəlakət Risklərinin Azaldılması üzrə Sendai Çərçivə Sənədindən (2015-2030) irəli gələn hədəflərin milli səviyyədə həyata keçirilməsi, habelə fəlakət risklərinin azaldılması üzrə milli strategiyanın hazırlanmasının Şura tərəfindən əlaqələndirilməsi məsələləri də nəzərdən keçirilib.
Sonda Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatının hazırlanması, Dayanıqlı İnkişafa dair Bakı Forumunun təşkili ilə bağlı müvafiq qurumlara tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

