/ / Kənd Təsərrüfati Nazirliyi: Pambıqçılıq, tütünçülük, baramaçılıq və arıçılığa görə verilən subsidiyalar ləğv edilməyib
Kənd Təsərrüfati Nazirliyi: Pambıqçılıq, tütünçülük, baramaçılıq və arıçılığa görə verilən subsidiyalar ləğv edilməyib
04.09.2020 [09:25]
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun dünən imzaladığı 319 saylı qərarla əlaqədar bildiririk ki, bu Qərar pambıqçılıq, tütünçülük, barama istehsalı və arıçılıq fəaliyyətinə görə dövlət tərəfindən verilən subsidiyaların ləğv edilməsini nəzərdə tutmur.
Bunu AZƏRTAC-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
O bildirib ki, kənd təsərrüfatına dövlət dəstəyinin göstərilməsi hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 saylı Fərmanı ilə tənzimlənir: “Həmin Fərmanla təsdiq edilən vahid qaydaya uyğun olaraq ölkəmizdə bitkiçilik və heyvandarlıq üzrə 6 növ subsidiya üzrə ödənişlər bu il yanvarın 1-dən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən həyata keçirilir. Bu səbəbdən fermerlərə subsidiya verilməsinə dair Nazirlər Kabinetinin əvvəlki qərarları, mövcud hüquqi-normativ aktlar yeni Fərmana uyğunlaşdırılır. Bu, hüquqi prosedurdur və Nazirlər Kabinetinin aqrar sahəyə dövlət dəstəyini nəzərdə tutan bir sıra qərarların ləğvinə dair son qərarı bu uyğunlaşma ilə əlaqədardır. Artıq bu il dövlət tərəfindən payızlıq əkinlərə görə subsidiyaların ödənilməsi həyata keçirilib, digər kateqoriya subsidiyaların, o cümlədən arıçılığa görə subsidiyaların ödənilməsi hazırda davam edir. Sosial şəbəkələrdə Nazirlər Kabinetinin son qərarının subsidiyaların ləğv edilməsi kimi şərh olunması yanlışdır və bunun heç bir hüquqi əsası yoxdur”.
Vüqar Hüseynov qeyd edib ki, Aqrar Subsidiya Şurasının 2 sentyabr 2019-cu il tarixli qərarına görə, fermerlərə emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna görə 100 manat, təhvil verilən yaş tütünün hər tonuna görə isə 50 manat məhsul subsidiyası verilir. Bundan əlavə, fermerlərə pambıq sahələrinin hər hektarına görə 220 manat, tütün sahələrinin hər hektarına görə isə 280 manat əkin subsidiyası ödənilir. Arıçılar isə təsərrüfatlarında olan arı ailələrinin hər birinə görə 10 manat subsidiya alırlar. Dövlət, həmçinin qəbul məntəqələrinə təhvil verilmiş yaş baramanın hər kiloqramına görə kümçülərə 5 manat subsidiya ödəyir. “Bu subsidiyaların heç biri ləğv olunmayıb, ölkədə aqrar sahəyə dövlət dəstəyi tam şəkildə davam etdirilir və fermerlərimizin mövcud “Fermer kartı”na subsidiyaların köçürülməsi əvvəlki qaydada davam edəcək”, - deyə o, əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

