O gün uzaqda deyil...
17.06.2022 [10:08]
Azərbaycan Naxçıvan üzərindən Avropaya elektrik enerjisi ötürəcək
M. FEYİZLİ
Qısa müstəqillik tarixində uğurla inkişaf edən və güclü dövlətə çevrilən Azərbaycan miqyasına görə regional və qlobal əhəmiyyət daşıyan möhtəşəm layihələrin icrasını uğurla təmin edir. İndiyədək reallaşdırılan belə layihələr Azərbaycanın regional nüfuzunu artırmaqla yanaşı, bütövlükdə Avrasiya coğrafiyasında əməkdaşlığın qarşılıqlı maraqlar əsasında dərinləşməsi üçün yeni imkanlar yaradır. Hazırda isə daha bir yeni meqa layihənin icrasına start verilib. Söhbət üç onillik ərzində blokada şəraitində yaşamaq məcburiyyətində qalan Naxçıvanın Azərbaycanın vahid enerji sisteminə qoşulmasını da özündə ehtiva edən beynəlxalq layihədən gedir. Bu, Azərbaycan, Türkiyə və Avropa ölkələrarası enerji layihəsidir.
Azərbaycanın regionda yaratdığı yeni reallıqlar
Bəhs olunan meqa layihənin reallaşdırılması imkanları Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə sayəsində regionda yaratdığı yeni reallıqlar sayəsində mümkün olub. Ermənistanın üç onillik ərzində havadarlarının köməyi ilə ərazilərimizin 20 faizini işğal altında saxlaması bu ölkənin özünü dalana çevirməklə yanaşı, bütövlükdə, regionda iqtisadi əlaqələrin genişlənməsinə, bölgənin potensialından səmərəli şəkildə istifadə olunmasına da əngəllər yaradırdı. Azərbaycan qüdrətli Ordusunun gücü ilə işğalçını ram etməklə və ərazi bütövlüyünə nail olmaqla bu əngəlləri də aradan qaldırdı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatda ölkəmizin qalib tərəf kimi irəli sürdüyü mühüm şərtlər nəzərə alınıb. Sözügedən Bəyanatda respublikamızın əsas hissəsi ilə blokadada qalan Naxçıvan arasında maneəsiz kommunikasiya əlaqəsinin yaradılması ilə bağlı müddəada öz əksini tapıb. Prezident İlham Əliyev bəhs olunan kommunikasiya marşrutunu “Zəngəzur dəhlizi” adlandırdı və bu beynəlxalq miqyasda elə belə də qəbul olundu.
Bütün region dövlətlərinin və daha geniş coğrafiyada yerləşən ölkələrin böyük maraq göstərdikləri Zəngəzur dəhlizi avtomobil və dəmir yolu kimi mühüm seqmentlərdən ibarət olacaq. Dəhlizdən keçməklə, həmçinin elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulub. Respublikamızdan Naxçıvan ərazisinə elektrik enerjisinin ötürülməsi, həmçinin Azərbaycanla İran arasında imzalanan sənədə əsasən qonşu ölkənin ərazisindən keçməklə yaradılacaq kommunikasiya marşrutu üzrə də mümkündür. Hazırda ölkəmizin ərazisində həm Ermənistandan, həm də İrandan keçəcək kommunikasiya xətlərinin yaradılması ilə bağlı müvafiq infrastrukturun yaradılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir.
Qaranlıqdan işığa
Keçmiş sovet dönəmində Naxçıvanın elektrik enerjisi ilə təchizatı 220 kilovoltluq Ararat-Babək, 110 kilovoltluq Ararat-Şərur, Aqarak-Ordubad elektrik verilişi xətləri və sistemə qoşulan Araz Su Elektrik Stansiyası vasitəsilə həyata keçirilirdi. Respublikamıza qarşı düşmənçilik siyasəti aparan Ermənistan 1990-cı ildən etibarən öz ərazisindən Naxçıvana elektrik enerjisinin ötürülməsini dayandırdı. Həmin dövrdə muxtar respublika yalnız Araz Su Elektrik Stansiyasında istehsal olunan 15-20 mvt gücündə elektrik enerjisinin ümidinə qalmışdı. Belə ağır dövrdə xalqın təkidli tələbi ilə Naxçıvan Ali Məclisinin sədri seçilən ulu öndər Heydər Əliyev Naxçıvanı aclıqdan, səfalətdən qoruduğu kimi, qaranlıqdan da xilas etdi. Ulu Öndər özünün böyük nüfuzundan istifadə etməklə qardaş Türkiyənin və İranın rəhbərliyi ilə intensiv danışıqlar apardı və qonşu ölkələrdən Naxçıvana elektrik enerjisi verilməsini təmin etdi. Beləliklə, ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində qədim diyarın işıqlı günləri başladı. Sonrakı mərhələlərdə Naxçıvanın enerji təchizatının möhkəmləndirilməsi, dayanıqlı bir sistemin qurulması üçün böyük həcmlərdə investisiya qoyuluşu hesabına çoxlu sayda layihələr reallaşdırıldı.
Naxçıvanın enerji təchizatı sisteminin möhkəmləndirilməsində bərpa olunan mənbələrdən istifadə olunması xüsusi yer tutur. Hazırda muxtar respublikada günəş enerjisindən, eləcə də mövcud hidroenerji potensialından səmərəli istifadə olunur, dağ çayları üzərində yeni su elektrik stansiyaları tikilir. Bu sahədə statistika kifayət qədər zəngindir. Əgər 70 il ərzində Araz çayı üzərində cəmi 1 müştərək elektrik stansiyası tikilmişdirsə, müstəqillik illərində Naxçıvanda 9 yeni elektrik stansiyası qurulub ki, bunun da 5-i su, 3-ü isə günəş elektrik stansiyasıdır.
Onların sırasına 5 meqavat gücündə yeni Şərur Günəş Elektrik Stansiyası da əlavə olunub. Bu da muxtar respublikada Günəş elektrik stansiyalarının gücünü 32 meqavata, illik istehsalını isə 50 milyon kilovat-saata çatdırmağa imkan verir. Bu gün muxtar respublikada il ərzində istifadə olunan təxminən 430 milyon kilovat-saata yaxın elektrik enerjisinin 50 faizi bərpaolunan enerji mənbələrinin payına düşür. Bütövlükdə, Naxçıvanda elektrik enerjisinə olan tələbat bütünlüklə yerli istehsal hesabına təmin edilir. Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən Prezident İlham Əliyev vurğulayıb: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.
Naxçıvandan Avropaya
Bir vaxtlar Azərbaycandan Avropaya elektrik verilişi xəttinin yaradılacağını heç təsəvvürə də gətirməzdik. Ancaq indi bu reallığa çevrilməkdədir. Ana Azərbaycandan Naxçıvana çəkiləcək elektrik verilişi xətti qardaş Türkiyədən keçməklə Avropayadək uzanacaq. Artıq yeni xəttin yaradılmasına start verilib. Mayın 26-da Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə”Azərenerji” ASC-nin 330/110 kilovoltluq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasiminə qatılıb. Bu, yeni enerji dəhlizinin çox mühüm infrastruktur obyektidir. Təməlqoyma mərasimində bildirildiyi kimi, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyalarına, oradan isə Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, 1000 meqavat yükötürmə qabiliyyətinə malik olmaqla ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq, “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarının, o cümlədən “BP Cəbrayıl” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyasını həyata keçirmək üçün 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir.
Layihə üç mərhələdə reallaşdırılacaq. Birinci mərhələ üzrə işlər 2022-2023-cü illərdə tamamlanacaq. İlk növbədə “Ağcabədi” və “İmişli” yarımstansiyaları genişləndirilərək tamamilə yenidən qurulacaq. “Ağcabədi” yarımstansiyasından 132, “İmişli” yarımstansiyasından isə 130 kilometr məsafədə Cəbrayıla yüksək gərginlikli 330 kilovoltluq ötürmə xətti çəkiləcək və bu ərazidə yuxarıda bəhs olunan 330 kilovoltluq qovşaq yarımstansiyası tikiləcək. 2023-2024-cü illəri əhatə edəcək ikinci mərhələdə əsas hədəf Naxçıvan elektrik şəbəkəsini Azərbaycanın enerji sisteminə qoşmaqdır. Bu mərhələdə “Cəbrayıl” qovşaq yarımstansiyasından Naxçıvana 330 kilovoltluq xətt çəkiləcək. Eyni zamanda, Naxçıvanda 330 kV-luq yarımstansiya tikiləcək. Layihənin gerçəkləşdirilməsinin üçüncü mərhələsində Naxçıvanın Türkiyəyə yaxın ərazisində 330 kilovoltu 400 kilovolta keçirmək üçün əlavə çevirici yarımstansiya inşa ediləcək və Naxçıvandan Türkiyəyə elektrik verilişi xətti çəkiləcək. Bundan sonra Azərbaycanda istehsal edilən elektrik enerjisini Naxçıvan üzərindən Avropaya ötürmək mümkün olacaq. Həmin gün uzaqda deyil.
Xəbər lenti
Hamısına bax
Elm
10 Fevral 23:46

İdman
10 Fevral 23:28

Sosial
10 Fevral 23:18

İdman
10 Fevral 22:56

Dünya
10 Fevral 22:34

Sosial
10 Fevral 22:15

Elm
10 Fevral 21:58

Dünya
10 Fevral 21:37

Diaspor
10 Fevral 21:14

Xəbər lenti
10 Fevral 20:53

Elm
10 Fevral 20:35

Hadisə
10 Fevral 20:11

İdman
10 Fevral 19:50

İqtisadiyyat
10 Fevral 19:32

Hərbi
10 Fevral 19:18

Sosial
10 Fevral 18:21

Dünya
10 Fevral 18:08

Sosial
10 Fevral 18:00

Elanlar
10 Fevral 17:50

Siyasət
10 Fevral 17:47

Dünya
10 Fevral 17:17

Xəbər lenti
10 Fevral 16:45

Siyasət
10 Fevral 16:22

Siyasət
10 Fevral 16:07

Gündəm
10 Fevral 15:57

Siyasət
10 Fevral 15:51

Dünya
10 Fevral 15:33

YAP xəbərləri
10 Fevral 15:31

YAP xəbərləri
10 Fevral 15:30

Siyasət
10 Fevral 15:07

Dünya
10 Fevral 15:06

Dünya
10 Fevral 15:03

Sosial
10 Fevral 14:45

Siyasət
10 Fevral 14:42

YAP xəbərləri
10 Fevral 14:35

İqtisadiyyat
10 Fevral 14:33

Hadisə
10 Fevral 14:10

Hərbi
10 Fevral 14:05

Siyasət
10 Fevral 13:53

Sosial
10 Fevral 13:47

Sosial
10 Fevral 12:45

İqtisadiyyat
10 Fevral 12:19

Xəbər lenti
10 Fevral 12:13

Xəbər lenti
10 Fevral 12:03

Sosial
10 Fevral 11:20

İdman
10 Fevral 10:49

Ədəbiyyat
10 Fevral 10:43

Dünya
10 Fevral 10:39

İqtisadiyyat
10 Fevral 10:34

Hadisə
10 Fevral 10:28

Dünya
10 Fevral 10:16

Dünya
10 Fevral 09:58

Dünya
10 Fevral 09:32

Dünya
10 Fevral 09:15

Sosial
10 Fevral 08:44

Dünya
09 Fevral 23:46

İdman
09 Fevral 23:18

Hadisə
09 Fevral 22:52

Dünya
09 Fevral 22:25

Dünya
09 Fevral 21:49

Dünya
09 Fevral 21:17

Siyasət
09 Fevral 20:51

Sosial
09 Fevral 20:19

Dünya
09 Fevral 19:50

Dünya
09 Fevral 19:25

Dünya
09 Fevral 18:42

Dünya
09 Fevral 18:27

Dünya
09 Fevral 17:46

Dünya
09 Fevral 17:18

Dünya
09 Fevral 16:44
