Sərhəd tanımayan Yaşıl Kart
16.02.2023 [10:42]
Mübariz FEYİZLİ
Şəxsi minik avtomobili ilə dünya səyahətinə çıxmaq, ölkələri, şəhərləri gəzmək kimin arzusu deyil? Bu həm rahatlıq, səyahət zamanı bir sıra problemlərdən azad olmaq, həm də vəsaitə, vaxta qənaət deməkdir. Ancaq ortada sərhəd baryerləri, bədbəxt hadisələr qorxusu da var. Respublikamızda qeydiyyatda olan avtomobillər xarici ölkələrdə hansısa bir səbəbdən qəzaya uğradıqda sığorta hadisəsinə görə ödənişlərin edilməsi mümkünsüz idi. Bu kimi səbəblərə görə də Azərbaycan vətəndaşı olan səyahət həvəskarları arzularını reallaşdıra bilmirdilər. Ancaq artıq şəxsi avtomobillərimizlə sərhədlər keçib xarici ölkələrə gedəndə bu kimi məhdudiyyətlərlə üzləşməyəcəyik.
Yaşıl Kart üzrə beynəlxalq sistemə inteqrasiya
Beynəlxalq səviyyədə avtomobillərin sığortası üzrə Yaşıl Kart sistemi Birləşmiş Millətlər Təşkilatının (BMT) xətti ilə tətbiq edilir. BMT-nin Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində fəaliyyət göstərən Yaşıl kart Sistemi 1949-cu ildə beynəlxalq nəqliyyatı asanlaşdırmaq və bu sistem çərçivəsində zərərlərin tənzimlənməsi üçün yaradılıb. 1 yanvar 2016-cı il tarixindən etibarən Azərbaycanın İcbari Sığorta Bürosu (İSB) Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.
Beynəlxalq Bürolar Şurasının 2022-ci ilin iyun ayında (BBŞ) Belqrad şəhərində keçirilmiş 56-cı Assambleyasında Azərbaycan Milli Yaşıl Kart Bürosu funksiyalarını həyata keçirən İcbari Sığorta Bürosunun fəaliyyəti yüksək qiymətləndirilib. Beləliklə, 10 illik keçici hüquqlu üzvlük müddəti tamamlanmadan, 5 illik müddətdə Büro BBŞ-nin tamhüquqlu üzvü seçilib. Eyni zamanda, üçüncü şəxslərə dəymiş zərərlərin ödənilməsi, öhdəliklərin zəmanəti kimi BBŞ-nin müəyyənləşdirdiyi xarici bankda yerləşdirilmiş 5 000 000 avro vəsaitin geri qaytarılması təmin olunub. Həmin vəsait büronun Azərbaycan banklarında olan hesabına transfer edilərək investisiyaya yönəldilib.
Saxta Yaşıl Karta “Dayan” qadağası
Beynəlxalq inteqrasiyanın təmin edilməsi ilə yanaşı, milli səviyyədə də müəyyən prosedurlar həyata keçirilib. Ötən il Dövlət Gömrük Komitəsi və İcbari Sığorta Bürosu arasında Yaşıl Kart müqavilələri ilə bağlı inteqrasiya uğurla tamamlanıb. Belə ki, iki qurum arasında Yaşıl Kart müqavilələrinin qüvvədə olub-olmamasının müəyyən edilməsi ilə bağlı məlumat mübadiləsi başa çatdırılıb. Rəqəmsal inteqrasiya nəticəsində saxta Yaşıl Kartların yayılmasına və istifadəsinə imkan verilmir.
İSB-nin elektron informasiya sistemi ilə DGK-nın informasiya sistemi arasındakı məlumat mübadiləsi ölkəmizdə qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinin respublikanı tərk etməmişdən öncə gömrük məntəqələrində Yaşıl Kartın etibarlılığının elektron formatda müəyyən edilməsinə və proseslərin sürətləndirilməsinə xidmət edir. Belə ki, yaxın keçmişdə dünyanın müxtəlif ölkələrində Azərbaycanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş sığorta hadisələri nəticəsində zərərin ödənişi ilə əlaqədar İSB-yə müraciət edilərkən sığorta şəhadətnamələrinin saxtalaşdırılması halları təsbit edilib və bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciətlər ünvanlanıb. İnteqrasiyanın tamamlanması bu kimi xoşagəlməz halların qarşısını almaqda mühüm rol oynayacaq. Öz növbəsində İcbari Sığorta Bürosu vətəndaşların diqqətinə çatdırır ki, “İcbari Sığortalar haqqında” Qanunun 63.2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi ölkəmizin Yaşıl Kartını yalnız Yaşıl Kart sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla müqavilə bağlayaraq əldə etməlidir. Bu şirkətlərin siyahısı İSB-nin rəsmi internet səhifəsində yerləşdirilib. Yaşıl Kart sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçı sığorta şirkətləri bunlardır: “AtaSığorta” ASC, “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “AzSığorta” ASC, “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”, “A-Qroup Sığorta Şirkəti” ASC, “Bakı Sığorta” ASC, “Günay Sığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Naxçıvan sığorta” ASC “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Xalq Sığorta” ASC.
Dünyada bir ilk və sığorta xidmətlərinin ixracı
Mərkəzi Bankdan “Yeni Azərbaycan”a bildirilib ki, ötən dövr ərzində Azərbaycan və Türkiyənin Yaşıl Kart sığorta sistemlərinin inteqrasiyası həyata keçirilib. Bununla da respublikamızda qeydiyyatda olan avtomobillər Türkiyəyə, həmçinin qardaş ölkədə qeydiyyatda olan avtonəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil olarkən Yaşıl Kartın etibarlılığının elektron qaydada müəyyən edilməsi imkanı yaranıb. Bu inteqrasiya dünya ölkələri üzrə ilk və nümunəvi təcrübə olmaqla yanaşı, saxta Yaşıl Kart sığorta şəhadətnaməsi ilə sərhədlərin keçilməsinin qarşısını alır.
Ölkəmizin Yaşıl Kart sistemi üzrə beynəlxalq əməkdaşlığı genişlənir. 1 yanvar 2023-cü ildən etibarən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələri üzrə müraciət edən şəxslərə Azərbaycan Yaşıl Kartlarının təqdim edilməsinə start verilib. Beləliklə, yerli sığorta sektorunun beynəlxalq müstəvidə təmsil olunması imkanları daha da genişlənib, sektor digər ölkələrə sığorta xidmətlərini ixrac etməyə başlayıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

