Türkiyə yeni mərhələyə start verəcək
06.04.2024 [11:05]
Qiymət indeksinin azaldılması istiqamətində məqsədli addımlar atılacaq
Türkiyə hökuməti 2 ildən artıqdır ki, ölkənin iqtisadi-sosial həyatında sıxıntılara səbəb olan yüksək qiymət artımları ilə mübarizənin yeni mərhələsinə start vermək niyyətindədir. Rəcəb Tayyib Ərdoğan 12-ci İqtisadi İnkişaf Planı çərçivəsində ölkənin əsas hədəf prioritetlərindən biri kimi inflyasiyanın azalması istiqamətində hökumətin koordinasiyalı fəaliyyətinin artırılacağını bildirib. Ortamüddətli inkişaf proqramı çərçivəsində müəyyən edilmiş anti-inflyasiya tədbirlərinə əsasən, cari ilin ikinci yarısından etibarən qiymət indeksinin azaldılması istiqamətində məqsədli addımlar atılacaq.
Qeyd edək ki, Türkiyədə istehlak qiymətləri indeksinin artım tempi mart ayında yenidən sürətlənərək 2022-ci ilin noyabrından bəri yeni maksimuma çatıb. Ölkənin Statistika İnstitutunun (Türkstat) hesabatına görə, martda inflyasiya illik ifadədə 68,5 faiz təşkil edib. İstehlak qiymətlərinin artımının sürətlənməsinə, əsasən minimum əməkhaqqının yüksəldilməsi səbəb olub ki, bu da ölkədə inflyasiyanın əsas hərəkətverici qüvvəsi olan xidmətlərin kəskin bahalaşması ilə nəticələnib. Mart ayında ölkədə təhsil xidmətləri ötən ilin analoji dövrü ilə müqayisədə iki dəfədən çox, tibbi xidmətlər 1,8 dəfə, mehmanxana, kafe və restoranlarda qiymətlər 1,9 dəfə, kommunal xidmətlərin qiyməti 1,5 dəfə, nəqliyyat qiymətləri 1,8 dəfə bahalaşıb. Eyni zamanda, ötən ay ərzaq məhsullarının qiyməti 1,7 dəfə, geyim qiymətləri isə 1,5 dəfə artıb. Nəticədə hökumətin minimum əməkhaqqı artımları və digər sosial dəstək tədbirləri sayəsində əhalinin artan gəlirləri yenə də inflyasiyanın yeminə çevrilərək dəyərini itirir. Üstəlik, milli valyuta olan lirənin də dəyər itirməsi alıcılıq qabiliyyətini çətinləşdirir.
Bütün bunlar hökumətin narahatlığını artırır və Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə keçirilən İqtisadi Koordinasiya Şurasının iclasında bu məsələyə bir daha əsas qayğılardan biri kimi diqqətin artırılması vurğulanıb.
İnflyasiyanın artmasının səbəbi nədir?
İlk öncə, bir məqamı qeyd edək ki, qardaş ölkədəki maliyyə sabitliyinin zəiflədilməsində siyasi faktorun rolu az deyil. Son illərdə dolların sürətlə bahalaşmasında valyuta bazarındakı süni spekulyasiyaların təsiri az olmayıb, ölkənin valyuta birjalarına müdaxilədə yerli və xarici bank-maliyyə təmsilçilərinin də rolu az deyil. R.T. Ərdoğanın “təpəçilər” (sələmçilər) dediyi qrupun Türk Lirəsinin ucuzlaşması üçün məqsədli şəkildə dollar ajiotajı yaratdığına dair kifayət qədər sübutlar var. Türkiyə Mərkəzi Bankının (TMB) dollar-TL məzənnəsini müəyyən etdikdən sonra “qara bazarda” 20-25 faizlə valyuta satışları da buna dəlalət edir. Bazar iştirakçıları, biznes qrupları süni dollar ajiotajı mühitində daha çox dollar almaq istəyir ki, bu da tələbi artırır, banklar və valyuta birjası dollar və avroya tələbi tam qarşılaya bilmədiyindən kiçik və orta biznesin bir qismi “qara bazar”a üz tutmalı olurlar. Bazardakı həmin spekulyatorlar da məqsədli şəkildə sələmçilərin (“təpəçilər”) sayəsində TL-nin dəyərsizləşməsinə səbəb olur.
Ancaq bütün bunlara baxmayaraq, Türkiyədə yerli valyutanın ucuzlaşması, inflyasiyanın artmasında real iqtisadi mühit, ölkənin tədiyyə balansının cari vəziyyəti də əsaslı amillərdən biridir. Son illərdə Türkiyənin tədiyyə balansındakı cari kəsirin artması müşahidə edilir, ticarət əməliyyatlarında idxalın payı daha da artır. Ötən ilin fevral ayında baş vermiş dağıdıcı zəlzələdən sonra ölkənin ixracında kəsirin artması tədiyyə balansındakı kəsiri bir qədər də yüksəldib. 2023-cü ildə ölkədə ixracın həcmi 250 milyard dollar olsa da, idxal 320 milyard dollara yaxın olub. İnflyasiyanın strukturunda idxal amili ən azı 60 faiz yer tutur və xaricdən idxal olunan əmtəələrin bahalaşması bu səbəbdən bazar qiymətlərinə təsir edir.
Türkiyə yüksək qiymət dalğalarını səngitməyə, ölkədə maliyyə sabitliyini
möhkəmləndirməyə qadirdirmi?
Türkiyənin iqtisadiyyatı güclüdür, ölkənin turizm sektoru, yüngül və yeyinti sənayesi, kənd təsərrüfatı, texnologiyalar və avtomobil və hərbi sənayesi iqtisadi inkişafın və maliyyə sabitliyinin təmin edilməsində mühüm rol oynayır. Hazırda turizmin daha da böyüməsi, zəlzələdən sonra iqtisadi dövriyyədən kənarda qalmış iri aqrar rayonların yenidən əlavə dəyərin yaranmasına töhfə verməsi, sənaye, xüsusilə də avtomobil ixracının artması qardaş ölkənin iqtisadiyyatının sabitləşməsi üçün ümidverici proqnozlar vəd edir.
2024-cü ildə Türkiyənin milli müdafiə və avtomobil sənayesinin ixracında xüsusi çəkisinin artması gözlənilir. Eyni zamanda, ötən il kəşf edilmiş qaz yataqlarında hasilat işlərinə başlanılması və qaz sənayesinin inkişafı, eləcə də neft hasilatı rayonlarında yanacaq istehsalı-emalı infrastrukturlarının qurulması, turizm sektorunun milli gəlirdə payının artması, tətbiq olunan vergi güzəştlərinin biznesin yaratdığı əlavə dəyərdə çəkisinin yüksəlməsi, digər sahələrdə inkişaf templəri Türkiyənin qarşıya qoyduğu hədəfə çatmağa zəmin yaradır. 2024-cü ilin birinci rübündə Türkiyə iqtisadiyyatı 5 faiz artıb, ilin sonunda artımın 8 faizə çatacağı gözlənilir. Yəni, ölkədə milli iqtisadi güc böyükdür.
Türkiyə Mərkəzi Bankı 2024-cü ilin sonuna inflyasiyanın 36 faizə qədər azalacağını proqnozlaşdırır. Yol xəritəsində əsas hədəflərdən olan anti-inflyasiya tədbirlərinə koordinasiyalı nəzarət buna imkan verə bilər.
E.Cəfərli
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

