Hüquqi dövlət quruculuğunda gənclərin rolu
21.05.2025 [10:12]
“Suverenlik və Konstitusiya: Gəncliklə gələcəyə” forumu keçirildi
Ölkəmizdə vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğunda əvəzolunmaz rola malikdir. Demokratik və müstəqil inkişaf edən ölkələrdə vətəndaş cəmiyyəti əsas etibarilə vətəndaş - şəxsiyyət amilinə əsaslanır. Belə ki, ölkəmizdə qanunlara, əxlaq və humanizim prinsiplərinə hörmət edilir. Vətəndaş cəmiyyəti dövlətlə sıx və qarşılıqlı əlaqədə olur, hətta bütün sahələrdə onun dəstəyinə arxalanır. Bu baxımdan vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu hər bir ölkə üçün öz aktuallığını qorumaqdadır.
Azərbaycanda da bu sahədə davamlı islahatlar aparılır. Ölkəmizin hər bir vətəndaşın qarantına çevrildiyinin bütün dünyada qəbul olunması heç də təsadüfi sayılmır. Çünki Azərbaycanda vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. Nəzərə almaq lazımdır ki, vətəndaşların hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyətindən, nə də hüquqi dövlətdən danışmaq olmaz. Elə buna görə də dövlətimiz vətəndaş hüquqlarının və azadlıqlarının keşiyindədir.
Məlumdur ki, hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq üçün Azərbaycanın ilk Konstitusiyası hazırlanıb və 1995-ci il noyabrın 12-də referendumda xalq tərəfindən qəbul edilib. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunub. İnsan hüquq və azadlıqlarına, habelə onların təminatlarına xüsusi yer ayrılıb, onların təmin edilməsi isə dövlət siyasətinin həlledici istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilib.
Mühüm forum baş tutdu
Dünən “Suverenlik və Konstitusiya: Gəncliklə gələcəyə” mövzusunda forum keçirilib. Forum Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə baş tutub.
Bildirilib ki, 18 may - 18 iyun tarixləri ölkəmizdə “İnsan hüquqları aylığı” elan edilib. Həmin təşəbbüsə qoşulmaqla insan hüquqlarına, vətəndaş cəmiyyətinə həsr olunmuş silsilə maarifləndirmə tədbirləri keçirilir.
Hüquqi dövlət quruculuğunda gənclərin iştirakı
Tədbirdə çıxış edən ombudsman Səbinə Əliyeva müstəqil respublikamızın tarixi inkişaf yolunda dövlət suverenliyinin və Konstitusiyamızın milli hüquq sistemimizin təməlini təşkil etdiyini bildirib. O, Azərbaycan Konstitusiyasının ölkəmizin hüquqi dövlət kimi inkişafının əsaslarını müəyyən etdiyini, vətəndaş cəmiyyətini formalaşdırdığını vurğulayıb.
Ombudsman insan hüquqlarının qorunması, hüquqi dövlət quruculuğu və demokratik inkişafın davamlı şəkildə təmin edilməsinin dövlət qarşısında duran ən vacib vəzifələrdən olduğunu bildirib. S.Əliyeva bu istiqamətdə hər kəsin, o cümlədən gənclərin fəallıq göstərməsinin vacibliyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, bu gün keçirilən tədbirin də əsas məqsədi, gənclər arasında hüquqi biliklərin artırılması, onların vətənpərvərlik ruhunda formalaşdırılması və müasir dövrün çağırışlarına uyğun bilikli, hüquqi düşüncəyə malik və milli dəyərlərə sadiq vətəndaşlar kimi yetişməsinə töhfə verməkdir: “Müstəqil Azərbaycan gəncləri ölkəmizin bu günü və gələcəyidir. Konstitusiyamızın və suverenliyimizin qorunması, insan hüquqlarına hörmət və hüququn aliliyi prinsiplərinin yaşadılması və inkişaf etdirilməsi savadlı və peşəkar mütəxəssislər kimi yetişən gənclərin əlindədir. Biz hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması prosesində gənclərin fəal iştirakını vacib hesab edir və bunu dəstəkləyirik”.
Vətən cəmiyyətinin formalaşmasında dövlətçilik irsi
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla diqqətə çatdırıb ki, ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, vətən cəmiyyətinin formalaşması, insan hüquqlarının qorunması və müstəqil dövlət quruculuğu zəngin dövlətçilik irsi kontekstində inkişaf edir. Onun sözlərinə görə, Azərbaycan dövləti müstəqilliyini bərpa etdiyi gündən etibarən hüquqi dövlət quruculuğu prosesinə xüsusi önəm verib və bu istiqamətdə böyük nailiyyətlər əldə olunub.
Kamal Abdulla çıxışı zamanı milli dəyərlərin qorunmasının və hüquqi şüurun formalaşdırılmasının cəmiyyətin gələcək inkişafında mühüm rol oynadığını qeyd edib. Rektor belə tədbirlərin gənclərin hüquqi biliklərinin artırılması, onların vətəndaş məsuliyyətinin dərk olunması və fəal sosial mövqe nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına bax
Siyasət
14 İyun 11:52

MEDİA
14 İyun 11:38

Analitik
14 İyun 11:24

YAP xəbərləri
14 İyun 11:23

Analitik
14 İyun 11:00

YAP xəbərləri
14 İyun 10:55

Siyasət
14 İyun 10:26

Sosial
14 İyun 09:53

Elm
14 İyun 08:51

Ədəbiyyat
14 İyun 08:37

İdman
13 İyun 23:34

YAP xəbərləri
13 İyun 23:11

YAP xəbərləri
13 İyun 22:46

Sosial
13 İyun 22:31

Dünya
13 İyun 22:17

Dünya
13 İyun 21:53
YAP xəbərləri
13 İyun 21:29

İdman
13 İyun 21:14

Hadisə
13 İyun 20:53

YAP xəbərləri
13 İyun 20:38

Elm
13 İyun 20:36
YAP xəbərləri
13 İyun 20:12

Dünya
13 İyun 20:02

Dünya
13 İyun 19:50

YAP xəbərləri
13 İyun 19:37

YAP xəbərləri
13 İyun 19:13

Dünya
13 İyun 19:07

Siyasət
13 İyun 18:59

YAP xəbərləri
13 İyun 18:36

YAP xəbərləri
13 İyun 18:04

YAP xəbərləri
13 İyun 17:57

YAP xəbərləri
13 İyun 17:45

YAP xəbərləri
13 İyun 17:11

YAP xəbərləri
13 İyun 17:00

YAP xəbərləri
13 İyun 16:56

YAP xəbərləri
13 İyun 16:53

YAP xəbərləri
13 İyun 16:50

Dünya
13 İyun 16:41

YAP xəbərləri
13 İyun 16:37

Dünya
13 İyun 16:34

YAP xəbərləri
13 İyun 16:23

YAP xəbərləri
13 İyun 16:10

YAP xəbərləri
13 İyun 16:07

YAP xəbərləri
13 İyun 15:44

MEDİA
13 İyun 15:44

Dünya
13 İyun 15:36

Dünya
13 İyun 15:28

Dünya
13 İyun 15:28

YAP xəbərləri
13 İyun 14:39

Dünya
13 İyun 14:32

Sosial
13 İyun 14:21

Hərbi
13 İyun 14:19

Dünya
13 İyun 14:19

Dünya
13 İyun 14:17

Sosial
13 İyun 14:15

İqtisadiyyat
13 İyun 14:12

YAP xəbərləri
13 İyun 13:26

Dünya
13 İyun 12:47

Sosial
13 İyun 12:30

Siyasət
13 İyun 12:05

Xəbər lenti
13 İyun 12:03

Sosial
13 İyun 12:01

Sosial
13 İyun 11:55

YAP xəbərləri
13 İyun 11:41

Siyasət
13 İyun 11:04

Dünya
13 İyun 11:04

İqtisadiyyat
13 İyun 10:44

Gündəm
13 İyun 10:40

Siyasət
13 İyun 10:24

YAP xəbərləri
13 İyun 10:12
