İqtisadi inkişafın mühüm göstəricisi
06.06.2025 [09:27]
Sahibkarlar üçün geniş imkanlar yaradılır
İqtisadi tərəqqi üçün azad biznes və sahibkarlıq mühitinin vəziyyəti vacib şərt sayılır. Dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda, ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bu mənada bazar iqtisadiyyatını əsas istiqamət seçən Azərbaycan hök?mətinin biznes mühiti ilə bağlı həyata keçirdiyi tədbirlər böyük əhəmiyyət kəsb edir.
Müasir dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafından asılı olduğu üçün respublikamızda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biri kimi ön plana çıxır. Təsadüfi deyil ki, bu gün Azərbaycanda sahibkarlar əlverişli hüquqi mühitdən tam şəkildə faydalanırlar. Çünki sahibkarlığın inkişafına dəstəyin ilkin şərtlərindən biri əlverişli hüquqi zəminin yaradılmasıdır. Məlumdur ki, son illər ölkəmizdə sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülüb.
Azad sahibkarlıq və liberal iqtisadiyyatdan danışarkən öncə onu xüsusi olaraq vurğulamaq yerinə düşər ki, son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən davamlı tədbirlər sayəsində Azərbaycanda əlverişli biznes mühiti formalaşıb. Respublikamızda özəl sektorda fəallığın artmasını şərtləndirən bir sıra mühüm amilləri sadalamaq mümkündür ki, onların sırasında bütün ölkə boyunca yaradılan yüksək səviyyəli infrastrukturun önəmi xüsusi yer tutur. Demək olar ki, ölkəmizdə özəl sektorun dinamik inkişafı üçün lazım olan bütün addımlar atılır.
Sahibkarlara yeni zəmanət mexanizmlərinin verilməsi
Bugünlərdə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi və İpoteka və Kredit Zəmanət Fondu (İKZF) arasında yerli və xarici bazarda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində yeni zəmanət mexanizmlərinin tətbiqi müzakirə edilib. ABA və İKZF-nın nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirilib. Görüşdə sahibkarlar arasında qarşılıqlı hesablaşmanın təmin edilməsi ilə bağlı risklərin azaldılması, “dəyər zənciri”nin fasiləsizliyinin qorunması, nağdsız hesablaşmaların stimullaşdırılması, həm yerli, həm də xarici bazarda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində yeni zəmanət mexanizmlərinin tətbiqi ilə bağlı məsələlər müzakirə edilib, akkreditiv, faktorinq və bank qarantiyası kimi maliyyə alətləri üzrə zəmanətlərin verilməsi imkanları nəzərdən keçirilib və müvəkkil banklarla əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Yeni müəssisələr fəaliyyətə başlayacaq
Bu il Ağdam və “Araz Vadisi iqtisadi Zonası” Sənaye Parklarında dekorativ daşların, tütün məmulatlarının, müxtəlif yapışqan lentlərin və s. müəssisələrin fəaliyyətə başlaması planlaşdırılır. Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Məlumata görə, bu iki sənaye parkında ümumilikdə 45 sahibkarlıq subyekti rezident, 7 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Görülən işlərə 150 milyon manatdan çox investisiya yatırılıb, 740 nəfərdən artıq daimi iş yeri yaradılıb.
Hazırda bu sözügedən sənaye zonalarında 11 müəssisə fəaliyyət göstərir. 2024-cü il sentyabrın sonlarından 2025-ci ilin I rübünün sonuna qədər bu müəssisələr 87 milyon manatlıq məhsul istehsal edib. Ağdam və “Araz Vadisi iqtisadi Zonası” sənaye parklarında ümumilikdə 10-dan çox müəssisənin tikintisi davam etdirilir, 20-dən çox müəssisədə isə layihələndirmə işləri görülür.
Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edən müasir sənaye kompleksidir, ölkə Prezidentinin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Parkın ərazisində elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat və digər zəruri infrastruktur obyektləri mövcuddur. Park rezidentlərin sayına görə Azərbaycanda ikinci ən böyük sənaye parkıdır.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı 200 hektar ərazini əhatə edir, dövlət başçısının 4 oktyabr 2021-ci il tarixli fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda yaradılıb. Parkın əsas məqsədi işğaldan azad edilmiş ərazilərin iqtisadi dirçəlişini təmin etmək, sahibkarlığı dəstəkləmək və regionun sənaye potensialını inkişaf etdirməkdir.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10

