Yerli festivaldan qlobal brendə
02.12.2025 [10:52]
“Nar bayramı” ölkə hüdudlarını aşır...
Müqəddəs kitablarda adı cəkilən nar qədim zamanlardan Şərqdə “meyvələrin şahı” sayılırdı. Azərbaycan tarixi uzaq əsrlərə gedib çıxan narın yetişdirilməsi mədəniyyəti ilə qırılmaz surәtdә bağlıdır. Nar tarixən ölkəmizin demәk olar ki, bütün regionlarında yetişdirilir. Quru subtropik zonada yerləşən Şirvan ən yaxşı nar sortlarının yetişdirilmәsi mərkəzi kimi qəbul edilib. Şirə istehsalı üçün isə Göyçay rayonunda yetişən narlardan istifadə olunur.
Məhz Göyçay narı dünyada tanınaraq, “əsl Azərbaycan narları” üçün sinonimə çevriliblər. Göyçay narlarının əla dadı və dəyişməz keyfiyyətinin sirri dünyanın heç bir yerində rast gəlinməyən unikal mikroiqlimin mövcudluğu və rayonun torpaq tərkibidir.
Ölkəmizdə narın müxtəlif növləri yetişdirilir, bu da Azərbaycan təbiətinin zənginliyindən, burada doqquz iqlim zonasının mövcudluğundan irəli gəlir. Al qırmızı rəngli nar meyvəsi ölkəmizin milli simvoluna çevrilib. Hər il noyabr ayının əvvəllərindən başlayaraq ay sonuna qədər Azərbaycanın Göyçay rayonunda “Nar festivalı” keçirilir.
Nar xalqımızın mədəni həyatında xüsusi yer tutur
“Nar bayramı” ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət nazirliyi və Göyçay rayon İcra hakimiyyətinin birgə təşəbbüsü ilə 3 noyabr 2006-cı ildən keçirilir. Bu bayramda Göyçay rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətirilir və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir. Şəhər mərkəzində gənc idmançıların çıxışları və konsert proqramlarına tamaşa edilir. Bayramların keçirilməsində əsas məqsəd regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsindən ibarətdir.
Nar mədəniyyəti və ənənələrinin Azərbaycan xalqının mədəni həyatında, mifologiyasında, qədim adət-ənənələrində, mətbəxində, kənd təsərrüfatında xüsusi yer tutmaqdadır. Bir çox Azərbaycan rəssamları öz yaradıcılığında nar mövzusuna müraciət ediblər. Azərbaycan təsviri sənətinin böyük şəxsiyyətlərindən olan Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Tahir Salahov, Sakit Məmmədov, Arif Hüseynov öz əsərlərində nar mövzusuna dəfələrlə müraciət ediblər.
Belarusda “Nar bayramı”
Qeyd edək ki, nar bayramı uzun müddətdir ki, ölkəmizin hüdudlarından kənarda, xarici ölkələrdə də diqqət mərkəzindədir. Bu günlərdə Azərbaycanın Belarusdakı səfirliyinin, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin və Qrodno vilayətinin azərbaycanlılar icmasının birgə təşkilatçılığı ilə “Nar bayramı” adlı tədbir keçirilib.
Səfirlikdən verilən məlumata görə, tədbiri açan səfir Məhərrəm Əliyev ölkəmizin kənd təsərrüfatında narçılığın əhəmiyyətindən bəhs edib, Azərbaycanın Göyçay şəhərində 2006-cı ildən etibarən hər il keçirilən Nar bayramı haqqında məlumat verib. Səfir “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti”nin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nar bayramının Belarusda keçirilməsinin ənənə halını aldığını vurğulayan səfir bu tədbirin ilk dəfə Qrodno vilayətində təşkilindən məmnunluğunu ifadə edib və vilayət rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Adət-ənənələrimizlə yaxından tanış olmaq fürsəti
Sonra Qrodno Vilayət İcraiyyə Komitəsinin Mədəniyyət idarəsinin müdir müavini Snejana Kuratçik bu şəhərin multikultural tədbirlərə ev sahibliyi etməkdə zəngin təcrübəyə sahib olduğunu bildirərək, 2026-cı ildə burada 13-cü Respublika Milli Mədəniyyətlər Festivalının keçiriləcəyini xatırladıb. Bu festivalın təkcə Belarus mədəniyyətinin deyil, həm də digər xalqların mədəniyyətlərinin nümayişi üçün unikal bir platforma olduğunu vurğulayan S.Kuratçik qeyd olunan tədbirdə Azərbaycan diasporunun yüksək səviyyədə iştirak etdiyini vurğulayıb. İlk dəfə Qrodnoda keçirilən Nar bayramının belaruslular üçün Azərbaycan xalqının ruhu, adət-ənənələri ilə daha yaxından tanış olmaq üçün yeni bir fürsət olduğunu bildirərək tədbirin təşkilatçılarına təşəkkür edib.
Narçılıqla bağlı mədəni irsimizin qorunmasına töhfə
Sonda Qrodno icmasının sədri Elxan Bəylərov çıxış edərək, hər il ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən Nar bayramının narçılıqla bağlı mədəni irsimizin və adət-ənənələrimizin qorunub saxlanılmasına töhfə verdiyini bildirib. Ənənəvi olaraq Minskdə, cari ildə isə Qrodnoda keçirilən bu tədbirin Azərbaycan və Belarus arasında humanitar əlaqələrin, o cümlədən xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına xidmət etdiyini vurğulayıb, Qrodno vilayətinin və teatrın rəhbərliyinə bu istiqamətdə göstərilən səylərə görə minnətdarlığını bildirib.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35

