Regionlarda üzümçülüyün inkişafı istiqamətində ardıcıl tədbirlər görülür
19.10.2016 [10:01]
Proqnozlara görə, sahələrdən bu il 150-160 min ton üzüm yığılacaq
Azərbaycanın regional inkişaf strategiyasının uğurla həyata keçirilməsindən söhbət açarkən aqrar sektorda əldə olunan uğurları xüsusi vurğulamaq lazımdır. Davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Dünya Bankının məlumat bazasına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz çox olub ki, bu da respublikamızda aqrar sahənin dinamik inkişafını təsdiqləyir.
Perspektivdə isə Azərbaycanda aqrar sahənin daha da sürətlə inkişaf edəcəyi gözlənilir. Dünya Bankının verdiyi proqnozlara görə, ölkəmizdə 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir. Dünya Bankının məlumatında Azərbaycanın hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunub. O da əlamətdar haldır ki, respublikamızda aqrar sektorun ayrı-ayrı istiqamətləri üzrə artım dinamikası ümumi inkişaf göstəricilərini daha da üstələyir.
Ümumiyyətlə, son illərdə ölkənin regionlarında aqrar sektorun davamlı inkişafına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması bu kimi tədbirlər sırasındadır. Bütün bunlarla yanaşı, yeni təsərrüfatçılıq metodlarının tətbiqi, müasir aqrar-sənaye müəssisələrinin yaradılması sayəsində regionlarda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir.
Regionlarda kənd təsərrüfatının inkişafının təminində həyata keçirilən Dövlət proqramlarının mühüm rolu var. Belə ki, 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. Belə ki, məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramında qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Bunun ardınca isə 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi.
Hazırda isə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Sözsüz ki, bu Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanda bir sıra sahələrdə sıçrayışlı inkişafa da təkan verib. Digər tərəfdən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, kənd təsərrüfatının inkişafına zəmin yaradıb.
Vurğulamaq lazımdır ki, bu gün ölkənin taxılla təminatının təqribən 65 faizi daxili istehsal hesabına ödənilir. Ənənəvi sahələrdən sayılan üzümçülük isə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Proqnozlaşdırmaya görə, sahələrdən bu il təqribən 150-160 min ton üzüm yığılacaq.
Yeri gəlmişkən, rayonlarımızda ötən 9 ayda kənd təsərrüfatının inkişafı istiqamətində mühüm göstəricilərə nail olunub. Məsələn, ötən 9 ayda Cəlilabad rayonunda iqtisadiyyatın bütün sahələri üzrə dinamik inkişaf təmin olunub, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib. Xüsusən aqrar bölməyə dövlət dəstəyinin gücləndirilməsi nəticəsində bitkiçilik və heyvandarlıq sahəsində rayonda uğurlu nəticələr qazanılıb. Ərzaq təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyəti olan taxılçılıq rayonun aqrar sektorunun aparıcı sahəsini təşkil edərək əhalinin çörəyə tələbatını ödəməklə yanaşı heyvandarlığın yemlə təmin olunmasında da mühüm rol oynayır. Buna görə də torpağın şumlanmasından başlayaraq biçilən məhsulun daşınmasına qədər bütün proseslər ciddi nizama salınıb, yeni texnikaların gətirilməsi, meliorasiya-irriqasiya işlərinin aparılması və aqrotexniki tədbirlərin optimal müddətdə görülməsi nəticəsində cari ildə də yüksək məhsuldarlığa nail olunub. Nəticədə, rayon üzrə 156,1 min ton buğda, 18,8 min ton arpa, 5,3 min ton vələmir istehsal edilib və rayon əhalisinin tələbatından da artıq məhsul tədarük olunub. Bundan başqa, rayonda 3300 ton noxud, 586 ton mərci,103221 ton kartof, 1223 ton tərəvəz, 9550 ton qarğıdalı, 496 ton bostan məhsulları və 8445 ton üzüm istehsal edilib. Eyni zamanda, payızlıq əkin üçün zəruri aqrotexniki tədbirlər görülüb, 1,9 min hektar vələmir, 2,3 min hektar noxud, 4,0 min hektar kartof, 437 hektar mərci, 305 hektar qarğıdalı, 294 hektar bostan və 125 hektar tərəvəz əkilib. Yaxın günlərdə isə payızlıq taxıl əkininə başlanılacaq. Qeyd edək ki, “Avanqard” MMC-nin iri toxumçuluq təsərrüfatının ilkin fəaliyyəti gözlənilən səmərəni verib, 1060 hektar taxıl sahəsinin hər hektarından 35 sentner məhsul götürülüb və 3710 ton keyfiyyətli məhsul istehsal olunub.
Biləsuvar rayonunda 2016-cı ildə 18,1 min hektar sahədə mülkiyyətçilər tərəfindən yazlıq bitkilərin əkini aparılıb. Bundan 8043 ha yonca, 6040 ha pambıq, 2005 ha tərəvəz, 814 ha qarğıdalı, 782 ha şəkər çuğunduru, 462 ha günəbaxan, 121 ha kartof, 114 ha bostan, 68 ha paxlalı bitkilər əkilib. Hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi 212,9 milyon manat olub. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 116,4 milyon manat olub.
Kürdəmir rayonunda da taxıl istehsalının artırılması sahəsində müvafiq tədbirlər görülub. Əkilmiş 40198 hektar taxıl sahələri 1,6 dəfə suvarılıb, 30 min hektardan çox sahəyə üzvi və mineral gübrələr verilib, 12 min hektarda ziyanvericilərə qarşı, 8 min hektarda alaq otlarına qarşı mübarizə aparılıb. Taxıl biçininə hazırlıq mütəşəkkil aparılıb, kənardan cəlb edilənlərlə birlikdə zəmilərə 140-dan çox kombayn çıxarılıb, 20 iş günü müddətinə ən minimal itkilərlə taxıl biçini başa çatdırılıb. Bu il 103,4 min tondan çox məhsul istehsal edilib, hektardan məhsuldarlıq 25,7 sentner olub. Rayonda bu ilin 9 ayında toxum istehsalına da ciddi fikir verilib və 5 min tonadək toxumluq dən ayrılıb, çeşidlənib. Ümumilikdə 3800 ton yüksək reproduksiyalı toxum əldə edilib. Bu il təkrar əkinlər də daxil olmaqla 500 hektardan çox sahədə dənlik qarğıdalı əkilib və yüksək məhsuldarlığı təmin edən becərmə işləri təşkil olunub. Növbəti ilin məhsulu üçün rayonda bu il də 40 min hektaradək taxıl əkilməsi nəzərdə tutulub. Hələlik 25 min hektardan çox taxıl əkiləcək sahənin şumu çıxarılıb, 8 min hektardan çox sahədə arpa əkilib.
Eləcə də hesabat dövründə rayonda 12377 hektarda yonca, 1217 hektarda kartof, 2475 hektarda tərəvəz, 4059 hektarda bostan, 11 hektarda günəbaxan, 40 hektarda yerfındığı becərilib. Sahələrdən 13660 ton kartof, 22270 ton tərəvəz, 69345 ton bostan, 20 ton günəbaxan, 523 ton qarğıdalı dəni istehsal edilib.
İmişli rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bu ilin oktyabrına kimi rayonda 17 min 6 hektar ərazidən 55.462 ton taxıl məhsulu götürülüb. Bundan 18 min 674 ton arpa, 36 min 788 ton buğda məhsulu toplanıb. Bu günədək sahələrdən 934.2 ton tərəvəz, 4.061.000 ton bostan və 9.855.000 ton meyvə və giləmeyvə toplanılıb.
Oğuz rayonunda isə təsərrüfatlardan 17,5 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Artıq bir neçə gündür ki, təsərrüfatlarda səpinə start verilib. Rayonun Bucaq, Kərimli, Yaqublu kəndlərində artıq 100 hektardan çox sahəyə arpa toxumu səpilib. Payızlıq səpin üçün rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatları tərəfindən 1722 ton toxum fondu ayrılıb. Bu günədək təsərrüfatlarda 5 min hektar sahədə şum çıxarılıb. Səpinin noyabrın sonunadək başa çatdırılması nəzərdə tutulur.
Təsərrüfatlarda, eyni zamanda, bitkiçilik məhsullarının yığımı davam etdirilir. Oğuzlu fermerlər bu günədək 120 hektar qarğıdalı sahəsindən 711 ton məhsul əldə ediblər. Bundan əlavə, təsərrüfatlarda 10 ton quru tütün, 3754 ton kartof, 3230 ton tərəvəz, 2568 ton meyvə istehsal olunub.
Rayonda yeni fındıq bağlarının salınması istiqamətində də iş aparılır. Bu məqsədlə 2 min hektar sahə müəyyənləşdirilib. Hazırda həmin sahələrin əkinə hazırlanması işləri görülür, mövcud bağların uçotu dəqiqləşdirilir.
Ağsu rayonunda isə 35198 hektar sahədən 105950 ton taxıl, 4081 ton tərəvəz, 4120 ton bostan, 1230 ton kartof istehsal edilib. Bu isə keçən illə müqayisədə çoxdur.
Şamaxı rayonunda isə üzümçülüyün inkişafı istiqamətində mühüm addımlar atılır. Rayon fermerləri tərəfindən ötən müddət ərzində yeni üzümlüklər salınıb və sahələr 1632 hektara çatdırılıb. Rayonun Meysəri kəndinin ərazisində bu ilin doqquz ayı ərzində 51 hektar yeni üzüm bağı, 20 hektar isə yeni meyvə bağı salınıb.
Sonda bir daha vurğulamaq yerinə düşər ki, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Xüsusilə, son bir neçə ildə aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu, təbii fəlakətlər və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətlərin artmasına səbəb olduğu dövrdə bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Nəticədə ərzaq məhsulları ilə etibarlı təminat beynəlxalq və milli səviyyədə iqtisadi təhlükəsizliyin əsas tərkib hissəsi olmaqla dünya ölkələrinin siyasətində aparıcı istiqamətə çevrilib. Bu baxımdan, Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMüsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54

