/ / Azərbaycanda ekoloji təhlükəsizliyin təmin olunması və təbii fəlakətlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür
Azərbaycanda ekoloji təhlükəsizliyin təmin olunması və təbii fəlakətlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür
19.08.2021 [09:48]
Ölkəmizdə ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, təbiətin mühafizəsinin təkmilləşdirilməsi və bioloji müxtəlifliyin qorunması məqsədilə mühüm addımlar atılır
Məlum olduğu kimi, Azərbaycan son 18 ildə sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlar əldə edib. Bu uğurların fonunda ekoloji təhlükəsizliyin təmin olunması və ətraf mühitin qorunması daim diqqət mərkəzindədir. Ümumiyyətlə, Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Ölkənin ekoloji strategiyasının əsasını isə ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, ölkənin iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təmin olunması təşkil edir. Bu məqsədlə 2003-cü ildə ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli Proqram da qəbul edilib.
Məlum olduğu kimi, müasir dövrdə ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişmələri, təbii fəlakətlər bəşəriyyəti narahat edən əsas problemlərdəndir. Belə ki, inkişaf səviyyəsindən asılı olmayaraq, heç bir ölkə iqlim dəyişmələrinin təsirindən sığortalanmayıb və bunu baş verməkdə olan ekstremal təbii fəlakətlər əyani şəkildə göstərir. Azərbaycan da öz növbəsində qlobal iqlim dəyişmələrini bəşəriyyətin üzləşdiyi ən çətin problemlərdən biri hesab edir və bu problemin qarşısının alınmasına yönəldilən birgə səyləri dəstəkləyir.
Bu məqamda, onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda ətraf mühitin çirklənməsinin və təbii fəlakətlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür. Qeyd edilən istiqamətlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və dövlətin digər əlaqədar qurumları tərəfindən davamlı addmlar da atılır.
Onu qeyd edək ki, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə bir sıra aksiyalar da keçirilir. Elə bu günlərdə “Xəzər günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin nümayəndələrinin, beynəlxalq təşkilatların və könüllülərin iştirakı ilə dənizkənarı ərazilərdə keçirilən aksiyalar bu qəbildəndir.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, avqustun 12-də Xəzərin Novxanı qəsəbəsi ərazisini əhatə edən sahilində “Ekokönüllülər”, “Yaşıl ASAN” və “Dost” könüllüləri 3 hektar ərazini bərk məişət və digər tullantılardan təmizləyib: “Xəzər Dəniz Neft Donanmasına məxsus “Bulvar 1” gəmisi vasitəsilə isə Bakı buxtasında tullantıların yığılması həyata keçirilib. Ümumiyyətlə, “Xəzər günü” ilə bağlı təmizlik aksiyaları Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər bütün sahil zolağında keçirilib və yığılan tullantılar təkrar emal üçün “AzEkol” MMC-yə təhvil verilib. Dəniz ətraf mühitinin və bioloji müxtəlifliyin qorunmasına ictimaiyyətin diqqətini çəkmək üçün könüllülər tərəfindən çağırış posterləri hazırlanıb, çəlləklərin üzərinə müxtəlif rəsmlər çəkilib”.
İradə xanım onu da qeyd edib ki, “Xəzər günü” ilə əlaqədar avqustun 13-də Abşeron Milli Parkında “Xəzərin mühafizəsində birik, birlikdəyik!” devizi altında tədbir təşkil olunub. Xəzər dənizinin və sahil zolağının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq məqsədilə keçirilən tədbirdə Azərbaycan Könüllü Təşkilatları İttifaqının 50-yə qədər üzvü iştirak edib. İştirakçılara ETSN mütəxəssisləri tərəfindən Xəzərin ekoloji problemləri, görülən işlər, aparılan monitorinqlər barədə məlumat verilib, dənizin çirkləndirilməsinin qarşısının alınmasında ictimaiyyətin böyük rolu olduğu bildirilib.
İ.İbrahimova deyib ki, “Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, dənizin bioloji ehtiyatlarının mühafizəsi, davamlı və səmərəli istifadə edilməsi, həmçinin bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.
Öz növbəsində, qəzetimizə açıqlama verən ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşı Arzu Səmədova nazirliyin bioloji müxtəlifliyin qorunması sahəsində gördüyü işlərdən danışıb. O, bildirib ki, əslində, bütün dünyada fauna və floranın mühafizəsi üçün ən mühüm addımlardan biri xüsusi mühafizə olunan təbiət ərazilərinin, milli park, qoruq və yasaqlıqların yaradılması, eyni zamanda, “Qırmızı kitab”ın təsis edilməsidir: “Hər iki istiqamətdə ölkəmizdə ESTN tərəfindən mühüm işlər görülür. Digər mühüm addımlardan biri isə reproduksiya layihələrinin hazırlanmasıdır. Reproduksiya layihələri dedikdə, nadir və nəsli kəsilməkdə olan fauna növlərinin tarixən məskunlaşdığı bir ərazidən digər əraziyə köçürülməsi və populyasiyasının davamlılığını təmin edilməsidir”.
Yay mövsümü ilə əlaqədar olaraq bütün dünyanı təhdid edən meşə yanğınlarının Azərbaycanın bəzi bölgələrində də baş verməsinə toxunan A.Səmədova həmçinin təmsil etdiyi qurumun yanğın təhlükəsizliyi üzrə gördüyü qabaqlayıcı tədbirlərdən bəhs edib. Onun sözlərinə görə, hər ilin əvvəlində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi tərəfindən birgə tədbirlər planı işlənib hazırlanır: “Həmin birgə tədbirlər planında yanğın təhlükəsizliyi qaydalarına əməl olunması və yanğın təhlükəsinin qarşısının alınması məsələləri öz əksini tapır. Eyni zamanda, milli park, qoruq və meşə idarələrində yanğına cavabdeh şəxslər müəyyənləşdirilir. Yanğın təhlükəsizliyi ilə bağlı qabaqlayıcı tədbirlərə gəlincə, meşə zolaqları, xüsusi mühafizə olunan təbiət əraziləri, təsərrüfatlar və yaşayış məntəqələrinin sərhədlərində mineral zolaqlar salınır, həmçinin müvafiq yerlərdə su rezervuarları yaradılır”.
A.Səmədovanın sözlərinə görə, meşə sahələrində, yaşıllıq ərazilərdə baş verən yanğınların təhlili göstərir ki, yanğın hadisələrində 90-95 faiz hallarda insan amili, elmi dildə desək, antropogen faktor əsas rol oynayır: “Məhz bu baxımdan maarifləndirmə tədbirləri mühüm əhəmiyyət kəsb edir. Buna görə də ETSN-nin meşə, milli park və qoruq idarələri tərəfindən hər il ətraf ərazilərdə yaşayan sakinlərlə maarifləndirmə işləri aparılır, onlara ərazilərdə yanğın təhlükəsi ilə bağlı tövsiyələr verilir”.
Nazirlik rəsmisi onu da deyib ki, yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlərin bir hissəsi isə cari ildən başlayaraq praktiki olaraq həyata keçirilən təlimlərdir: “Əvvəlki illərdə yanğının söndürülməsi üzrə nəzəri təlimlər təşkil olunurdu. Bu ildən isə ETSN və FHN-nin yerli qurumları könüllü dəstələrin cəlb olunması ilə artıq parktiki təlimlərin keçirilməsinə başlayıblar. Belə ki, yaşıllıq ərazilərdə şərti yanğın hadisəsi törədilir və onun söndürülməsinə həm kənd icmalarının təmsilçiləri, həm müvafiq idarələrin əməkdaşları, gənc könüllülərdən ibarət dəstələr cəlb olunurlar. Burada məqsəd yanğın təhlükəsi zamanı, onun söndürülməsi üçün operativ müdaxilə imkanları yaratmaqdan ibarətdir”.
Yuxarıda bəhs edilənlər də onu deməyə əsas verir ki, ölkəmizdə ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və təbiətin mühafizəsinin təkmilləşdirilməsi üçün mühüm addımlar atılır.
Qaşqay RAMAZANOV
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

