Azərbaycanı məhz onlar təmsil etməlidirlər
12.11.2021 [10:38]
Yığma heyətin tərkibi legioner idmançılardan yox, vətənimizdə boya-başa çatan, torpağına bağlı olan peşəkar gənclərdən təşkil olunmalıdır
Azərbaycanda gənc nəslin inkişafı, o cümlədən fiziki və mənəvi sağlamlığı həmişə dövlətin diqqət mərkəzində olub. Bu istiqamətdə görülən işlər idman sahəsini də əhatə edir. Ölkəmizdə bədən tərbiyəsi və idmana dövlət səviyyəsində böyük diqqət göstərilməsi sayəsində əldə edilən uğurlar Azərbaycanın dünyanın ən qabaqcıl idman ölkələrindən birinə çevrilməsinə gətirib çıxarıb.
Eyni zamanda, gənc nəslin sağlam yetişməsi üçün hər il ölkəmizin müxtəlif regionlarında yeni idman-sağlamlıq müəssisələri, olimpiya idman kompleksləri tikilib istifadəyə verilir, idman infrastrukturunun yenilənməsi istiqamətində də tədbirlər görülür. Əksər ekspertlərin vurğuladıqları kimi, məhz Azərbaycanın gələcəyi olan uşaq və gənclər üçün yaradılan şəraitin nəticəsidir ki, son illərdə ölkəmizdə idmanın bütün növlərinə maraq getdikcə artır.
Ölkəmizdə gənc nəslin fiziki və mənəvi sağlamlığına göstərilən diqqəti dəyərləndirən Dünya Sudo Federasiyasının koordinatoru, Arpaçay Karate Klubunun birinci vitse-prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi, beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi Hidayət Şabanov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra qısa müddət ərzində bədən tərbiyəsi və idmanin inkişafı istiqamətində çox mühüm tədbirlər həyata keçirilib: “Prezident Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ölkədə idmanın inkişafına güclü təkan verib. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində xeyli işlər görülüb. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə idman hərəkatı daha geniş vüsət alıb. Uşaq, yeniyetmə və gənclərin hərtərəfli inkişafında bədən tərbiyəsi və idmanın rolunun artırılması üçün mühüm addımlar atılıb. Dövlətimiz tərəfindən 50-yə qədər olimpiya idman kompleksi tikilərək uşaq və gənclərimizin ixtiyarına verilib, nəticədə idmana maraq kütləvi xarakter alıb. Əsası Ümummilli Lider tərəfindən qoyulan idman siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda böyüməkdə olan gənc nəslin mənəvi və fiziki cəhətdən inkişafı üçün çox vacib işlər görülməkdədir”.
Ölkəmizdə idmanın sağlamlığa böyük töhfə verməklə yanaşı, vətənpərvərlik hisslərini də gücləndirdiyini vurğulayan “Məşq prosesinin elmi xüsusiyyətləri” kitabının müəllifi, qocaman idman mütəxəssisi deyib ki, hər bir idman klubu, federasiya və assosiasiyada, bütün təhsil ocaqlarında uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması prosesi genişləndirilməlidir: “Ümummilli Lider gənclərlə görüşlərinin birində deyirdi: “Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”. Ulu Öndərin qeyd etdiyi kimi, milli adət-ənənələrimizə sadiq, təcrübəli yerli mütəxəssislərin milli yığma komandalara cəlb olunması daha məqsədəuyğundur. Yığma heyətinin tərkibi legioner idmançılardan yox, vətənimizdə boya-başa çatan, torpağına bağlı olan peşəkar gənclərdən təşkil olunmalıdır. Nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı məhz onlar təmsil etməlidirlər. Bununla belə, vaxtaşırı məşqçilərin attestasiyası keçirilməli, təcrübəli məşqçilərimizin qabaqcıl iş təcrübələrindən səmərəli istifadə edilməlidir”.
Keçmiş SSRİ məkanında silahsız özünümüdafiə tətbiqi idman növü üzrə ilk idman ustası, Birinci Qarabağ müharibəsinin qazisi H.Şabanov Vətən müharibəsində əldə edilən Zəfər və həmin Möhtəşəm Qələbədə gənclərin şücaəti haqda danışaraq, onlara vətənpərvərlik hissinin aşılanmasında müəllim və məşqçilərin roluna da toxunub: “Beynəlxalq yarışlarda bayrağımızı ucaldan idmançıların yetişdirilməsi gənclərimizin vətənpərvər ruhda böyüməsinə böyük töhfə verir. Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, idmançıların əldə etdikləri uğurların təməlində əsas təkanverici stimul - onların Vətənə sevgisi və xalqa olan bağlılığıdır. Çünki fiziki və mənəvi cəhətcə sağlam olan vətənpərvər gənclər Vətənin keşiyində də əzmlə dayanırlar. Bu reallıq, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsi zamanı öz təsdiqini bir daha tapdı, bütün gənclər bir nəfər kimi Vətəni düşməndən azad etmək üçün ayağa qalxdılar”.
Ölkədə aparılan islahatlar kontekstində idman sahəsindəki yeniliklər, Gənclər və İdman Nazirliyinin rəhbərliyinə yeni təyinatdan sonra bu sahədəki gözləntilər barədə öz fikirlərini bizimlə bölüşən Əməkdar bədən tərbiyəsi və idman xadiminin sözlərinə görə, yeni nazirin fəaliyyəti daha böyük uğurların əldə edilməsinə ümidləri artırır: “Gənclər və idman naziri cənab Fərid Qayıbovun qeyd etdiyi kimi, hazırda nazirliyin bütün diqqəti, peşəkər idman növləri daxil olmaqla, bütün idman federasiyalarının real fəaliyyətinə, uşaq, yeniyetmə və gənclərin idmanla məşğul olmaları istiqamətində ciddi islahatların aparılmasına yönəlib. Bu baxımdan, ölkəmizdə gənc nəslin sağlam böyüməsi, zehni və intellektual inkişafı üçün də geniş imkanların yaradılması mühüm önəm kəsb edir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

