Poçtunuz var...
21.12.2021 [11:23]
Hər evdə gözlənilən qonaq
Müşfiqə
Azərbaycanda rabitə və informasiya texnologiyaları sektorunun inkişafı da geniş vüsət alıb. Poçt sahəsində də mühüm uğurlar qazanılır. “Azərpoçt” MMC Azərbaycan Respublikasının yeganə milli poçt operatoru olaraq vətəndaşlara fasiləsiz olaraq xidmət göstərir. Quruda, dənizdə və havada fəaliyyətini uğurla davam etdirir.
“Qara kağız”ları çatdırmağa tələsməyən poçtalyonlar
Azərbaycan poçtunun ən çətin və şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir. Belə ki, həmin dövrdə sayı artan poçt göndərişlərinin və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradə tələb edib. Fədakar poçt işçiləri bu işin öhdəsindən məharətlə gəliblər. Bunu “Mən ki gözəl deyildim” filmində poçtalyon Şərif dayı ilə Səidənin dialoqunda da aydın görmək olar.
- Salam, Şərif dayı.
- Ay qızım, bu gün səni sevindirə bilməyəcəyəm. Atandan məktub gəlməyib.
- Bəs bu nədir? Bu məktub bizim qonşumuz Nisə xalayadır ki. Hələ Səlimə xalaya da oğlundan məktub var. Bir bura bax, gör, nə qədər adam sevindirmək olar, Şərif dayı. Verin, mən paylayım.
- Bacararsan, qızım?
- Əlbəttə, bacararam.
- Heç bilirsən, burada nələr yazılıb? Bu məktublarda qəm, qüssə, kədər, müsibətlər var. Onları sahiblərinə necə çatdıra bilərsən, bala?
- Şərif dayı, məktubların ki, hamısı elə deyil.
Nəticədə Səidə məktubların paylanmasında poçtalyona kömək etmək üçün yola düşür. Qumru bacıya, Əfruz xalaya şad xəbərlər çatdırır. Şərif dayının dediyi kimi, məktubların heç də hamısı şad xəbərlər vermir. Oğlundan “qara kağız” alan Məsmə xalanın “Ay aman! Sinəmə dağ çəkdin, ay oğul. Bəs mən sənsiz necə yaşayım?” hayqırtısı tamaşaçıları lərzəyə gətirir. Filmin ən təsirli anı kimi yaddaşlara iz salır.
“Gələn Məmmədəli dayıdır”
Məmmədəli Rüstəmov 23 ildir ki, poçtalyondur. Hər gün onlarla qapıya gedir. Artıq çoxu ilə o qədər doğmalaşıb ki, səsini eşidən kimi qapını açırlar. İşini sevərək gördüyünü deyən Məmmədəli dayı deyir ki, illərin ötməsinə, insanların məktublaşmanı mesajlaşmağa dəyişməsinə baxmayaraq, poçtalyon peşəsi heç vaxt asan olmayıb: “İlk baxışda adi görünə bilər, amma qalan bütün işlərin həlli bizdən asılıdır. Bu işdə əməyimiz varsa, yardım edə biliriksə, özümüzü xoşbəxt sayırıq. Hava şəraitindən, ünvandan asılı olmayaraq həmişə məktubları öz sahiblərinə çatdırırıq. Bu illər ərzində məni doğmaları kimi qəbul edib evinə qonaq dəvət edənlər də olur, bəzən isə üzümə qapı açmayanlar da. Bəzi ailələr isə məni səsimdən tanıyır və deyirlər ki, gələn Məmmədəli dayıdır”.
Azərbaycanın ilk poçtalyon qadını
Azərbaycanın ilk poçtalyon qadını Həcər İsababayeva isə ömrünün 64 ilini bu sahəyə həsr edib. Xalq arasında “Həcər xala” adı ilə sevilib. Çətin dolanışıq ucbatından 15 yaşından “Azərpoçt”da çalışan poçtalyon deyir ki, gözləri zəifləməsəydi, ömrünün qalan günlərini də poçtalyon işləyərdi: “O vaxt insanlar çoxlu məktublar yazardılar. İndi məktub yazan adamların çoxu dünyasını dəyişib. Hazırda ən çox yol polisi və cərimə məktubları göndərilir. Bir də məhkəmə məktubları”.
Dörd ay vardı, ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi...
“Həyat yoldaşımla küçələrdə məktub paylayan zaman tanış olduq və ailə həyatı qurduq. Oğlum da mənim kimi poçtalyon işləyirdi. Birinci Qarabağ müharibəsində şəhid oldu. “Ana və poçtalyon” şeirindəki ana ilə bala elə biz idik. Hər o şeiri xatırlayanda duyğulanıram”,- deyə Həcər xanım söyləyib.
Azərbaycanlı poçtalyonun Amerikada uğur hekayəsi
Həmsöhbətimiz Səbuhi Mehdiyev 8 ildir ki, Amerikada yaşayır. 4 ilə yaxındır ki, poçtalyon kimi fəaliyyət göstərir. Deyir poçtalyon olmaq üçün 2 ay müvafiq qurumların qapısını döyüb: “Amerikaya yaşamaq niyyəti ilə gəlməmişdim. İlk bir ay ərzində buranı sevə bilmədim, çıxıb getməyi düşünürdüm. Bir aydan sonra insanlarla ünsiyyət qurduqca, dil bilgimi artırdıqca yerləşmək qərarına gəldim. Burada xarici millətdən olan xanımla ailə qurdum, əkiz övladım var. Hər yerdə azərbaycanlı olduğumu fəxrlə söyləmişəm. Evimdə üçrəngli bayrağımızı asmışam. Harada yaşamağımdan asılı olmayaraq, ürəyim Vətənim üçün döyünür”.
Səbuhi deyir ki, azərbaycanlı bir gəncin Amerikaya gəlib poçtalyon kimi işə başlaması elə də asan deyil: “İndi çoxu deyə bilər ki, mən də Amerikaya gedib poçtalyon işləyə bilərəm. Mənim Səbuhidən nəyim əskikdir? Bəli, Səbuhidən əskik deyilsiniz, amma bilməli olacağınız bir-iki məsələ var. Ən əsası, viza alıb gəlməlisiniz. Sonra vakansiya ilə maraqlanmalısınız. Dünyada elə bir yer yoxdur ki, hava limanından enən kimi sənə “Buyur, başımızın üstündə yerin var” desin”.
“Burada poçt sistemi federaldır. Hər ştatda maaş eynidir. Bu maaşla Kaliforniya ştatı kimi bahalı yerdə dolana bilməzsən. Günə 18-29 dollar qazanıram. 12 faizi isə vergiyə çıxır. Günə 200 dollar qazandığım vaxtlar da olur”,- deyə gənc vurğulayıb.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxElm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28

