Hüquqi dövlət quruculuğu...
04.07.2023 [11:33]
Demokratik inkişafın Azərbaycan modeli
Yeganə BAYRAMOVA
Demokratiya hər bir insana, cəmiyyətə özünü realizə etməyə, yaradıcılığa, harmonik inkişafa imkan yaradır. Demokratik cəmiyyətlərdə idarəetmə və təşkilatçılıq aktualdır, bütün insanlara bərabər hüquq və azadlıqlar verilir. Eyni zamanda hər bir vətəndaşın konstitusion vəzifələrini yerinə yetirməsi tələb olunur. Belə cəmiyyətlərdə ilk olaraq hüquqi dövlət quruculuğu prosesi gedir. Hüquqi dövlətin formalaşması prosesi isə həyati tələbatdır. Bu anlayış yalnız dövlət çərçivəsində deyil, eyni zamanda, bütün cəmiyyətə aiddir.
Ümummilli lider Heydər Əliyev deyirdi ki, vətəndaş cəmiyyətinin yaradılması, möhkəmləndirilməsi, demokratikləşməsi prosesi və hüquqi dövlətin qurulması sadəcə olaraq şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın inkişafının başlıca şərtidir. Ulu Öndərin müəllifi olduğu və 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının ilk Konstitusiyası, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesinə böyük vüsət verib. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarının təmin edilməsi, ölkəmizin Avropa Şurasına inteqrasiyasını sürətləndirmək məqsədilə Heydər Əliyev tərəfindən bir sıra mühüm fərman və sərəncamlar imzalanıb. Ümummilli Liderin həyata keçirdiyi demokratik islahatların nəticəsi olaraq, Azərbaycanda Milli Məclisə seçkilər keçirilmiş, müstəqil bələdiyyə institutları formalaşıb.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin üzvü Məşhur Məmmədov bildirib ki, qanunların aliliyini təmin edən dünyəvi, hüquqi dövlət qurmaq, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq hər bir cəmiyyət üçün arzuolunandır. Deputatın sözlərinə görə, qürurverici haldır ki, Azərbaycanda qanunun aliliyini təmin edən hüquqi dövlət qurulub və vətəndaş cəmiyyəti bərqərar olunub.
Parlamentari qeyd edib ki, bütün bunlar ölkəmizdə demokratiyanın olduğunu, demokratik cəmiyyətin mövcudluğunu təsdiq edir: “Bir qayda olaraq dövlət cəmiyyətin, cəmiyyət isə dövlətin köməyi olmadan köklü məsələləri həll edə bilməz. Vətəndaş cəmiyyətinin inkişaf etmiş strukturu olmayan dövlətlərin demokratik olması çox çətindir.
Hazırda Prezident İlham Əliyev vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət ayırır. Təməli Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik təliminə uyğun olaraq milli mənafenin, dövlətçilik maraqlarının üstün tutulması ölkə başçısının yürütdüyü siyasətin qayəsini təşkil edir. Prezidentin siyasətinin mərkəzində insan amili durduğu günümüzün reallığıdır. Bir sözlə, Azərbaycanın dövlət siyasəti vətəndaşın sosial rifahının, təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir”.
Millət vəkili vurğulayıb ki, ölkəmizin demokratik inkişaf istiqamətində əldə etdiyi nailiyyətlər beynəlxalq miqyasda da təqdir olunur. Bu istiqamətdə davamlı islahatların həyata keçirilməsi təqdirəlayiq hal kimi qiymətləndirilir: “Cəmiyyət həyatının bütün sahələrində qanunun aliliyi və hüququn üstünlüyü təmin edilib. Ölkəmizdə reallaşdırılan çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Mövcud reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan siyasi, hüquqi, iqtisadi və institusional islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir.
Azərbaycanın demokratik inkişafının təqdirəlayiq olduğunu vurğulayan ekspertlər bildirirlər ki, ölkəmiz dünyaya spesifik xüsusiyyətlərə malik davamlı inkişaf modeli təqdim edib”.
M.Məmmədovun qənaətincə, əlamətdar haldır ki, Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır: “Bu gün əminliklə demək mümkündür ki, müstəqilliyinin ilk illərində bir sıra ciddi çətinliklərlə üzləşən Azərbaycan qısa müddətdə həm iqtisadi, həm də siyasi sahədə qarşıya qoyduğu əsas hədəflərə çatıb. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir. Ölkəmizin demokratik dəyərlərə, fundamental insan hüquq və azadlıqlarına sadiqliyi Konstitusiya və digər hüquqi sənədlərlə təsbit olunub. Azərbaycan daim ölkə Konstitusiyası və digər müvafiq qanunvericilik aktları ilə təsbit olunan demokratik prinsiplərə sadiqlik nümayiş etdirir. Respublikamızda bütün sahələrdə müşahidə edilən dinamik inkişafla paralel surətdə cəmiyyətdə vətəndaş fəallığının artması da məmnunluq doğurur”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05

