Din pərdəsi arxasında gizlənənlər
08.01.2024 [10:41]
Günel ABBASOVA
ABŞ-ın “qara siyahı”sı ikili standartlara əsaslanır
Bu gün Azərbaycanda yalnız məscid, kilsə və sinaqoqlar deyil, eyni zamanda, bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Çünki dinlərə və dini fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir.
Tolerantlığın Azərbaycan xalqının spesifik keyfiyyəti olduğu, az qala, bütün dünyanın qəbul etdiyi və məmnunluq duyduğu həqiqətdir.
Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən biri məhz tolerantlıqla bağlıdır. Belə ki, xalqımızın minilliklər boyu formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, həm də milli qanunvericiliyin mahiyyətində açıq aydın görmək mümkündür.
Ancaq bu gün Qərbdə Azərbaycana məxsus müsbət tendensiyaları görməyənlər, görmək istəməyənlər çoxdur.
Yeri gəlmişkən, yanvarın 4-də ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan, Mərkəzi Afrika Respublikası, Komorlar İttifaqı və Vyetnamda “dini azadlıqların pozulması” ilə bağlı bəyanat verib.
Dünyaya qanun aliliyi dərsi keçənlər...
Mövzu ilə bağlı Qərbi Azərbaycan İcması da bəyanat yayaraq bildirib ki, heç kim ABŞ-a dünya ölkələrində din azadlığına dair ağlına gələn hesabatlar, siyahılar hazırlamaq səlahiyyəti verməyib və ABŞ-ın belə bir praktikadan istifadə etməsi yalançı “amerikan müstəsnalığı”nın təzahürüdür.
ABŞ özünə düşmən hesab etdiyi, siyasətini bəyənmədiyi ölkələri belə siyahılara salaraq öz aləmində onlarla “haqq-hesab çəkir”. Ermənistanın Azərbaycan xalqının mədəni irsini, məscidlərini, qəbiristanlıqlarını dağıtmasına, təhqir etməsinə göz yumanların riyakarlığı, dini və etnik təəssübkeşlik əsasında, səlibçi mentaliteti ilə hərəkət etmələri ikrah hissi doğurur.
Amerika ictimaiyyətinin “Epstein siyahısı”, yalandan dünyaya əxlaq, vicdan, insan hüquqları, qanunun aliliyi “dərsi keçənlər”in yaramaz əməlləri ilə sarsıldığı bir vaxtda ABŞ-ın özü kimdən, nədən “narahatdır”, bax, bunu başa düşmək olmur. ABŞ başqa ölkələrin işlərinə qarışmaq əvəzinə, qoy gedib tarixən sıxışdırdığı yerli xalqların hüquqlarının təmin edilməsi də daxil olmaqla, özünün daxili problemləri ilə məşğul olsun.
ABŞ diplomatiyasının “məntiq”i də “heyrət doğurur”. ABŞ bir tərəfdən Azərbaycanı Vaşinqton platformasına dəvət edir, digər tərəfdən Azərbaycana qarşı bir-birinin ardınca düşmən addımlar atır.
ABŞ-ın din azadlığına dair siyahısının heç bir qüvvəsi, çəkisi yoxdur və onu qətiyyətlə rədd edirik”.
ABŞ-ın çirkab xarakterli cəfəngiyatı
Milli Məclisin üzvü Bəhruz Məhərrəmov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, son 8 ayda qeyri-adekvat gedişləri ilə regionda nüfuzunu itirən Vaşinqton “demokratiya”, “insan haqları” bəhanəsi altında hücumların effekt vermədiyini görüb, bu dəfə dini azadlıqların himayəçisi qiyafəsində pərdələnmək niyyətindədir.
Onun sözlərinə görə, ABŞ-ın Dini Azadlıqlar Üzrə Beynəlxalq Komissiyası da məhz bu niyyəti leqallaşdırmaq məqsədilə Vaşinqtonun “qara siyahısını” alqışlayaraq “Dağlıq Qarabağdakı” dini obyektlər və ölkədə “şiə dini fəallara qarşı repressiyalar” kimi uydurma iddialarla bağlı narahatlıq ifadə etməsi əlaqələndirilmiş məqsədli fəaliyyətdən xəbər verir:
“Heç şübhəsiz ki, ABŞ-ın səsləndirdiyi bu iddiaların, əslində, dini azadlıqlarla heç bir bağı olmayan siyasi çirkab xarakterli cəfəngiyat olduğu aydındır. Hər kəs qəbul edir ki, Azərbaycan min illərdir ki, etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyalar üçün bərabər şəraitin yaradıldığı məkan və dünyada multikulturalizmin ünvanlarından biridir. İlham Əliyevin ötən ay Roma Papası Fransiskə yazdığı məktubda da ifadə olunduğu kimi, “ölkəmizdə tarixən olduğu kimi hazırda da əmin-amanlıq, mehribanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür”. Bu mənada, Şərqlə Qərbin qovuşduğu bu mürəkkəb regionda etnik və dini azlıqlar üçün təhlükəsizlik adası olan Azərbaycan haqqında dini azadlıqlarla bağlı hər hansı əks iddia vicdansızlıqdır və səsləndiyi andan fiaskoya məhkumdur”.
B. Məhərrəmov xatırladıb ki, bu gün müasir Ermənistan ərazisi olan Qərbi Azərbaycanda türk-islam izinin itirilməsi istiqamətində dövlət siyasəti çərçivəsində iş aparılır: “Faktdır ki, 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 391 məscid fəaliyyət göstərib. Sovet hakimiyyətinin son dövrlərinə qədər həmin məscidlərin 350-dən artığının binası mövcud idi. Bəs bu gün Ermənistan ərazisində nə qədər məscid binası mövcuddur, Blinken, yaxud USCIRF bu suala vicdanlı formada cavab verməyə hazırdırmı?
Yaxud Vaşinqton Qarabağdakı - Alban tarixinin misilsiz abidələrini, bizim milli sərvətimizi özümüzdən qorumaq niyyətindədirmi? Bəs 30 il ərzində Qarabağdakı Alban kilsələrinin əsl sahibləri məhz işğal səbəbindən doğma ocaqlarında ibadət etməkdən məhrum olarkən, ABŞ Dövlət Departamenti və USCIRF harada idi?”
Onun qənaətincə, ABŞ Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsublarının yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşaması, çətin günlərdə Vətən müharibəsində olduğu kimi, dəmir yumruq kimi birləşərək istənilən təhdidi dəf etməsinə özünün regionda “parçala və hökm sür” siyasətinə əngəl kimi baxır: “Lakin okeanın o tayında kimin nə düşünməsindən asılı olmayaraq Azərbaycan üçün etnik və dini müxtəliflik milli sərvətdir və İlham Əliyevin Azərbaycan Pravoslav xristian icmasına təbrik məktubunda da ifadə etdiyi kimi, “Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik”, - deyə deputat vurğulayıb.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26

