MDB ölkələri ilə müqayisədə...
16.01.2024 [11:35]
Azərbaycan qat-qat irəlidədir
Günel ABBAS
Bu gün sosial şəbəkələrdə hər mövzuda, hər kontekstdə informasiyaya rast gəlmək mümkündür. Ancaq yayılan informasiyaların nə dərəcədə həqiqəti əks etdirməsi də ayrılıqda müzakirə məsələsidir. Təbii ki, ciddi media resurslarında gündəmə gələn informasiyaların etibarlılıq dərəcəsi daha yüksəkdir. Son zamanlar media resurslarında “feyk nyus”lara az-az rast gəlinir. Bu da bilavasitə media haqqında yeni qanunun tələbləri ilə bağlıdır.
Müstəqillik dövrünə nəzər saldıqda görürük ki, ötən illər ərzində fikir, söz və məlumat azadlığının təmin edilməsi istiqamətində çoxsaylı işlər görülüb. 1998-ci ildə bu sahədə ilk addımlar atılıb. Xüsusi qeyd etmək lazımdır ki, Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, həmçinin 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaradıb.
Günümüzdə informasiyaya çıxış imkanları kifayət qədər genişdir. Elə buna görə də müasir cəmiyyətin əsas atributu fikir, söz və məlumat azadlığı hesab olunur. Çünki internet resursları üzərindən istənilən informasiyanı əldə etmək mümkündür. Ancaq təəssüf ki, internet resurslarında zərərli, şəxsi maraqlara hesablanmış məlumatlar da yayılmaqdadır. Belə ki, sosial şəbəkələrdə müxtəlif adlarla doğru, ya da yanlış informasiyanı rahat şəkildə yaymaq mümkündür. Sosial şəbəkələrə tam nəzarət etmək mümkünsüz olduğundan, müəyyən qüvvələr bu imkanlardan şəxsi maraqlar naminə faydalanmağa çalışır. Ekspertlər hesab edir ki, bu prosesin qarşısını almağın yeganə yolu cəmiyyətin dəqiq informasiyalara çıxış imkanlarının daha da genişləndirilməsindən keçir.
Mövzu barədə suallarımızı Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevə ünvanladıq. Onun sözlərinə görə, Azərbaycan son illər aparılan islahatların əsas istiqamətlərindən biri də söz azadlığının müdafiəsi, media nümayəndələrinin hüquqlarının və onların sosial haqlarının müdafiəsidir: “Eyni zamanda, media sahəsində çalışanların hüquqlarının beynəlxalq normalara uyğun şəkildə yeni qanunvericilikdə əks olunması istiqamətində addımlar atıldı. Bu ,söz azadlığı, plüralizm və fikirlərin sərbəst şəkildə ifadə olunması üçün önəmli bir prosesdir.. Məlum olduğu kimi, Konstitusiya və müvafiq sahə qanunları çərçivəsində hər kəsə fikrini sərbəst şəkildə ifadə etməsi üçün münbit zəmin mövcuddur. Qarşıya çıxan neqativ halların aydın şəkildə ictimai müzakirə predmetinə çevrilərək qısa müddətdə həll olunması və medianın üzərinə düşən bir çox məsələlərlə bağlı Azərbaycan dövləti ciddi islahatlar aparmaqda iradəlidir. Bu istiqamətdə keçirilən treninqlər, icra olunan layihələr, insanların fikirlərini sərbəst şəkildə ifadə etməsi üçün atılan addımlar, beynəlxalq və yerli medianın inteqrasiyası onu göstərir ki, Azərbaycan digər MDB ölkələri ilə müqayisədə qat-qat irəlidədir”.
A.Quliyev əlavə edib ki, bu gün sosial şəbəkələrdə, rəqəmsal informasiya orqanlarında da insanlar öz fikirlərini azad şəkildə ifadə edə bilirlər: “Vətəndaşların gündəmə gətirdikləri problemlər əgər haqlıdırsa, qısa zamanda həll olunmasına heç bir şübhə yoxdur. Bu da onu göstərir ki, Azərbaycan dövləti media ilə vətəndaşların, bütün cəmiyyətin arasında bir körpünün yaranmasında maraqlıdır və bu işin peşəkar təşkili üçün addımlar atmaqdadır. Bütün bu addımların hər biri də şübhəsiz ki, Azərbaycan dövlətinin güclənməsinə hesablanır. Bu istiqamətdə Azərbaycanda mövcud vəziyyət qənaətbəxşdir və gələcəkdə beynəlxalq təcrübəyə də istinad edərək xalqın və dövlətin maraqlarını qorumaq şərti ilə inteqrasiya prosesinin sürətlənməsini zəruri hesab edirəm”.
Göründüyü kimi, bu istiqamətdə dövlət müəyyən addımlar atır, yeni qanunverici baza yaradılıb, media resurslarının inkişafına yönəlik layihələr keçirilir. Təbii ki, dünyanın hər yerində bütün sahələrdə olduğu kimi burada da müəyyən çatışmazlıqlar da mövcuddur. Bu mənada ekspertlər hesab edir ki, çatışmazlıqların aradan qaldırılması üçün beynəlxalq təcrübələrə istinada ehtiyac var.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 İyul 11:09
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09

