/ / Nazir: Hərbi gücümüzün və döyüş imkanımızın artırılması, peşəkar kadr hazırlığı başlıca məqsədimizdir
Nazir: Hərbi gücümüzün və döyüş imkanımızın artırılması, peşəkar kadr hazırlığı başlıca məqsədimizdir
12.10.2024 [13:26]
Oktyabrın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, videobağlantı formatında keçirilən müşavirəyə nazir müavinləri, qoşun (qüvvə) növü komandanları və müavinləri, Əlahiddə Ümumqoşun Ordunun rəhbər heyəti, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirləri, həmçinin Milli Müdafiə Universitetinin və tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları cəlb olunub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları çatdırıb.
Ali Baş Komandanın yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında və digər çıxışlarında səsləndirdiyi fikirləri müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri hərbi gücümüzün və döyüş imkanımızın artırılmasının, eləcə də peşəkar kadr hazırlığının başlıca məqsədimiz olduğunu xüsusi vurğulayıb. Nazir qoşunların xidməti-döyüş fəaliyyətində dövlət başçısının fikirlərindən irəli gələn tapşırıqların icrasının daim diqqət mərkəzində saxlanmasının əhəmiyyətini qeyd edib.
Müşavirədə şərti sərhəddə əməliyyat şəraiti və qoşunlarda bölmələrin gündəlik fəaliyyəti təhlil edilib, mövcud vəziyyətlə bağlı məruzələr dinlənilib.
Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, ayıq-sayıqlığın artırılması, eləcə də revanşist qüvvələrin şərti sərhəddə ehtimal olunan bütün təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmaqla bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib.
General-polkovnik Z.Həsənov cari il sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin təşkilatçılığını, ölkəmizdə və digər qabaqcıl dövlətlərdə istehsal edilən müasir silah-texnika nümunələrinin stendlərdə nümayiş etdirilməsini yüksək qiymətləndirib.
Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silah, texnika və hava hücum vasitələrinin imkanlarının, düzgün istismarının, həmçinin gecə və gündüz şəraitində effektiv döyüş tətbiqinin keçirilən təlimlərdə dərindən öyrənilməsinin əsas tələblərdən biri olduğu müşavirə iştirakçılarının nəzərinə çatdırılıb.
Hərbi hissələrdə qoşun xidmətinin effektiv təşkili, digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə ərazilərimizin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, kəskin relyef və sərt iqlim şəraitində yerləşən mövqelərin mühəndis-istehkam cəhətdən yaxşılaşdırılmasının, təminat yollarının daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb.
Dövlət rəhbərliyinin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin və mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğunu qeyd edən nazir, xüsusilə qış dövründə bölmələrin maddi-texniki və tibb təminatı məsələlərinə diqqət yetirilməsinin zəruriliyini bildirib.
Sonda mütəmadi olaraq müxtəlif mövzularda maarifləndirici tədbirlərin keçirilməsi, şəxsi heyət tərəfindən təhlükəsizlik və nizam-intizam qaydalarına riayət edilməsi, təlim-tədris və təhsil prosesində keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması barədə əlavə göstərişlər verilib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41

