Ölümsüzlük iksiri...
24.11.2024 [08:17]
Dəfnə yarpağının faydaları
Xalq təbabətində və Şərq mətbəxində geniş istifadə olunan dəfnə yarpağının insan orqanizminə faydaları çoxdur. Dəfnə yarpağından müxtəlif yeməklərin, turşu və kompot, tomat və şərbətlərin hazırlanmasında istifadə olunur. Antioksidant, analgetik, iltihab əleyhinə xüsusiyyətlərə sahib olan dəfnə yarpağı kosmetika sektorunda da olduqca uğurlu təsirlərə malikdir. Belə ki, dəfnə yarpağı krem, sabun və şampun kimi məhsulların xam maddəsidir. Qeyd edək ki, dəfnə həmişəyaşıl ağacdır, yazda və qışda yarpağını tökür. Qədim Elladada Olimpiya Oyunları zamanı qalib idmançılar dəfnə yarpağından hörülmüş çələnglə mükafatlandırılırdılar. Dəfnə ağacı hər mövsümdə yaşıl qaldığı üçün Antik Yunan-Roma mədəniyyətində ölümsüzlük iksiri kimi qəbul edilib.
Saymaqla bitməz...
Dəfnə yarpağının çayı tənəffüs sisteminin üst orqanları xəstəliklərində istifadə olunur. Yüksək analgetik (ağrıkəsici) xüsusiyyəti olan dəfnə boğaz infeksiyalarına səbəb olan hüceyrələri azaldır və bəlğəmsökücüdür.
Ətirli yarpaqlar şoraba, turşu, balıq və ətli xörəklərə xoş qoxu verir. Yeməklərdə dəfnə yarpağından istifadə olunması mədə-bağırsağa xeyirlidir. Dəfnə meyvələrindən əldə edilən yağ antiseptik xüsusiyyətə malikdir. Dəfnə yağı mikroböldürücü, sidikqovucu, tərlədici, spazmgötürücü və ağrıkəsici təsir göstərir. Onun saç tökülməsinə qarşı istifadə edilməsi tükləri möhkəmlədir, kəpəklənməni azaldır, saçlara yumşaqlıq və parlaqlıq verir. Dəri xəstəlikləri zamanı da həmin yağdan istifadə olunması faydalıdır.
Dəfnə yarpaqlarından hazırlanan sabunlar antiseptik və nəmləndirici təsirə malik olduğundan saçda göbələk əmələ gəlməsinə mane olur, saç diblərindəki məsamələri açır və tüklərin bərpasına kömək edir. Onun yarpaqları şəkərli diabet xəstəliyinə də xeyirlidir, qurudulmuş dəfnə yarpağı ilə təzəsinin arasında fərq yoxdur, tərkibcə eyni olur. Yarpaq xlorofillə zəngindir, tərkibində efir yağları, üzvi turşular çoxdur. Ağızda stomatitlər zamanı dəfnə yarpağı çeynəmək çox səmərəlidir. Sızanaqlardan xilas olmaq üçün dəfnənin antiseptik təsirindən istifadə olunması faydalı nəticələr verir.
Rituallar zamanı da istifadə olunur
Qədimdə dəfnə yarpaqları uzun müddət müxtəlif rituallarda istifadə edilən sehrli bir maddə sayılıb. Dəfnə yarpağı evə xoşbəxtlik və müvəffəqiyyət gətirir. Dəfnə yarpaqları sərvət cəlb edilməsinə də kömək edir. Evə var-dövlət cəlb etmək üçün bir çox sadə və çox effektiv rituallar var. Məsələn, ezoteriklər hesab edir ki, pəncərənin yaxınlığında bir dəfnə ağacı qoymaq evə sərvət cəlb edir. Dəfnə ağacının təsirini artırmaq üçün yanına bir neçə zənginlik rəmzi sayılan əşyalar qoyun: zinət əşyası, pulqabı və s.
Yaxud da bir neçə dəfnə yarpağını pul kisəsinin ayrı bir cibində saxlayaraq pul cəlb edə bilərsiniz. Axşam isə bir ədəd dəfnə yarpağını yandırıb tüstünün ətrafa yayılması lazımdır. Bu, bəd-nəzərdən, pis auralardan qorunmağa köməklik edir.
Xəbər lenti
Hamısına baxİdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42

