“Qara Penni”...
06.05.2025 [08:48]
İlk poçt markası necə yarandı?
Orta əsrlərdən bəri Avropada yolların etibarlı olmamasına görə, məktubun daşınma xərci alıcı tərəfindən ödənilirdi. Bu da çox vaxt çıxılmaz vəziyyətlərə gətirib çıxarırdı...
Poçt ödəniş nişanları bütün dünyanı gəzən, geniş yayılmış və ən çox çap edilən yaradıcılıq nümunələridir. Markaların yaranması və ya poçt ödəniş nişanı kimi istifadəsinin tarixi ilə bağlı müxtəlif fikirlər var. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Laurens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər. Lakin bir sıra faktlar onu göstərir ki, ilk poçt markası məhz Royland Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.
Nişanlısından gələn məktubu ala bilməyən gənc qız...
1840-cı ildə Londondakı İngilis Poçt İdarəsinin sonradan idarəçisi olan Royland Hill maraqlı bir hadisəyə şahidlik etmişdi. Şotlandiyaya səfərlərinin birində gənc qızın daşıma ödənişini verə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona geri qaytardığını görür. Bu zaman R.Hill ödənişi özü ödəyir. Gənc qız ona təşəkkür edir və bu pula ehtiyac olmadığını söyləyir. Çünki zərfin üzərindəki ünvanda bir tənzimləmə edərək nişanlısından gələn məktubu pul ödəmədən də ala biləcəyini bilirdi.
Poçt müəssisəsində islahatlar
Bu hadisəyə şahid olan Hill məktub yollanarkən pul ödənməsini zəruri edəcək bir üsul inkişaf etdirilməsinin lazım olduğunu düşündü. Daşıma haqqının zərfin üstünə yapışdırılan kiçik bir etiket əvəzi olaraq məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif etdi. Bu üsul İngilis Hökuməti tərəfindən qəbul edildi. Belə ki, 1837-ci ildə R.Hill Londonda “Poçt müəssisəsində islahatlar, onun əhəmiyyəti və həyata keçirilməsi” adlı layihəni dərc edib. O, ölkə üzrə poçtu vahid şəklə salmağı - məktubun üzərinə poçt markası və möhür vurularaq yola salınması layihəsini xüsusi qeyd edib. İslahatlarda həm də parlament üzvlərinin və saray əhlinin poçtdan pulsuz istifadəsinin ləğv olunması da təklif olunurdu. R.Hill bu bəndə görə islahatlarının həyata keçirilməsi uğrunda mübarizəsini 3 ildən artıq davam etdirir və nəhayət istəyinə nail olur.
Beləliklə, 1840-cı il mayın 6-da ilk dəfə olaraq üzərinə pul şəkli (1 penni) təsvir olunmuş poçt markası rəsmi şəkildə İngiltərədə məktubların üzərinə vurulmaqla poçt ödəniş nişanı kimi istifadə edilməyə başlayır. Bununla da demək olar ki, Royland Hill poçt markasının “atası” kimi tarixə düşür. Onu İngiltərədə “mister poçtalyon” adlandırırlar.
Rəng dəyişikliyi marağa səbəb oldu
Uzun müzakirələrdən sonra qara rəngdə markanın üzərində 1 penni, mavi rəngdə markanın üzərində isə 2 penni təsvir olundu. Bu çeşidləmə çox davam etmədi. Bir qədər sonra isə markalar çəhrayı rəngdə çap edilməyə başlandı. Ondan sonra poçt göndərişlərinin üzərinə vurulan möhür də qırmızı rəngdə, daha sonralar isə qara və göy rənglərdə oldu. R.Hill gündəliyində markanın bu qədər yayılacağına inanmadığını qeyd edirdi. Belə ki, sonralar 1843-cü ildə Braziliya və İsveçrədə, 1847-ci ildə ABŞ-da, 1849-cu ildə Belçika, Almaniya, Fransada, 1850-ci ildə Avstriya, Avstraliya, İspaniyada, 1851-ci ildə Danimarka, Kanadada markanın çapına başlanılır. İlk markaların üzərində bir qayda olaraq pul vahidlərinin və ölkə rəhbərlərinin şəkilləri təsvir olunurdu.
“Qara Penni” 68 808 000 ədəd çap olunub. Bu gün həmin nümunələri əldə etmək nadir tapıntı hesab olunmasa da kolleksionerlər tarixiliyinə görə öz kolleksiyalarına “Qara Penni”ni əlavə etmək həvəsindədirlər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42

