Atasının məsləhəti ilə məşhurlaşan...
27.12.2022 [10:14]
I Dünya Müharibəsində əsirləri xəstəliklərdən qurtaran adam - Pilates
Müasir insanın həyatı daha çox işdə - kompüter arxasında keçir. Hərəkətsiz, oturaq həyat tərzi zamanla bədən qurluşumuza, duruşumuza təsir edir, sürətlə qocalmağa, sağlamlığımızı itirməyə başlayırıq. Həkimlərin yazdığı iynə-dərmanlara ümid bağlamaqdan başqa çarəmiz qalmır. Əslində isə, həyat öz əlimizdədir, bir az inam, iradə, həyat eşqi yetər ki, onu fərqli yaşayaq. Yozef Pilates kimi. O, 1883-cü ilin dekabrında Almaniyada doğulub. Uşaqlığı xəstəliklər, ağrılar içində keçib. Yozef raxit, astma, revmatizm xəstəliklərindən əziyyət çəkirmiş. Bədəni o qədər cılız, qüsurlu, gücsüzmüş ki, məktəbdə uşaqlar onu ələ salıb gülürmüşlər. Heç kəs onunla dostluq etmək istəmirmiş. Bütün bunlar Yozefin özünə güvənini sarsıdır, məktəbə isə marağını azaldırdı. Doqquz yaşında hər şeyi atasına danışır, onu ələ salan uşaqlardan şikayət edir. Atası oğlunu diqqətlə dinləyib belə cavab verir: “Hər kəs öz taleyinin ağasıdır. Ya ömür boyu sənə olan münasibətdən şikayət etməlisən, ya da idmanı seçib həyatını dəyişməlisən!”
Atasının bu cavabı həyatını dəyişmək üçün Yozefə əsl stimul verir, vaxt itirmədən idmana başlayır. Bir neçə il davamlı şəkildə məşqlər edir. Gimnastika, boks, üzgüçülük, digər idman növləri ilə məşğul olur. 14 yaşında artıq Yozefin bədəni formaya düşür, eyni zamanda, bütün xəstəlikləri ilə “vidalaşır”. O, artıq bədən quruluşu, yaraşığı ilə başqalarından seçilirdi, hətta, yerli rəssamlar ondan naturaçı kimi istifadə edirdilər.
1912-ci ildə Yozef Almaniyadan İngiltərəyə köçür. Orda da idmanla peşəkar səviyyədə məşğul olur, boksçu kimi rinqlərə çıxır. Hətta oyun zamanı gözünün birini itirir. Amma idmana sevgisi bundan sonra da azalmır. Əksinə, o, idmanı böyük biznesə çevirmək, bununla da, həm insanlara fayda vermək, həm də pul qazanmaq haqqında düşünür. Birinci Dünya müharibəsi illərində Pilatesin həyat yolu əsir düşərgəsindən keçir. Amma həmin illərdə belə, idmanı atmır, hər gün məşq edir. Bununla da kifayətlənmir, fiziki təlim sistemi üzərində ciddi şəkildə düşünməyə başlayır. Nəhayət, bu sistemin əsasını qoyur, onun tətbiqinə isə ilk olaraq əsirliyin ağır şəraitindən zəif düşən almanların reabilitasiyası ilə başlayır. Getdikcə düşərgədəki insanların çoxu onun təliminə qoşulur. Məşqlərdən sonra düşərgədə yayılan xəstəliklərin sayı xeyli azalır. Hətta təlimlərə qatılanlar qripə belə yaxalanmırlar. Bu, düşərgə rəhbərlərinin diqqətini çəkir. Yozefi Men adasındakı xəstəxanaya göndərirlər ki, ordakı xəstələri də sağaltsın. Müharibədən sonra Yozef Almaniyaya qayıdır. 1926-cı ildə isə Amerikaya yola düşür. Səfərə çıxdığı gəmidə Klara adlı bir qadınla tanış olur, onlar Amerikada evlənirlər. Yozef həyat yoldaşı ilə birlikdə Nyu-Yorkda idman mərkəzi yaradır, bütün pulunu ora yatırır. Çox keçmədən mərkəz məşhurluq qazanır, Halivud ulduzları, balerinalar, idmançılar onun mərkəzinə axışıb gəlirlər...
Jozef iddia edirdi ki, onun təliminə əsasən, 10 məşqdən sonra istənilən şəxs özünü gümrah hiss etməyə başlayır, 20 məşqdən sonra daha da yaxşılaşır, 30 məşq bitəndəsə bütün bədən yenilənir, insan artıq öz həyatını idarə etməyə qadir olur. O, məşqə gələnlərə tez-tez bu sözləri deyirdi: “Biz təqaüdə tez çıxırıq, gənc yaşlarımızda ölürük. İnsanın çiçəklənmə dövrü 70-dən sonra başlamalıdır, qocalıq isə 100 yaşından sonra gəlməlidir”.
Yozef Pilates 84 il yaşayır, ömrünün sonuna kimi də yaratdığı idmanla məşğul olur. 1967 -ci ildə mərkəzdə yanğın baş verir, Yozef tüstüdən boğularaq həyatını itirir. Jozefdən sonra həyat yoldaşı Klara onun işini davam etdirir. O isə 1977-ci ildə vəfat edir. Sonradan Yozefin fiziki təlim sistemi onun adı ilə - “pilates” adlandırılır. Getdikcə bu idman növü daha da məşhurlaşır. Yozefin kəşf etdiyi yaylı qurğular bu gün də pilates idmanında istifadə edilir. Pilates son illər ölkəmizdə də populyarlıq qazanıb. Paytaxtda xeyli sayda pilates mərkəzi fəaliyyət göstərir.
Beləliklə, 19-cu əsrin sonlarında atasının öyüdünü özünə həyat bələdçisi bilən bir alman uşağının sonrakı kəşfi hələ də bütün dünyada insanları min bir xəstəlikdən qoruyur.
Səfurə
Xəbər lenti
Hamısına baxElm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50

