Yazıçının fantaziyalı qisası...
12.01.2023 [11:06]
“Romanlarımın süjet xətti həmişə qab yuyanda ağlıma gəlir. Bu axmaq iş məni cürbəcür qətllər haqqında fikirləşməyə vadar edir...” Detektiv əsərləri ilə bütün dünyada tanınan yazıçı Aqata Kristi bunu müsahibələrinin birində deyib. Onun başqa yazı vərdişi də varmış: hadisələrin gedişatını düşünmək üçün isti su ilə dolu vannada oturub alma yeyirmiş...
Aqata Kristi yazmağa hobbi olaraq başlasa da, bu iş sonradan onun həyatının əsas hissəsinə, mənasına çevrilir. Hətta, yazdığı əsərlər ona “detektiv janrının kraliçası” adını qazandırır...
Aqata Kristi yazmağa necə başladı?
Bəzi mənbələrə görə onu yazmağa anası həvəsləndirib. Aqata uşaq vaxtı bir gün bərk soyuqlayıb yorğan-döşəyə düşür. Anası ona yataqdan qalxmağa icazə vermir. Qızının darıxdırıcı günlərinə rəng qatmaq məqsədilə ona elə yataqdaca kiçik hekayələr yazmağı məsləhət görür. Aqata yazmağa belə başlayır...
Onun ilk ədəbi yazıları duyğusal, romantik hekayələr olur. Amma Aqata detektiv əsərləri də sevirdi. Bu mövzuda çoxlu romanlar oxuyurdu. Bir günsə “oxuduğum kitablardan daha yaxşısını yaza bilərəm” fikriylə detektiv roman yazmağa qərar verir. Onun ilk debütü “Staylzda müəmmalı hadisə” romanı olur. Amma əsərin nəşri asan başa gəlmir: İngiltərədəki nəşriyyatlar əsəri bəyənməyib müəllifə qaytarırlar. Nəhayət, 1920-ci ildə Bodley Head nəşriyyatı kitabın çapına razılıq verir. Roman 2000 tirajla çap olunur. Bu əsərə görə yazıçı 25 funt-sterlinq qonorar alır. Daha böyük uğura isə altı il sonra-1926-cı ildə “Rocer Ekroydun qətli” romanının nəşrindən sonra imza atır. Amma 1926-cı il onun şəxsi həyatına uğur gətirmir: anasını itirir, ailə həyatı darmadağın olur. Yazıçı bu ili həyatının ən çətin dönəmi hesab edirdi.
Qisas, yoxsa yaddaşsızlıq?
Yazıçının əsl adı Aqata Meri Klarissa Miller idi. O, sevgi romanlarını Mari Vestmacott təxəllüsü ilə yazırdı. Kristi isə birinci həyat yoldaşının – təyyarəçi Arçibaldın soyadı olub. Onlar 1914-cü ildə evlənirlər. Elə həmin il I Dünya müharibəsi başladığına görə Arçibald cəbhəyə yola düşür. Aqata isə hospitalda tibb bacısı kimi işləməyə başlayır. Tibbi anlayışları, dərmanların kimyəvi tərkibini bilməsi sonradan yaradıcılığında da öz izini qoyur. Elə yaratdığı obrazların əksəriyyətinin zəhərlənmədən ölməsi də bununla bağlı olub...
Müharibə başa çatandan bir il sonra – 1919-cu ildə onların bir qızı – Rozalinda dünyaya gəlir. Aqata xoşbəxt idi, hər şey arzuladığı kimi gedirdi. Artıq ilk romanının çapına da nail olmuşdu. Bu isə onu yeni əsərlər yazmağa həvəsləndirirdi. Amma hər şey birdən dəyişir...
Aqata yenə uşaq istəyir. Bunu həyat yoldaşına deyəndə bu cavabı alır: “İkinci maşın almaq daha faydalı olardı”. Bu məsələ onların arasında soyuqluq yaradır. Üstəlik, əri başqa bir qadına vurulduğunu, ondan ayrılmaq istədiyini etiraf edir. Bundan sonra Aqata ərindən ayrılır. Amma ondan qisasını da alır. Bu məsələdə yazıçı təxəyyülü onun köməyinə gəlir. Elə bir ssenari qurur ki, aləm bir-birinə dəyir. Yazıçı günlərin bir günü qəfildən yoxa çıxır. Polislərin həftələrlə apardığı axtarışlar nəticəsiz qalır. Bir müddətdən sonra London polisi yazıçının avtomobilini tapır. Amma Aqatadan yenə xəbər çıxmır. Artıq onun öldürüldüyü barədə söz-söhbətlər dolaşır. Təbii ki, çoxlarının, elə polisin də ağlına ilk Arçibald Kristi gəlirdi. Məsələ ondaydı ki, Aqatanın avtomobili Arçibaldın sevgilisi ilə istirahət etdiyi məkandan tapılmışdı. Bütün qəzetlər bu hadisədən yazırdı. Aqata isə həmin vaxt uydurduğu bu ssenarinin həzzini yaşayırdı. O, keçmiş ərinin sevgilisinin adı ilə bir oteldə qeydiyyatdan keçib, burada gizlənmişdi. Onun məqsədi keçmiş ərinə əzab, qorxu yaşatmaq, ondan qisas almaq idi. Aqata üzə çıxanda qəzetlər onun yaddaşını itirdiyi barədə məqalələr dərc etməyə başladılar...
Bəzi mənbələrdə yazıçının həqiqətən amneziyadan, yəni yaddaşın müəyyən müddətə itməsindən əziyyət çəkdiyi barədə məlumat verilir. Yazılanlara görə, o, hətta öz adını belə unudurmuş.
İkinci ailəsi...
Yazıçının ikinci həyat yoldaşı isə arxeoloq Maks Mellouen olub. O, Aqatadan 14 yaş kiçik idi. Yazıçı onunla Bağdada səfəri zamanı tanış olur. Aralarındakı yaş fərqinə baxmayaraq, onlar bir-birlərini çox gözəl anlayır, sevirdilər. Aqata yaş məsələsi ilə bağlı zarafatla belə deyərmiş: “Maks arxeoloqdur. Arxeoloqlar qədimliyi sevir. Ona görə də yaşım artdıqca ona daha maraqlı görünürəm”. Onlar birlikdə bir çox ölkələrə səyahətə çıxırlar. Suriyanı, İraqı, Türkiyəni gəzib dolaşırlar. Bütün bu səfərlər sonradan onun əsərlərində öz əksini tapır. Aqata 1934-cü ildə İstanbulun “Pera Palace” hotelində - 411-ci otaqda “Şərq ekspressində qətl” romanını yazır. Əsər böyük şöhrət qazanır. Romanın yazıldığı otaqsa hazırda muzey olaraq qorunur.
40 ilin sirri...
Aqata Kristi 1976-cı il yanvarın 12-də – 86 yaşında vəfat edir. Həmin gün yazıçının ruhuna ehtiram olaraq, Londonda teatrlar bir saatlıq işıqlarını söndürür...
Onun vəfatından çox sonralar nəvəsi evlərinin çardağından 27 kaset tapır. Kasetlərə Aqata Kristinin audiomüsahibəsi yazılıbmış. O, müsahibədə bütün həyatını detallarına qədər danışıb. Sən demə, kasetlər çardaqda düz 40 il gizli qalıb.
Aqata Kristinin vəfatından 47 il keçsə də, bu gün də onun əsərləri bestseller hesab olunur. 60 detektiv, 6 psixoloji romanı, 19 hekayə toplusu artıq 100-dən çox dilə tərcümə olunub.
Səfurə Çərkəzqızı
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
05 Fevral 22:33

Xəbər lenti
05 Fevral 21:57

Xəbər lenti
05 Fevral 18:00

Xəbər lenti
05 Fevral 17:37

Xəbər lenti
05 Fevral 14:28

Dünya
05 Fevral 13:49

Xəbər lenti
05 Fevral 13:09

Dünya
05 Fevral 13:00

Xəbər lenti
05 Fevral 12:53

Xəbər lenti
05 Fevral 12:16

Dünya
05 Fevral 11:38

Xəbər lenti
05 Fevral 11:00

Xəbər lenti
05 Fevral 10:43

Xəbər lenti
04 Fevral 17:55

Xəbər lenti
04 Fevral 16:07

Xəbər lenti
04 Fevral 16:04

Xəbər lenti
04 Fevral 15:05

Xəbər lenti
04 Fevral 15:02

Xəbər lenti
04 Fevral 14:59

Xəbər lenti
04 Fevral 13:34

Xəbər lenti
04 Fevral 12:36

Xəbər lenti
04 Fevral 12:34

Xəbər lenti
04 Fevral 11:52

Xəbər lenti
04 Fevral 11:30

Xəbər lenti
04 Fevral 11:15

MEDİA
04 Fevral 11:00

Sosial
04 Fevral 10:51

Xəbər lenti
04 Fevral 10:46

Sosial
04 Fevral 10:44

Analitik
04 Fevral 10:40

Siyasət
04 Fevral 10:34

Siyasət
04 Fevral 10:24

Gündəm
04 Fevral 10:21

Siyasət
04 Fevral 10:17

Siyasət
04 Fevral 10:14

Xəbər lenti
03 Fevral 21:22

Xəbər lenti
03 Fevral 19:40

Xəbər lenti
03 Fevral 18:08

Xəbər lenti
03 Fevral 17:34

Xəbər lenti
03 Fevral 17:00

Maraqlı
03 Fevral 16:44

Xəbər lenti
03 Fevral 16:18

Siyasət
03 Fevral 15:31

Dünya
03 Fevral 15:22

Xəbər lenti
03 Fevral 15:09

Xəbər lenti
03 Fevral 14:55

İqtisadiyyat
03 Fevral 14:53

Xəbər lenti
03 Fevral 14:20

Maraqlı
03 Fevral 14:19

Xəbər lenti
03 Fevral 13:18

Xəbər lenti
03 Fevral 13:16

Xəbər lenti
03 Fevral 13:10

Xəbər lenti
03 Fevral 13:07

Xəbər lenti
03 Fevral 12:48

Xəbər lenti
03 Fevral 12:39

Xəbər lenti
03 Fevral 12:35

İqtisadiyyat
03 Fevral 12:04

Xəbər lenti
03 Fevral 12:03

Xəbər lenti
03 Fevral 12:01

Xəbər lenti
03 Fevral 12:00

Xəbər lenti
03 Fevral 11:57

Xəbər lenti
03 Fevral 11:50

Xəbər lenti
03 Fevral 11:47

İqtisadiyyat
03 Fevral 11:16

Xəbər lenti
03 Fevral 11:14

Xəbər lenti
03 Fevral 11:03

Xəbər lenti
03 Fevral 11:02

Sosial
03 Fevral 11:00

Xəbər lenti
03 Fevral 10:58

Ədəbiyyat
03 Fevral 10:56
