Dünya sənin, dünya mənim...
21.04.2023 [11:30]
22 aprel Beynəlxalq Yer günüdür
Şahanə XANKİŞİYEVA
Qalaktikaya ani nəzər yetirsək, bəlkə də içində “itib batarıq”. Saysız-hesabsız ulduzlar, irili-xırdalı planetlər, qaz buludları və digər cismlərin varlığı kainata heyranlığımıza səbəb olur. Bu gün isə sözün əsl mənasında nəfəs alan planetin - Yer kürəsinin günüdür. Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olunub. ABŞ-da senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi. Bundan sonra 20 milyona yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək höküməti ekoloji problemləri həll etməyə çağırır. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətlənib. Məhz XX əsrin 70-ci illərindən etibarən şirkətlər ətraf aləmin mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başlayıblar.
Təbiət bizim yox, biz təbiətin bir hissəsiyik!
İnsan təbiətin bir hissəsidir. Sivilizasiyanın inkişafı nəticəsində bəşər güclənərək özünü təbiətdən üstün səviyyəyə qoydu. Ancaq yaddan çıxarmayaq ki, Yer bizim yox, biz onun bir parçasıyıq. Çünki, aldığımız hava, hər cür bəhrələndiyimiz torpaq, təbii sərvətlər - hamısı Yer kürəsinin məhsuludur. Bəs Dünyanı yetərincə qoruyuruqmu? Bu məsələdə bəşəriyyət ümumi məqsədə xidmət etməlidir. Planetimiz birdəfəlik istifadə üçün nəzərdə tutulmayıb. İndiki dövrdə Dünyanın “dərdi çoxdur”. Başlayaq elə oksigen mənbəyi olan meşələrdən... Meşələrin məhv edilməsi təbiətin, bir sözlə həyatın məhvi deməkdir. Bununla da insan övladı nəinki təbiətin, öz məhvinə də yol açır. İnsanların məsuliyyətsizliyi ucbatından kiçik bir qığılcım bütün meşəni külə döndərə bilər. Buna dəfələrlə “vətəndaş məsuliyyətsizliyi ucbatından meşədə yanğın çıxdı” xəbərləri ilə rastlaşmışıq. Və yaxud da ağacların biznes məqsədi ilə qanunsuz şəkildə kəsilməsi. Bu isə həm qanuna, həm təbiətə ziddir. Qızıl, almaz, neft, qaz kimi yer altı sərvətlər də Yerin bizə bəxş etdiyi qiymətli məhsullardır. Təəssüf ki, bunlar da tükənməz sərvət deyil. Hər şeyin bir sonu olduğu kimi bunlar da nə vaxtsa tükənib gedəcək. Bununla da insan yalnız özünü düşünüb gələcək nəsillərə “düşmən” kəsilir.
Biz təbiətə bəzən “ana” deyirik və bu ifadəni boş yerə işlətmirik. Təbiət öz qoynunda bizi bəsləyib böyüdür. Torpaq da təbiətin ayrılmaz parçasıdır. Üstündə gəzdiyimiz, ev tikdiyimiz, yol çəkdiyimiz, məhsul becərdiyimiz torpaq... Ancaq biz torpağı belə çirkləndirir, tullantılarla məhv edirik. Zəhərlənmiş torpaqdan məhsul yemək əlbəttə heç kəsə xoş gəlməz. Bu, ilk növbədə sağlamlığımıza ziyandır. Eynilə oksigenlə nəfəs aldığımız halda atmosferə buraxdığımız tonlarla zəhərli tullantı maddələr kimi... Zavod tullantıları isə təbiətin bəlasına çevrilib; atmosferi məhv etməklə yanaşı, içdiyimiz suya axıtdığı tullantılar ilə insan orqanizmində fəsadlara yol açır. Axı biz də təbiətin bir parçasıyıq. Bununla yanaşı, təbiətə düşmən kəsilən insan, onun ölkəsində və ya şəhərində təbii fəlakətlər baş verdikdə çox təəccüblənir. Onun zənnincə, təbiət “baş qaldıra” (hayqıra) bilməz.
Zəncirin son halqası...
Gələk “Qırmızı kitab”ı yaradıb səhifələrinə hər il yeni flora və fauna adı salanlara. Bəziləri nüfuz və çoxlu pul qazanmaq xatirinə vəhşi heyvan “ovuna çıxır”. Artıq vəhşi heyvanların bəzi növlərinin sayını əvvəlki vəziyyətinə qaytarmaq mümkün deyil. Adətən heyvanlarda belə bir xüsusiyyət var; şikarını ovlayarkən bircə şey istəyir - yeyib doymaq. Adəti üzrə ona lazım olandan çoxunu öldürməz. İnsan isə gördüyü və qarşılaşdığı hər şeyi məhv edir, ona çoxlu və daha çoxlu lazımdır, o “div addımları” təbiəti və özünü uçuruma aparır. Bununla da təbiətin zəncirvari olduğunu unudaraq bir növ öz məhvinə də addım atır.
Dünyamızı məhv olmaqdan qorumaq üçün hər imkandan səmərəli istifadə etmək, ekoloji bilik və anlayışlara tam məsuliyyət ilə yanaşmaq borcumuzdur. Hazırki ekoloji vəziyyətin gərginliyi mütləq şəkildə bunu bizdən tələb edir. Unutmaq olmaz ki, hər birimiz təbiət zəncirinin ayrılmaz halqasıyıq. Çalışaq ki, Dünyamızı qoruyaq və sahib çıxaq!
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25

