“Titanik”ə qovuşan “Titan”...
25.06.2023 [11:12]
Sualtı qayıq niyə partladı?
Yeganə BAYRAMOVA
Bu həftə bütün dünya 5 turistlə birgə sirrə qədəm qoymuş “Titan” sualtı qayığının axtarış prosesini həyəcanla izlədi. Atlantik okeanının 4 min metrliyinə enmiş qayıqda olan 5 nəfərin hamısı dünyasını dəyişib. Ehtimal edilir ki, xeyli dərinlikdə olan batiskafı suyun güclü təzyiqi məhv edib.
Səyahət müddəti 2,5 saat olacağı proqnozlaşdırılan sualtı qayığın dalışdan 1 saat 45 dəqiqə sonra “Polar Prince” gəmisi ilə əlaqəsi kəsilib. Xatırladaq ki, təxminən 6,5 metr uzunluğunda olan sualtı qayıq “Titanik”in dağıntılarına turistik səfər üçün iyunun 18-də 96 saatlıq oksigen tədarükü ilə suya enmişdi.
Partlayış saatda 2,4 min kilometr sürətlə baş verib
Məlum olub ki, qayığın ekipajı güclü xarici təzyiq altında obyektin daxildən partlayaraq məhv olması nəticəsində həlak olub. Sadə dillə desək, “Titan”ın konstruksiyası yəqin ki, təxminən 3,8 min metr dərinlikdə suyun təzyiqinə tab gətirə bilməyib. Təzyiqlə eyni vaxtda gəminin içərisində olan oksigen çənləri də partlayışın güclü olmasına səbəb olub.
Ən kiçik qüsur belə...
Mütəxəssislər qeyd edirlər ki, sualtı qayığın konstruksiyasındakı ən kiçik qüsur belə bu faciənin yaranmasına imkan verə bilər. 2005-ci ildə “Titanik” ekspedisiyasında iştirak etmiş “Underwater Forensic Investigators” şirkətinin baş direktoru Tom Maddoks bildirib ki, orada təzyiq hər kvadrat düym üçün təxminən 4-5 min funtdur: “Bu isə qurudakı təzyiqdən 350 dəfə çoxdur. Belə şəraitdə hətta kiçik bir sızıntı gəmini dərhal məhv edə biləcək imploziyaya səbəb ola bilər”.
Mütəxəssislər sualtı qayığın strukturunu və onun məhv olması ilə bağlı ehtimal edilən səbəbi nəzərə alaraq belə qənaətə gəliblər ki, partlayış anında 5 nəfər dərhal, heç nə dərk etmədən ölüb.
Eyni koordinat...
Faciə ilə bağlı səsləndirilən digər maraqlı versiya isə “Titan”ın “Titanik”in qalıqları ilə toqquşmasıdır. Amma bu iddialar real görünmür. Çünki batiskafın qalıqları “Titanik”dən xeyli aralıda tapılıb. Gəminin parçalanmış bir neçə böyük hissəsi “Titanik”in “burnu”ndan təxminən 488 metr aralıda olub. Hər iki gəminin qəzaya uğradığı yer isə Kanadanın şərq sahilindən, Sent Cons şəhərindən təxminən 640 km aralıda yerləşir.
Adambaşına 250 min dollar
Xatırladaq ki, məhv olan “Titan” “OceanGate” şirkətinə məxsus idi. Batiskaf turistləri “Titanik”in qalıqları olan əraziyə aparmalıymış. O, dörd kilometrə qədər dərinliyə enə bilən yeganə mini sualtı qayıq sayılırmış. “OceanGate” isə iki il əvvəl adam başına 125.000 dollara başa gələn və əsasən alimlərdən ibarət kiçik komandalarla missiyalar reallaşdırmağa başlayıb. Son səfərdə bir nəfərlik bron 250 min dollar olub.
Faciəvi şəkildə həlak olan şəxslər ABŞ, Fransa və Böyük Britaniyanın vətəndaşları olub. Ölənlərdən biri əvvəllər “Blue Origin” raketi ilə kosmosa uçan britaniyalı milyarder və dəfələrlə cənub qütbünə getmiş 58 yaşlı səyyah Hamiş Hardinqdir. Bundan başqa, “OceanGate Expeditions” şirkətinin baş direktoru, 61 yaşlı Stokton Ruş, 48 yaşlı britaniyalı iş adamı Şahzadə Davud da faciəvi qəzanın qurbanı olub. O, Pakistanın ən zəngin ailələrindən birinin üzvü və Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzın təsis etdiyi iki xeyriyyə təşkilatının üzvüdür. Batiskafda onun 19 yaşlı tələbə oğlu Süleyman Davud da olub. Nəhayət, 5-ci faciə qurbanı Fransız Dəniz Donanmasının keçmiş dalğıcı, 77 yaşlı Pol-Anri Narqoledir. O, “Titanik” qəzasında digər tədqiqatçılar ilə çox vaxt keçirib və 1987-ci ildə onu ziyarət edən ilk ekspedisiyanın tərkibində olub.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05

