Tarixin şirin günü!
07.07.2023 [11:25]
Xoşbəxtlik verən ləziz təam...
Bu gün tarixin ən şirin və ləzzətli bir günüdür. Kiçikdən böyüyə bu desertin adını eşidən hər kəsin gözündə bir parıltı və sevinc hiss olunur. Söhbət çoxlarının sevərək yediyi, insanda xoşbəxtlik hormonlarını artıran qidadan-şokoladdan gedir. Etiraf edək ki, ağıza qoyulan bir şokolad parçası damağımızda yavaş-yavaş əriyərkən insana fərqli həzzlər hiss etdirir. Yəqin ki, iştah açıcı qəhvəyi görünüşə malik bu möcüzəvi deserti sevməyənlər çox azdır.
Şokoladı sevənlər iyulun 7-ni xüsusilə qeyd edirlər. Tarixi qədimlərə dayanan bu ləziz günün tarixçəsinə nəzər salaq. Hələ 1550-ci il, iyulun 7-də Avropaya ilk dəfə kakao paxlası gətirilir. Elə həmin gündən etibarən dünya bu günü Şokolad günü kimi qeyd edir.
“Tanrıların yeməyi”
Şokoladın elmi adını verən şəxs isveçli təbiətşünas Karl Linneydir. Şokoladın elmi adı “theobroma cacao”dur və mənası “Tanrıların yeməyi” deməkdir.
Sevərək yeyilən şokoladın faydaları müxtəlifdir. Mütəxəssislər xüsusilə depressiyadan əziyyət çəkən və qan azlığı olan şəxslərin şokoladdan daha çox istifadə etməsini məsləhət görürlər.
Ürəyinizlə dostdur
Alman İnsan Qidalanması İnstitutu tərəfindən təxminən 19 min insan üzərində aparılan araşdırmada hər gün 7.5 qram şokolad yeyənlərin təzyiqinin daha aşağı olduğu, bu kəslərdə infarkt və iflic riskinin yüzdə 39 daha az olduğu təsbit edilib.
Şokolad xoşbəxt edər
Şokolad “phenethylamine” (PEA) ifraz etməkdədir. PEA isə sinir sistemini xəbərdar edir, ağrıları sakitləşdirir və insanın özünü yaxşı hiss etməsini təmin edir. Şokolad beyindəki serotonin səviyyəsini artırır və xoşbəxtlik hissi verir. Bu desert beyni rahatlaşdırıb boşaldır, beynin endorfin ifraz etməsinə səbəb olur.
Dərini və sümükləri qidalandırır
Şokolad xüsusilə qadınlar üzərində psixoloji olaraq olduqca müsbət təsirlərə sahibdir. Şokolad qadınların özlərini yaxşı hiss etmələrini təmin edən endorfini ifraz edir.
Bu ləziz qida, eyni zamanda, öskürəyə və boğaza yaxşı təsir göstərərək boğazı yumşaldır. Yorğunluğa və halsızlığa qarşı enerji anbarıdır. Xüsusilə qara şokolad təzyiqə yaxşı təsir edir.
Ancaq şokoladın xeyirli tərəfləri olmağına baxmayaraq, çox istifadə edildikdə ziyanlı təsirləri də ola bilər.
İçindəki yağı və şəkəri unutmayın...
Nəticə olaraq, bir çox faydası ilə bərabər şokoladın tərkibind? yağ və şəkərin miqdarının da yüksək olduğu unudulmamalıdır. Bu səbəblə gündəlik qidalanmada diqqətli istehlak edilməlidir və tərkibində kakao yüksək olan şokolad növləri seçilməlidir.
Şokolad asılılıq yaradır, bir oturuşda böyük bir şokoladı tək başına yemək ya da gündə ən az 3-4 ədəd istehlak etmək təəssüf ki, pis bir asılılıqdır. Şokoladın içərisindəki maddələr çox istehlak edildiyində beynimizi keyidir və bədənimizin öz vəzifələrini yerinə yetirməsində problemlərə gətirib çıxarır. Miqren diaqnozu qoyulmuş xəstələrə həkimlər şokoladı qadağan edirlər. Bunun səbəbi də şokoladın içindəki maddələrin miqrenlə bağlı ağrıları oyatması və şiddətləndirməsidir.
Şokolad çox istifadə edildikdə dişlərimizi çürüdə bilər, kökəlməyə səbəb olar, qaraciyərimizə zərər verə bilər və qadınlarda selülit yarada bilər. Çox qəbul etdikdə dəri üzərində allergik reaksiyalara da gətirib çıxara bilir.
Y.BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

