Azərbaycanın ilk məscidi...
27.12.2023 [15:01]
Başı bəlalar çəkmiş Şamaxı Cümə məscidi
M.BAYRAMLI
Şamaxıya səyahət edərkən ziyarət edilməli məkanlar sırasında Cümə məscidi birinci yerdə durur. Azərbaycanın ilk və ən böyük ibadət yerlərindən biri olan məscidin maraqlı tarixçəsi var. Bura Cənubi Qafqazda ən qədim məscid kompleksidir. 743-cü ildə inşa edilib. Tarixi qaynaqlara görə, Şamaxı Cümə məscidinin inşası xilafət ordusunun Azərbaycanı işğal etdikdən sonrakı dövrə təsadüf edir. Bəzi mənbələrdə göstərildiyinə görə, bu məsciddə Xəzər xaqanı İslam dinini qəbul edib.
17 əsrin əvvəllərində səyyah Evliya Çələbinin əsərlərində onun adı çəkilir. Bir qədər sonra Şamaxı tarixində baş verən ən dəhşətli zəlzələ şəhəri, demək olar ki, yerlə yeksan edir. Lakin Şamaxı Cümə Məscidi bu dəhşətli fəlakətə belə davam gətirə bilir. Növbəti zəlzələ isə 1859-cu ildə baş verir. Qafqaz canişininin müraciəti və çar administrasiyasının göstərişi ilə Şamaxı şəhərində tez bir zamanda bərpa işləri həyata keçirilir. Məscidin bərpası isə əslən Şamaxıdan olan Qasım bəy Hacıbababəyova etibar olunur. Növbəti fəlakətdən 1902-ci ildəki zəlzələdən üzü ağ çıxmağ bacarır. Əsrlərə davam gətirmiş, dayandığı məkana bağlı Cümə məscidi yerində qalır. Zəlzələdən sonra, məscidin bərpasının əvvəlki özül üzərində aparılmasına qərar verilir. Bərpa əvvəl memar Zivər bəy Əhmədbəyovun, sonra isə polşalı memar-mühəndis Yozef Ploşkonun layihəsi əsasında aparılır.
1918-ci ildə isə silahlı erməni-daşnak dəstələri tərəfindən törədilən Mart qırğınları zamanı Şamaxı əhalisinin xeyli hissəsi məsciddə sığınacaq tapmağa çalışır. Lakin azğınlaşmış erməni quldurları heç nəyə baxmadan məscid binasını insanlarla bərabər yandırmaqdan çəkinmirlər. Beləliklə, əsrlər boyu təbii fəlakətlərə, dağıdıcı müharibələrə sinə gərən Cümə məscidi son yüz ildə daha iki dəhşətli zərbəyə məruz qalır. Sovet hakimiyyəti dövründə baxımsız qalır. Taki 1980-ci ilə qədər. Ümummilli Lider Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə bu tarixi abidə yenidən təmir olunur.
Azərbaycan müstəqillik qazandıqdan sonra Şamaxı əhalisinin ən çox üz tutduğu məbədə çevrilib. 2009-cu ilin dekabrında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən əsaslı təmir edilib. Demək olar ki, Azərbaycan tarixinin bu nadir incisinə ikinci həyat verilib. Diqqət çəkən məqam isə odur ki, bərpa zamanı İosif Ploşkonun 1909-cu ildə işlədiyi restavrasiya layihəsi əsas götürülüb. 2013-cü ildə isə Prezident İlham Əliyevin iştirakı ilə əsaslı bərpa edilən və yenidən qurulan Şamaxı Cümə Məscidinin açılışı olub.
Şamaxı şəhərinə səfəriniz zamanı Azərbaycan memarlıq tarixində müstəsna yeri olan Şamaxı Cümə məscidinə də baş çəkməyi unutmayın.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

