“Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olacaq
11.03.2025 [18:26]
Aprelin 13-də Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” (Designing the Future Society for Our Lives) mövzusunda “Osaka, Kansai Ekspo 2025” dünya sərgisi açılacaq. 2000-ci ildən Ekspo sərgilərində uğurla iştirak edən Azərbaycan bu il də milli pavilyonla təmsil olunur.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyon “Ekspo 2025”in “Həyatları əlaqələndirmək” (Connecting Lives) bölməsində yerləşməklə “Dayanıqlı inkişafa doğru yeddi körpü” (Seven bridges for sustainability) mövzusunu əhatə edir.
Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından qaynaqlanıb. Burada Azərbaycanın zəngin mədəni irsi, texnoloji inkişaf və davamlı inkişafa bağlılığı, eyni zamanda dialoqa açıqlığı nümayiş olunur. Çünki dialoq və əlaqələr vasitəsilə aydın, harmoniya dolu və dayanıqlı gələcəyə nail olmaq mümkündür.
Üç mərtəbədən ibarət pavilyonun fasadının dizaynı Azərbaycan ənənələrini, incəsənətini və sənətkarlığını təcəssüm etdirən şəbəkə motivlərindən yaradılıb. Ziyarətçilər pavilyondakı səyahətlərinə nəhəng yeddi gözəlin hər birinin təcəssüm etdirdiyi müxtəlif istiqamətlərlə - mədəni müxtəliflik, mədəni irs, ənənəvi incəsənət, memarlıq inciləri, davamlı inkişaf, təbii sərvətlər, idman və turizm sahələri ilə tanışlıqla başlayırlar.
Pavilyonda Azərbaycan və Yaponiyanı tərənnüm edən üç ağac da yer alacaq. Bunlar “Azərbaycan ağacı”, “Yapon ağacı”, Azərbaycan və yapon ağaclarının sintezi olan “Dostluq ağacı”dır.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın “Ekspo 2025” üzrə baş komissarı, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, “Ekspo 2025”in baş katibi Hiroyuki İşige və “Ekspo 2025”in baş komissarı Koji Haneda ölkəmizin dünya sərgisində iştirakı ilə bağlı müqavilə imzalayıblar. Yaponiya ilə əlaqələrə və dünya Ekspo sərgilərində iştiraka əhəmiyyət verən Azərbaycan “Osaka, Kansai Ekspo 2025”də iştirakçı müqaviləsini imzalayan ilk ölkə olub.
155 hektardan çox ərazini əhatə edən “Ekspo 2025”də ümumilikdə 165 ölkə və 7 beynəlxalq təşkilat təmsil olunacaq. “Ekspo 2025” Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platforma kimi də dəyərləndirilir. Dünya sərgisinin davam etdiyi 184 gün ərzində Ekspoya 28 milyon ziyarətçinin gəlişi gözlənilir. “Ekspo 2025”in maskotu isə sudan əmələ gələn qeyri-adi varlıqdır. O, həm də davamlı həyatın ritmini əks etdirir.
Milyonlarla insan oktyabrın 13-dək sərginin keçirildiyi məkanda eksponatlarla tanışlıqla yanaşı, birgə səylərlə gələcək cəmiyyətimizi qurmaq imkanlarını da araşdırmış olacaq. Bura həm də bilik və qabaqcıl texnologiyaların qlobal problemlərin həlli üzrə birləşərək yeni ideyaların yaradılması və mübadiləsi məkanına çevriləcək.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

