/ / Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı İsfar Sarabski Kannda keçiriləcək MİDEM festivalında iştirak edəcək
Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı İsfar Sarabski Kannda keçiriləcək MİDEM festivalında iştirak edəcək
30.01.2014 [09:57]
Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı, 2009-cu il Montrö Beynəlxalq musiqi festivalının qalibi, cazmen İsfar Sarabski Kannda keçiriləcək MİDEM festivalında iştirak edəcək.
Fonddan AzərTAc-a bildiriblər ki, 1967-ci ildən Fransada keçirilən bu festival musiqi dünyasında böyük hadisə sayılır. Beynəlxalq bazar kimi tanınan və ənənəvi olaraq dünya şöhrətli şirkətlərin qatıldıqları festivalda peşəkarlar musiqi fəaliyyətlərini genişləndirmək, yeni inkişaf istiqamətlərini müəyyən etmək məqsədilə görüşürlər. Musiqi sənayesinin inkişafına xidmət edən festival həm də informasiya mübadiləsi və beynəlxalq miqyasda tanınmaq üçün əlverişli məkan hesab olunur.
Təkcə ötənilki MİDEM festivalında 6400 nümayəndə, 3000 şirkət iştirak edib. 1350 stend və pavilyonun nümayiş olunduğu festivalı müxtəlif xarici ölkələri təmsil edən 350 jurnalist işıqlandırıb.
Peşəkar ticarət yarmarkası və konsertlərin keçirildiyi festivalda “NRJ Music Awards” mükafatı verilir.
Heydər Əliyev Fondu bu il MİDEM festivalında tərəfdaş və sponsor qismində iştirak edir.
Fevralın 1-dən 4-dək keçiriləcək festivalda Azərbaycanı İsfar Sarabskinin rəhbərliyi ilə musiqi qrupu təmsil edəcək. İsfar Sarabskinin musiqi qrupu fevralın 2-də “Majestic Barriere” mehmanxanasının “Diane” zalında çıxış edəcək. Azərbaycan cazının səslənəcəyi konsertdə İsfar Sarabskini peşəkar musiqiçilər müşayiət edəcəklər.
Hazırda İsfar Sarabski Heydər Əliyev Fondunun xətti ilə ABŞ-dakı “Berklee College of Music”də təhsilini davam etdirir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52

