“Gözümün işığı və ya qəribə heykəltəraş ömrü” sənədli filmi təqdim olunub
15.03.2014 [10:57]
Martın 14-də Nizami Kino Mərkəzində Əməkdar İncəsənət Xadimi, tanınmış rejissor Yavər Rzayevin “Azanfilm” studiyasında istehsal olunmuş “Gözümün işığı və ya qəribə heykəltəraş ömrü” sənədli filminin təqdimatı keçirilib.
AzərTAc xəbər verir ki, bu ekran əsəri görkəmli heykəltəraş, Əməkdar İncəsənət Xadimi Həyat Abdullayevanın anadan olmasının 100 illiyi ilə əlaqədar çəkilib.
Mərasim iştirakçıları əvvəlcə Nizami Kino Mərkəzinin foyesində Həyat Abdullayevanın Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən nümayiş etdirilən “Bahar” və “Lənkəranlı qız” əsərləri ilə tanış olublar.
Filmin nümayişindən əvvəl mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, görkəmli heykəltəraşın tələbəsi olmuş Xanlar Əhmədov Həyat Abdullayevanın incəsənətimizə verdiyi töhfələrdən geniş söhbət açıblar.
Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan Xurşidbanu Natəvanın abidəsinin də müəllifi Həyat Abdullayevadır.
Bildirilib ki, son illər Bakıda dövlətimizin başçısının müvafiq sərəncamları əsasında qoyulmuş abidələr mədəniyyətimizin tarixinin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Yaxın gələcəkdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız erməni qəsbkarlarından azad olunacaq və Xurşidbanu Natəvanın abidəsi də muzeyin həyətində saxlanılan digər abidələrlə birgə yenidən Şuşada ucalacaq.
Qeyd olunub ki, Həyat Abdullayevanın boya-başa çatdığı ailə sovet rejiminin bir çox təzyiqlərinə, zülmlərinə məruz qalsa da, onlar həmişə həyata nikbin baxıblar. Həyat Abdullayevanın şərəfli ömür yolu və yaradıcılığı bizim üçün əsl örnəkdir.
Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.
Çıxışlarda filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edilib.
Ümumilikdə 27 dəqiqə davam edən bu filmdə sənətkarın zəngin yaradıcılığı və ömür yolundan bəhs olunub, həyatın bütün çətinliklərindən keçmiş bir qadın və sənətkar obrazı canlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41

