"Buta" növbəti qonağı Səlim Babullaoğlunu böyük məhəbbətlə qarşıladı
17.04.2009 [17:45]
Satış-sərgini giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin (AYB) gənclər üzrə katibi, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid bildirdi ki, bu layihənin təşəbbüskarı AYB-nin rəhbəri, xalq yazıçısı Anardır. “İmza günü”nün məqsədi haqqında danışan R.Məcid vurğuladı ki, əslində, başlıca amal yazıçını oxuculara daha da yaxından tanıtmaq, kitablarının səmərəli satışını təşkil etməklə paralel olaraq oxucuların potensialını üzə çıxarmaq, əsasən də gənclərin mütaliəyə marağını artıqmaqdan ibarətdir. Tədbirə başlamazdan öncə müəllifin satışa təqdim etdiyi sözügedən kitabdan 45 nüsxəsinin satıldığını deyən R.Məcid artıq bunu bir uğur hesab edərək, qarşıya qoyulan məqsədədoğru düzgün yolda olduqlarını vurğuladı. Həmçinin, onu da bildirdi ki, AYB “Buta” kitab evində oxuculara təklif olunan nəşrlərin çeşidlərinin çoxluğu yönündə də işlər görməkdədir.
Sonra Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə çıxış edərək mərasimlə bağlı təəssüratlarını bölüşdü. Mənən zəngin və güclü insan olmaq üçün çoxlu mütaliənin vacibliyindən danışan A.Mollazadə bu növ tədbirlərin kitabxanalarda da keçirilməsini məqsədəuyğun saydı. Onun sözlərinə görə, mədəniyyətin digər istiqamətləri kimi bu sahə də Azərbaycanın dövlət siyasətinə daxil olsa, o zaman xalqımızla rəqabət aparmaq müşkülləşəcək.
Əsasən kitabla bağlı fikirlərini bölüşən yazıçı Məqsəd Nur nəşrə daxil olan şeirlərin şəkillərə ithaf olmasını Azərbaycan ədəbiyyatında yeni bir tendensiya adlandırdı. Adətən bu növ tədbirlərin dünyanın inkişaf etmiş ölkələrində həyata keçirildiyini deyən Məqsəd Nur bunu ədəbi ictimaiyyət üçün mühüm hadisə kimi qiymətləndirdi.
Tədbirdə çıxış edən qadın şairlərdən Mahirə Abdulla, şair Oqtay Rza, “Qaya” mətbuat yayımının direktoru Xanhüseyin Əliyev, həmçinin, layihənin ötən həftəki qəhrəmanı Elçin Hüseynbəyli müəllifin yaradıcı fəaliyyəti və insani keyfiyyətlərilə bağlı fikirlərini bölüşdülər. Sonda görüş iştirakçılarına öz minnətdarlığını bildirən şair-tərcüməçi Səlim Babullaoğlu mütaliə həvəskarlarına şəxsi imzası ilə “İlyas Göçmənin şəkil dəftəri” adlı kitabını təqdim etdi.
Qeyd edək ki, “İmza günü”nün növbəti qərhrəmanı “Nadir Şah” əsəri ilə “Olaylar” qəzetinin baş redaktoru, eyniadlı informasiya agentliyinin rəhbəri, yazıçı-publisist Yunus Oğuz olacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51

