Tanınmış jurnalistlər Elmira Əliyeva və Qalina Mikeladzeyə “Şöhrət” ordenləri təqdim olunub
05.10.2016 [10:38]
Oktyabrın 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-da Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş əməkdar jurnalistlər Elmira Əliyeva və Qalina Mikeladzeyə “Şöhrət” ordenlərinin təqdim olunması mərasimi keçirilib.
Tədbirdə çıxış edən AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov jurnalistikanın inkişafında xidmətləri olan şəxslərə göstərilən dövlət qayğısından, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsirindən söhbət açıb. Vurğulayıb ki, Ulu öndər Heydər Əliyev tərəfindən qələm adamlarına göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Elmira Əliyevanı və Qalina Mikeladzeni Azərbaycan mətbuatının canlı klassikləri adlandıran Baş direktor deyib ki, hər iki jurnalist öz istedadını hələ gənc yaşlarından göstərib, qəzet səhifələrində bir-birindən maraqlı, məzmunlu yazılarla çıxış edib. Onların milli mənəvi dəyərlərə, xüsusən mədəniyyət və incəsənətimizə həsr olunmuş oçerk və məqalələri obyektivliyi, həyatiliyi, insanları düşündürmək keyfiyyətləri ilə fərqlənib. Geniş dünyagörüşünə, zəngin müşahidə qabiliyyətinə, həssas qəlbə malik jurnalist qələmindən çıxan bu yazılar həmişə müsbət əks-səda doğurub. Hələ sovet dövrü mətbuatında qaldırdıqları problemlər, taleyüklü məsələlər jurnalist vətənpərvərliyindən və prinsipiallığından xəbər verirdi. Elmira Əliyeva və Qalina Mikeladzenin yaradıcılığı bu gün gənc jurnalistlər üçün həyat və təcrübə məktəbi hesab oluna bilər.
Azərbaycan mətbuatının iki böyük siması ilə AZƏRTAC-da keçirilən bugünkü görüşü unudulmaz hadisə kimi dəyərləndirən Baş direktor onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə çıxış edən AZƏRTAC-ın əməkdaşları Elmira Əliyevaya və Qalina Mikeladzeyə ürək sözlərini və səmimi arzularını çatdırıblar. Qeyd olunub ki, hər iki jurnalist böyük həyat yolu keçib, maraqlı insanlarla görüşüb, nüfuzlu qəzetlərdə çalışıb. Bu cür insanları qorumaq, təbliğ etmək və gələcək nəsillərə tanıtmaq lazımdır. Onlar nəinki peşəkarlığı, eləcə də insani keyfiyyətləri ilə gənc nəslə örnəkdirlər.
Çıxış edənlər Qalina Mikeladzenin “Azərbaycan baleti” və Elmira Əliyevanın “Özüm və zaman haqqında” kitablarının məziyyətlərindən danışıblar. Vurğulanıb ki, hər iki müəllif əslində Azərbaycanın mədəni həyatının bütöv bir dövrünün ensiklopediyasını yaradıb.
Sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə layiq görüldükləri “Şöhrət” ordeni tanınmış qələm sahiblərinə təqdim olunub. Elmira Əliyeva və Qalina Mikeladze jurnalistlik fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16

