Filipp Kirkorov: Azərbaycana çoxdan könül vermişəm
06.10.2016 [09:38]
“Azərbaycana çoxdan könül vermişəm”. Bu sözləri Rusiyanın Xalq artisti Filipp Kirkorov Bakıda təqdim edəcəyi dünya səviyyəli möhtəşəm “Ya” şousu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
Müğənni qeyd edib ki, Azərbaycan tamaşaçıları ilə görüşü böyük həyəcanla gözləyir: “Nəhayət baş tutacaq bu görüşü çox həyəcanla gözləyirəm. Mən uzun illər boyu Bakıya can atmışam. Nəhayət, dostlarımın, pərəstişkarlarımın sayəsində dekabrın 10-da Bakıda “Ya” şousu baş tutacaq”.
“Ya” şousunun quruluşçu rejissoru dünyada ən çox tələbat duyulan şou rejissorlarından biri, “Sirk dü Soley” adlı məşhur eklektik tamaşanın müəllifi Franko Draqonedir. O, əfsanəvi “Sirk dü Soley” üçün 12 proqramın müəllifidir. Draqonenin ideyaları əyləncə sənayesində köklü dəyişikliklər edib. Onun Las-Veqasda Selin Dion üçün hazırladığı şou sonradan ən çox satılan əyləncə məhsullarından birinə çevrilib.
Rusiyalı müğənni deyib: “Ya” şousunu böyük rejissor Franko Draqone hazırlayıb. Əminəm ki, səhnədə çıxış edəcək 80 nəfər, yeddi treylerlə Bakıya gətiriləcək dekorasiyalar, Azərbaycan paytaxtının ən gözəl zalında təqdim edəcəyimiz şou hamını sevindirəcək və heyran edəcək”.
Möhtəşəm “Ya” şousunun premyerası bu ilin martında Moskvadakı Dövlət Kreml sarayında olub. O vaxt premyeradan əvvəl F.Kirkorov jurnalistlərə demişdi: “Uşaq yaşlarımdan sirkin vurğunuyam, çünki nənəm sirk artisti olub. İlk dəfə Las-Veqasda qastrolda olarkən istirahət günümdə Franko Draqonenein quruluş verdiyi “Sirk dü Soley” tamaşasına baxmağa getdim. Orada gördüklərim məni valeh etdi. Bir-iki ildən sonra yenə Amerikaya getdim və bu dəfə də Draqonanın quruluşunda Selin Dion şousuna tamaşa etdim. Tamaşa məni “tora saldı”, ovsunladı. Başa düşdüm ki, öz rejissorumu tapmışam. Gözəllik aləminə onun baxışı mənim baxışıma tam uyğundur. Selin Dion bizi tanış etdi və fikirləşirdim ki, indicə ona edəcəyim təklifdən imtina edə bilməyəcək, lakin bu niyyətim baş tutmadı. Əsla təsəvvür etmirdim ki, Draqonanın həyatı on il öncədən planlaşdırılıb. Mən növbə tutdum və səbirlə öz vaxtımı gözləməyə başladım”.
“Ya” şousu Ruisyada bir eksperimentdir. Az qala 1500-ə yaxın rəqqas arasından seçim şəxsən Franko Draqone və quruluşçu xoreoqraf Toni Testo tərəfindən həyata keçirilib. Testo Kayli Minouq, Britni Spirs və Cennifer Lopes kimi böyük sənətkarlarla işləyib.
Şou vaxtı Filipp Kirkorov səhnədən bir oğlanın başına gələnləri danışır. Uşaqlıq illəri sirkin səhnə arxasında keçmiş bu oğlan gələcəkdə böyük artist olmaq arzusu ilə yaşayıb, tədricən məşhurlaşıb və o qədər populyarlaşıb ki, indi bəzən zamanı dayandırmaq istəyir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

