“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək
10.02.2017 [09:55]
Azərbaycanda Formula-1 yarışının promouteri - “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin təşkilatçılığı ilə fevralın 15-də Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2017” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu mövzuda konfrans MDB məkanında və regionda ilk dəfə olaraq Azərbaycanda təşkil ediləcək.
Bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
N.Arpadarai bildirib ki, konfransa dövlət qurumlarının, biznes və xidmət sahələri ilə məşğul olan şirkətlərin təmsilçiləri, media nümayəndələri dəvət olunacaq. Tədbirə, həmçinin Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin rəsmiləri də qatılacaqlar. Abu-Dabi, Soçi və Bəhreyn Qran-prilərinin yüksək vəzifəli nümayəndələri də konfransda iştirak edəcəklər. Qonaqlar Formula-1 yarışlarının təşkilatçılığı, bu mühüm turnirin öz ölkələrinə iqtisadi və sosial faydaları barədə məlumat verəcəklər.
“Azərbaycan artıq neçə ildir irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Ölkəmizdə ilk Avropa Oyunları, Formula-1 Avropa Qran-prisi, 42-ci Ümumdünya Şahmat Olimpiadası mükəmməl şəkildə təşkil olunub. Həmçinin cari ildə paytaxtımız IV İslam Həmrəyliyi Oyunlarını qəbul etməyə hazırlaşır. Bütün bunların ətrafında bir dialoqun qurulması maraqlı olar. Konfransda irimiqyaslı yarışların müsbət nəticələri, ortaya çıxa bilən problemlərin həlli və ölkəmizdə biznesin buna hazırlıq vəziyyəti istiqamətlərində müzakirələr aparılacaq”, - deyə Nigar Arpadarai əlavə edib.
N.Arpadarai, həmçinin Formula-1 Azərbaycan Qran-prisinə marağın böyük olduğunu bildirib. Qeyd edib ki, Bakıdakı yarışa artıq 40-dan çox ölkədən biletlər alınıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

