Özbəkistanın “Mədəniyyət və mərifət” telekanalında Azərbaycan haqqında videoreportaj yayımlanıb
17.05.2019 [09:34]
Özbəkistanın “Mədəniyyət və mərifət” telekanalında Azərbaycan haqqında özbək dilində videoreportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin ölkəmizə mediaturu təşkil olunub, onlar Bakını və regionlarımızı gəzib, videomateriallar hazırlayıblar.
Telekanalın müxbiri Nazira Boymuradova reportajında Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan haqqında məlumat verir. Jurnalist qeyd edir ki, paytaxt Bakıdakı binalarda da məhz Şərq və Qərb memarlıq ənənələri vəhdət təşkil edir.
Reportajda qeyd olunur ki, Böyük İpək Yolu üzərində yerləşdiyindən Azərbaycanda elm, mədəniyyət və incəsənət sürətlə inkişaf edib.
Azərbaycanın coğrafiyası haqqında ətraflı məlumat verən müəllif Bakının mərkəzində çəkilişlər aparıb, özbək və Azərbaycan xalqlarının əbədi dostluğu, tarixi, müştərək mədəniyyəti, bugünkü əlaqələrindən söhbət açıb.
İçərişəhərin tarixi haqqında danışan jurnalist bu məkanı Özbəkistandakı qədim Xivə şəhərindəki İçan Kala ilə müqayisə edir. Bildirilir ki, Qız Qalası İçərişəhərin dəniz tərəfdən qapısıdır. Turistlər İçərişəhərə adətən buradan və Qoşa Qala qapısından daxil olurlar. Hər iki qapıdan qədim şəhərə girərkən sanki əfsanəvi bir məkana düşürsən. Burada hər şey qədimlikdən xəbər verir. Qeyd olunur ki, İçərişəhərdə və Xivədəki İçan Kalada indi də insanlar yaşayırlar. Hər gün hər iki məkanda yüzlərlə turist görmək olar. Jurnalist İçərişəhəri qədim Səmərqənd və Buxara ilə müqayisə edir.
Reportajda Azərbaycan musiqisi, o cümlədən muğamlarımız haqqında da danışılır.
Jurnalist “Şəhidlər xiyabanı” haqqında da tamaşaçılara məlumat verir, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda edən oğullar və qızlar haqqında söhbət açır.
Tamaşaçılara Xəzər dənizi, Azərbaycanın iqtisadiyyatı, neft strategiyası barədə də ətraflı məlumat verilir.
Reportajda maraq doğuran məqamlardan biri də odur ki, jurnalist yerli sakinlərlə birgə Azərbaycan mahnıları oxuyub, qutab bişirilməsi prosesində iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48

