Heykəl kimin adını daşıyır?
06.05.2022 [10:39]
“Oskar” mükafatı barədə maraqlı faktlar
Film Sənətləri və Elmləri Akademiyasının təsis etdiyi “Oskar” mükafatı ilk dəfə 16 may 1929-cu ildə Hollivudun “Roosevelt” otelində təqdim olunub. Mükafat 1927-ci ildə “MetroGoldwyn-Mayer”in qurucusu Luis Mayer tərəfindən təsis edilib. Əvvəlcə təşkilat əmək mübahisələrini həll etməli idi, lakin qısa müddət sonra akademiyanın adından nüfuzlu kino mükafatlarını təqdim etmək ideyası yarandı. “Oskar” film sənayesində bədii və texniki dəyər səviyyəsinə əsasən verilən ən nüfuzlu mükafata çevrildi.
İlk mükafatlar 1927-1928-ci illərdə çəkilmiş filmlər üçün 12 kateqoriya üzrə seçilib, bütün qaliblər üç ay əvvəl elan edilib. Mükafatın ilk qalibi alman aktyoru Emil Yanninqs olub. İlk mərasim cəmi 15 dəqiqə davam edib. Uilyam Vellmanın “Qanadlar” filmi “Ən yaxşı film” mükafatını qazanan ilk film olub.
1930-cu illərdə Akademiya “Oskar”ın gələcək sahibləri haqqında qəzetlərə məlumat verirdi. 1941-ci ildən bəri nəticələr son ana qədər gizli saxlanılır.
1953-cü ildə mərasimin ilk televiziya yayımı ABŞ və Kanadada baş tutdu. Hazırda dünyanın 200-dən çox ölkəsində “Oskar”ın verilmə mərasimi canlı yayımla təqdim olunur.
“Oskar”, qarşısında uzun qılınc tutan cəngavər heykəlcikdir. Hündürlüyü 34 sm, çəkisi - 3,85 kq təşkil edir. Əvvəllər mükafat bürüncdən hazırlanırdı. II Dünya Müharibəsi illərində metal cəbhənin ehtiyacları üçün lazım idi deyə, Akademiya gips heykəlciklər hazırladı. Sonrakı illərdə “Oskar” qalaydan tökülürdü. 2016-cı ildən etibarən onu 24 karat qızılla üzlənmiş bürüncdən hazırladılar. 2022-ci ilə kimi ümumilikdə 4000-ə qədər “Oskar” mükafatı təqdim edilib.
“Oskar” adını bu mükafata aktrisa Bette Davis verib. Heykəltəraş Corc Stenlinin yaratdığı fiqur onun əri Oskar Nelsona bənzədiyi üçün, aktrisa zarafatla heykəli “Oskar” adlandırırdı və ilk dəfə rəsmi olaraq 1939-cu ildə keçirilən mərasimdə bu addan istifadə edildi.
Hazırda mükafat 24 kateqoriya üzrə verilir.
“Oskar” qalibləri Film Sənətləri və Elmləri Akademiyası üzvlərinin səsverməsi ilə müəyyən edilir. Bu heyət 17 qrupa bölünmüş 8 mindən çox sənətşünasdan ibarətdir.
Mükafat tarixində üç film müxtəlif kateqoriyalar üzrə rekord sayda - 11 mükafat alıb: “Ben-Hur” (1959), “Titanik” (1997) və “Üzüklərin kralı” (2003).
Alınan mükafatların və nominasiyaların sayına görə lider amerikalı animator, kinorejissor Uolt Disneydir. Onun 26 “Oskar”ı var.
Hansısa filmin “Oskar”a namizəd olması üçün 3 əsas şərt var. Birincisi, film 40 dəqiqədən uzun olmalı, ikincisi, Los-Anceles sərhədləri daxilində ən azı bir dəfə pullu nümayiş olunmalı, üçüncüsü ən azı yeddi gün ard-arda nümayiş etdirilməlidir.
“Oskar” heykəlciyi Çikaqoda düzəldilir. Dəyəri, sadəcə, 330 dollara bərabərdir. Mükafatı qazanan şəxslərin həmin heykəlciyi satması qadağandır. Heykəlciyi istəmirsənsə, onu Akademiyanın özünə 1 dollar qarşılığında sataraq mükafatdan tamamilə imtina etmək olar.
“Oskar”ın ilk və yeganə azərbaycanlı sahibi, balerin Timur Oduşevdir. O, 2011-ci ildə 18 yaşı olarkən “Sahə” bədii filmi ilə “Xarici bədii filmdə ən yaxşı aparıcı rol” nominasiyasında mükafat qazanıb.
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58

