163 il dayanmadan işləyən Biq-Ben
01.06.2022 [10:34]
MİKAYIL
Londonu Biq-Bensiz, Biq-Beni də Londonsuz təsəvvür etmək mümkün deyil. Biq-Ben Britaniyanın fəxri və rəmzi sayılır. Səsi hər saat radio ilə yayımlanır. 13,5 tonluq 5 ədəd zəng çanağına malik bu saatın səsini xalq arasında “Britaniyanın səsi” adlandırırlar. Zamanla əfsanəvi London qülləsini Biq-Ben adlandırmağa başlayıblar. Qüllə 1858-ci ildə tikilib. Tarixi təqribən 170 il əvvələ dayanır. 31 may 1859-cu ildə isə ilk dəfə işə başlayıb.
Londonda tüğyan edən növbəti yanğından sonra Vestminster sarayını bərpa etmək lazım gəlir. Arxitektor Çarlz Beri şəhər saatı üçün ən münasib yerin Müqəddəs Stefan qülləsi olduğu qənaətinə gəlir. Saatın inşasına pul ayırsalar da, Ç.Berinin qarşısına bir neçə şərt qoyurlar. Belə ki, yeni saat dünyada ən dəqiq və böyük saat olmalı, Londonun hətta ən ucqar guşələrində onun zəng səsi eşidilməli idi.
Krallığın ən yaxşı saatsazları və astronomları saatın mexanizmi üzərində işləyiblər. Biq-Ben adının kimin ağlına gəldiyi barədə dəqiq məlumatlar mövcud deyil. Versiyalardan birinə görə, inşaat işlərinə başçılıq edən Bencamin Hollun “adaşıdır”. Qədd-qaməti ilə seçilməyən usta şişman olduğu üçün onu Böyük Ben adlandırırmışlar. Digər versiyaya görə, zəng o vaxt məşhur olan ağır çəkili boksçu Ben Skautun şərəfinə belə adlandırılıb. 2012-ci ildə London qülləsinin adını yenidən dəyişiblər. İndi o, Böyük Britaniya kraliçası Elizabetin şərəfinə Elizabet Qülləsi adlanır.
Keçmiş zamanlarda isə Biq-Ben həbsxana olub. Qüllənin dörd tərəfində latın dilində “Tanrı kraliçamız I Viktoriyanı qorusun” sözləri yazılıb. Saatın sağ və sol tərəflərində, qüllənin üzərində latın dilində “Tanrıya şükür” sözləri həkk olunub.
Biq-Ben 1859-cu il mayın 31-dən etibarən “yorulmadan” zamanı göstərir və demək olar, heç vaxt dayanmayıb.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45

