Radikal düşərgə təmsilçiləri sosial şəbəkələrdə yalan tirajlamaqla məşğuldurlar
21.05.2021 [08:52]
Nardar Bayramlı
Azərbaycanda radikal müxalifətin dağıdıcı fəaliyyəti cəmiyyətə yaxşı məlumdur. Yəni istər antimilli şurada cəmləşən, istərsə də xaricdə məskunlaşmış dağıdıcı ünsürlərin əsas məqsədi ölkəmiz haqqında mənfi rəy formalaşdırmaqdan, qazanılan uğurlara kölgə salmaqdan ibarətdir. Bu da təbiidir. O mənada ki, radikal ünsürlər xaricdəki ermənipərəst dairələrin xidmətçisi rolunda çıxış edir və anti-Azərbaycan mərkəzlərin direktivlərini yerinə yetirirlər.
Bu məqamda vurğulamaq yerinə düşər ki, şanlı Ordumuzun işğalçı Ermənistan üzərində möhtəşəm qələbəsi bütün xalqımız tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanıb. Eyni zamanda, xalqımız bütün şəhidlərin, o cümlədən 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan övladlarımızın əziz xatirəsini daim uca tutur. Bu gün dövlətimiz şəhid ailələrinə və qazilərə yüksək diqqət, qayğı göstərir. Bütövlükdə, cəmiyyətimiz bu kateqoriyadan olan insanlara diqqət göstərilməsini özünün mənəvi borcu hesab edir.
Bütün bunların fonunda ölkəmizdəki radikal müxalifətin və onların xaricdəki uzantılarının antimilli mövqeyi cəmiyyətimiz tərəfindən ikrah hissi ilə qarşılanır. Belə ki, bu ünsürlər əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini müxtəlif bəhanələrlə azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz xarici himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər.
Ümumiyyətlə, radikalların niyyəti milli birliyə və həmrəyliyə zərbə vurmaqdır. Vətən müharibəsindən sonra AXCP sədri Ə.Kərimlinin, antimilli şuranın nümayəndəsi Gültəkin Hacıbəylinin və “beşinci kolon”un digər nümayəndələrinin sərgilədikləri mövqe bunu bir daha təsdiqləyir. Son günlər isə radikal ünsürlər sosial şəbəkələrdə guya şəhid ailələrinə və qazilərə dövlətin diqqətsizlik göstərməsi barədə əsassız iddialar səsləndirirlər. Bununla da məqsəd ictimai narazılıq yaratmaqdır. Amma qeyd etdiyim kimi, dövlətimiz bu kateqoriyadan olan insanlara ən yüksək səviyyədə diqqət göstərir, onların problemlərinin həlli istiqamətində davamlı addımlar atılır. Eyni zamanda, bu gün “YAŞAT” Fondu vasitəsilə cəmiyyət üzvləri, qeyri-hökumət təşkilatları, müxtəlif qurumlar, sadə vətəndaşlar şəhid ailələrinə və qazilərə dəstək göstərirlər.
Bütövlükdə, radikalların, “beşinci kolon”un təmsilçilərinin tutduğu antimilli mövqe qəbuledilməzdir. Ona görə də radikal düşərgənin növbəti manipulyasiya cəhdi də iflasa məhkumdur.
Müəllifin digər məqalələri:
Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər
Vətən müharibəsində qazanılan...
26.05.2021 [09:12]
AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası
Ötən illər ərzində Azərbaycan...
20.05.2021 [09:15]
Əli Kərimli indi də “Ağıllı kənd” layihəsini hədəfə almağa çalışır
44 günlük Vətən...
18.05.2021 [09:12]
Məlum olduğu kimi, ötən illər...
04.05.2021 [08:55]
Gültəkin Hacıbəylinin absurd iddiaları gülüş doğurur
Vətən müharibəsində qazanılan...
30.04.2021 [08:08]
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

