/ / Elektron sənəd dövriyyəsinə keçid sənədlərlə işin innovasiyalı texnologiyalar əsasında qurulmasıdır
Elektron sənəd dövriyyəsinə keçid sənədlərlə işin innovasiyalı texnologiyalar əsasında qurulmasıdır
05.09.2012 [23:08]
-Süleyman müəllim, dövlətimizin başçısının imzaladığı bu yeni sənədlər idarəetmə sisteminə hansı yeniliklər gətirəcək və bunun səmərəsi nədən ibarət olacaqdır?
-Bildiyiniz kimi, dövlətimizin başçısı İlham Əliyev ölkə həyatının bütün sahələrinin müasir tələblər səviyyəsində qurulmasına xüsusi diqqət yetirir, hər yerdə ən yüksək və müasir texnologiyaların tətbiq olunmasına böyük önəm verir. Bu baxımdan idarələrarası elektron sənəd dövriyyəsi sisteminin yaradılması da ölkədə idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində zamanın tələbi ilə atılan mühüm addımlardan biri sayıla bilər. Bu sənədlərin qəbulunu Prezidentin Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üçün gördüyü böyük işlərin davamı hesab etmək olar.
Fərmanda qeyd edildiyi kimi, belə bir sistemin yaradılması Prezidentimizin 2010-cu il 11 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramında (Elektron Azərbaycan) nəzərdə tutulmuşdur və bu gün artıq uğurla həyata keçirilməkdədir. Bu sistemin tətbiqi dövlət idarəetmə sisteminin tərkib hissələrindən biri olan sənədlərlə işin tamamilə yenidən qurulması deməkdir. Bundan məqsəd ilk növbədə idarəetmə sistemində operativliyi artırmaq, dövlət qulluqçularının fəaliyyətinin daha səmərəli olmasını təmin etmək, bu işi qabaqcıl ölkələr səviyyəsinə qaldırmaqdır. Azərbaycan Prezidentinin Fərmanında bu işin həyata keçirilməsi üçün konkret tədbirlər müəyyən edilib, yeni sənəd dövriyyəsi sisteminin tətbiqi üçün görüləcək işlər və onları həyata keçirəcək orqanlar, onun konkret icra müddətləri və əhatə edəcəyi dövlət orqanları müəyyən edilib.
-Əsasnamədə idarələrarası elektron sənəd dövriyyəsi sisteminin təşkilatçısı kimi Prezident Administrasiyası göstərilmişdir və müvafiq struktur bölməsinin şöbənizdə yaradılması bunu deməyə əsas verirmi ki, bu işlər bilavasitə sizin şöbə tərəfindən tənzimlənəcək?
-Əsasnamə artıq mətbuatda dərc olunub və orada göstərildiyi kimi, sistemin təşkilatçısı funksiyasını yerinə yetirmək Prezident Administrasiyasına, sistemin operatoru funksiyalarını yerinə yetirmək isə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilib. İdarələrarası elektron sənəd dövriyyəsi sisteminin təşkilatçısı sistem çərçivəsində sənəd dövriyyəsini və mühafizəsini təmin edən hüquqi aktların tələblərinin yerinə yetirilməsinə, elektron sənəd dövriyyəsinin qanunvericiliklə müəyyən edilmiş kargüzarlıq standartları və qaydaları əsasında həyata keçirilməsinə nəzarət edəcəkdir. Eyni zamanda, sistemin təşkilatçısına bu tələblər pozulduqda elektron sənəd dövriyyəsini qadağan etmək və dayandırmaq səlahiyyəti verilib. Sistemin təşkilatçısının, həmçinin onun təşkilati və metodiki təminatını həyata keçirmək funksiyaları da var.
-İdarələrarası sənəd dövriyyəsi sisteminin iştirakçıları hansı prinsip əsasında müəyyənləşdirilib?
-Sistemin iştirakçıları olan dövlət orqanları və qurumları “Dövlət qulluğu haqqında” Qanunda və digər normativ hüquqi aktlarda müəyyən edilmiş təsnifat üzrə qruplaşdırılıb. Bu təsnifata uyğun olaraq Fərmanda göstərilən ardıcıllıq üzrə sistemin tətbiqi üçün konkret müddətlər müəyyən edilib. Bu orqanların bir qismi, o cümlədən mərkəzi icra hakimiyyəti orqanları və digər qurumlar artıq 2013-cü ilin iyulundan, yerli icra hakimiyyəti orqanları, Əsasnaməyə əlavə olunan siyahıya daxil edilmiş idarə və təşkilatlar isə 2014-cü ilin əvvəlindən idarələrarası elektron sənəd dövriyyəsi sisteminə qoşulacaqlar.
-Sistemə keçid üçün belə geniş müddətlərin müəyyən edilməsini nə ilə izah etmək olar?
-Bu müddətlər görülən işlərin həcmi və real şərait nəzərə alınmaqla müəyyən olunmuşdur və sözsüz ki, onların vaxtında həyata keçirilməsi təmin ediləcək. Görüləcək təşkilati və texniki işlərin həcmi nəzərə alınarsa, bu müddətlər heç də çox deyil.
Bundan başqa, Əsasnamədə idarələrarası elektron sənəd dövriyyəsi sisteminin əhatə etdiyi informasiya prosesləri, onun əsas prinsipləri göstərilib. Əsasnamədə sistemin texniki-texnoloji infrastrukturu, sistemin təşkilatçısının, operatorunun və iştirakçılarının əsas funksiyaları öz əksini tapmışdır. Təbiidir ki, bu işin həyata keçirilməsi böyük maddi-texniki vəsait, ən müasir texniki avadanlıqlar, yüksək hazırlıqlı mütəxəssislər və informasiya mübadiləsinin təhlükəsiz aparılmasını təmin edən rabitə sistemi tələb edir. Biz sevinməliyik ki, bu gün Azərbaycan dövlətinin belə imkanları var və həmin imkanlar gündən-günə artmaqdadır. Zaman keçdikcə bütün dövlət orqanları və bu sistemə qoşulması zəruri olan idarə və təşkilatlar elektron sənəd dövriyyəsi sistemi ilə əhatə olunacaq.
-Süleyman müəllim, bu sistem vətəndaşların müraciətlərini də əhatə edəcəkdirmi?
-Xeyr. Bu sistem hələ yalnız idarələrarası xidməti sənədlərin dövriyyəsini əhatə edir. Burada Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının və tapşırıqlarının, eyni zamanda, həmin tapşırıqlara baxılması nəticələri barədə informasiyanın, sistem iştirakçılarının Azərbaycan Prezidentinə və respublika Nazirlər Kabinetinə təqdim etdikləri hüquqi aktların layihələrinin təqdim edilməsi, bu sənədlərin razılaşdırma prosedurlarının həyata keçirilməsi elektron formada təmin ediləcək. Vətəndaş müraciətlərinə gəldikdə isə, qeyd etməliyik ki, bu sahədə artıq formalaşmış bir sistem mövcuddur. Vətəndaşlar həm ümumi poçt, faks, elektron poçt, həmçinin Azərbaycan Prezidentinin rəsmi saytı vasitəsilə müraciətlərini istədikləri dövlət orqanlarına çatdıra və onlardan lazımi cavab ala bilirlər. Xüsusilə Azərbaycan Prezidentinin rəsmi internet saytında böyük təkmilləşdirmələr aparılmış, vətəndaş müraciətləri üçün xüsusi bölmə yaradılmış, vətəndaşların özləri və müraciətləri haqqında zəruri məlumatları əks etdirən müraciət forması tərtib edilmiş, saytda vətəndaşların müraciətlərinə aid bütün qanunvericilik aktlarının mətni yerləşdirilmiş, tətbiq olunan linklər vasitəsilə vətəndaşlar respublikanın bütün dövlət orqanlarına müraciət imkanı əldə etmişlər. Elektron imzanın geniş tətbiqindən sonra müraciətlərə rəsmi elektron cavabların verilməsi prosesi daha da təkmilləşdiriləcək. Hazırda bu sahədə vətəndaşlar üçün heç bir məhdudiyyət yoxdur və onlar istədikləri vaxt, istədikləri formada həm Azərbaycan Prezidentinə, həm də müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət edə bilirlər.
-İdarələrarası elektron sənəd dövriyyəsi sisteminin təşkilatçısının onun operatoru və iştirakçıları ilə qarşılıqlı fəaliyyəti necə təşkil olunacaq?
-Təsdiq olunmuş Əsasnamədə təşkilatçının, operatorun, iştirakçıların vəzifələri və funksiyaları konkret göstərilmişdir. Əslində təşkilatçı və operator özü də bu sistemin iştirakçılarıdır. Şübhə yoxdur ki, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifəni layiqincə yerinə yetirmək üçün həm sistemin təşkilatçısı, həm operatoru, həm də iştirakçıları sıx işgüzar münasibətlər şəraitində çalışacaq, mükəmməl və işlək elektron sənəd dövriyyəsi sistemini formalaşdırmaq üçün əllərindən gələni edəcəklər. Qeyd etmək lazımdır ki, istər Prezident Administrasiyasının, istərsə də Xüsusi Dövlət Mühafizə Xidmətinin bu sahədə kifayət qədər təcrübəsi, texniki təminatı və kadr ehtiyatı vardır. ümidvarıq ki, idarələrarası elektron sənəd dövriyyəsi sistemi fəaliyyətə başladıqda heç bir problem yaranmayacaq və nəzərdə tutulmuş bütün işlər dəqiq yerinə yetiriləcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

