/ / “Human Rights Watch” təşkilatının Azərbaycanla bağlı hesabatı qərəzliliyi və məkrliliyi ilə seçilir
“Human Rights Watch” təşkilatının Azərbaycanla bağlı hesabatı qərəzliliyi və məkrliliyi ilə seçilir
06.09.2013 [09:29]
Novruz Məmmədov: Bu təşkilatın Azərbaycanda prezident seçkisinə təxminən bir ay qalmış belə bir hesabat yayması isə qaranlıq məqamlardan xəbər verir
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun www.newtimes.az portalına eksklüziv müsahibəsi:
- Novruz müəllim, “Human Rights Watch’’ təşkilatı yeni hesabatla çıxış edib. Hesabatda Azərbaycanla bağlı bir sıra qərəzli məqamlar yer alıb. Bu haqda fikirlərinizi oxucularımızla bölüşməyinizi xahiş edirik.
- “Human Rights Watch’’ beynəlxalq qeyri-hökumət təşkilatının Azərbaycanla bağlı 100 səhifəlik hesabatı hər zamankı kimi qərəzliliyi və məkrliliyi ilə seçilir. Bu təşkilatın Azərbaycanda prezident seçkisinə təxminən bir ay qalmış belə bir hesabat yayması isə qaranlıq məqamlardan xəbər verir.
Təsadüfi deyildir ki, hesabatın dünyanın bəzi aparıcı KİV-lərində də işıqlandırılmasına səy göstərilmişdir. Burada da niyyət aydındır.
Hər kəsə bəllidir ki, beynəlxalq QHT-lər heç vaxt müstəqil olmurlar və onlar hər zaman maliyyə cəhətdən asılı olduqları qurumların sifarişlərini yerinə yetirirlər. Eyni zamanda, bu gün bu cür təşkilatların adlarının maliyyə fırıldaqlarında, bəzi ölkələrdə iğtişaşların törədilməsində hallanması da dünya ictimaiyyətinə yaxşı məlumdur.
Son dövrlər beynəlxalq aləmdə gedən prosesləri təhlil edərkən dünya dövlətlərində bəzi dairələrin atdığı addımlar xarakter və niyyəti baxımından heç bir məntiqi çərçivəyə sığmır.
“Human Rights Watch’’ Azərbaycanda qaçqınlar və onların hüquqlarının pozulması haqqında bu 20 ildən artıq bir dövrdə heç olmasa bir ədalətli material hazırlayıb təqdim etmiş olsaydı, onda bəlkə də bu təşkilatın qərəzli olmadığına inanmaq olardı. Amma təəssüf ki, belə deyil.
Bir sözlə, bu tip təşkilatlar həmişə təlimatla işləyib, onların qarşısında qoyulmuş vəzifələri yerinə yetirməyə xidmət edirlər. Yəni siyasi sifarişlə işlədiklərini bütün dünya bilir. Özəl danışıqlarda heç bunu təkzib də etmirlər. İndi isə seçki ərəfəsində bir milyon köçkün və qaçqını unudub o biri QHT-lərə qoşularaq geridə qalmamaq üçün özlərini göstərməyə çalışırlar.
Təəssüflər olsun ki, özlərini artıq geosiyasi oyunların piyadaları yox, fiqurları hesab edən belə QHT-lər hələ də anlaya bilmirlər ki, onların vaxtaşırı və növbə ilə nümayiş etdirdikləri qərəzli mövqelər bumeranqa çevrilərək yavaş-yavaş özlərinə təhlükə yaradacaqdır. Amma bunu başa düşmək pis olmaz, yoxsa gec ola bilər.
Azərbaycan dövlətinin günü-gündən inkişaf etməsini, əhalisinin rifahının yüksəlməsini, ölkədə əmin-amanlığın hökm sürməsini və dövlətin rəhbərliyinin xalqın maraqlarına uyğun müstəqil siyasət yeritməsini bir çox xarici qurumlar, eləcə də, onların təsirində olan daxili destruktiv qüvvələr həzm edə bilmir.
Azərbaycan hər zaman demokratiya, insan hüquqları, vətəndaş cəmiyyətinin inkişafı kimi məsələlərə həssas yanaşmışdır. Buna görə də, hesabatda yazılanlar Azərbaycan reallıqlarını əks etdirmir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03

