YAP-ın seçkilərdə qələbəsinin əsasını Ulu öndər Heydər Əliyevin ideyaları təşkil edir
09.09.2015 [15:28]
Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva
- Mehriban xanım, ölkəmiz növbəti parlament seçkiləri ərəfəsindədir. Yeni Azərbaycan Partiyası seçki kampaniyasına tam hazırdır. Partiyamızın seçkilər ərəfəsində mövqeyi haqqında fikirlərinizi bilmək istərdik...
- YAP Azərbaycan dövlətçiliyinin inkişafında mühüm rol oynayır. Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlı olan YAP xalqımızın və respublikamızın müstəqilliyi istiqamətində böyük mübarizə yolu keçib. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Məhz həmin vaxt Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə, Naxçıvana, Ulu öndər Heydər Əliyevə müraciət göndərildi.
Azərbaycanın ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyəti ilə xüsusi yer tutan YAP yarandığı dövrdən şərəfli bir yol keçib. Təbii ki, ölkəmizin əldə etdiyi uğurlarda partiyamızın da özünəməxsus rolu və payı var. Hazırda isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurla fəaliyyət göstərir və regionun ən güclü siyasi qüvvəsinə çevrilib.
Bilirsiniz ki, Yeni Azərbaycan Partiyasının zəngin seçki təcrübəsi var. YAP-ın gücünün əsasını Ulu öndər Heydər Əliyevin ideyaları təşkil edir. Xalqımız Ulu öndərimizin ideyalarına sadiqdir. Çünki bu ideyalar inkişafımızın əsasını təşkil edir. Prezident İlham Əliyev tərəfindən bu gün Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi Azərbaycanı daha da güclü dövlətə çevirir. Təbii ki, uğurlu siyasət seçkilərdə partiyamızın qələbələr qazanmasının əsas amilidir. İnanırıq ki, qarşıdan gələn parlament seçkilərində də belə olacaq. Artıq, partiyamız seçkilərə ciddi şəkildə hazırlaşır.
Düşünürəm ki, bu amil qarşıdan gələn parlament seçkilərində də özünü bir daha göstərəcək. Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə demokratik seçki sistemi formalaşıb. Azərbaycanda mükəmməl seçki qanunvericiliyi var və bu hüquqi baza beynəlxalq standartlara tam uyğundur. Məhz bunun nəticəsidir ki, ildən-ilə seçki təcrübəsi təkmilləşdirilir və ölkəmizdə demokratik, şəffaf seçkilər keçirilir.
Ümumiyyətlə, ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP bütün seçkilərdə qələbə qazanıb. Qarşıdan gələn seçkilərdə də qələbəni təmin etmək üçün partiyamız tərəfindən zəruri addımlar atılır. Bilirsiniz ki, YAP İdarə Heyətinin seçkilərlə bağlı müvafiq qərarı var və bu qərara uyğun olaraq tədbirlər planı hazırlanıb. Eyni zamanda, YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində də partiya rəhbərliyi tərəfindən müvafiq tövsiyə və tapşırıqlar verilib. Qeyd etdiyim kimi YAP seçkilərin keçirilməsində böyük və zəngin təcrübəyə malikdir. Partiyamız seçki ilə əlaqədar bütün gücünü səfərbər edib. Hesab edirəm ki, uğurlu seçki kampaniyasının nəticəsi olaraq YAP bu seçkilərdə də böyük qələbə qazanacaq. Azərbaycanda YAP ilə rəqabət apara biləcək gücdə olan siyasi partiya yoxdur.
- Bəs rəhbərlik etdiyiniz YAP Sabunçu rayon təşkilatı qarşıda duran vəzifələri hansı səviyyədə yerinə yetirir?
- YAP Sabunçu rayon təşkilatı öz işini partiyanın İcra katibliyinin tövsiyə və tapşırıqlarına uyğun qurub. Biz öz işimizdə partiyamızın nizamnamə və proqramını rəhbər tuturuq. Yarandığı dövrdən təşkilatımız kəmiyyət və keyfiyyət baxımından inkişaf edib. Hazırda YAP Sabunçu rayon təşkilatının üzvlərinin sayı 9 min 376 nəfərdir. Onların 5 min 136 nəfəri qadın, 3 min 539 nəfəri isə gənclərdir. Ümumilikdə, ərazi ilk partiya təşkilatlarının sayı 121-dir.
Təşkilatımız tədbirlər planına uyğun olaraq fəaliyyətini davam etdirir. 15 nəfərlik İdarə Heyəti, 23 nəfərdən ibarət Şura müəyyən vaxtlarda toplaşır, təşkilatın işini müzakirə edir və qarşıda duran vəzifələri müzakirə edirlər. Bütün əlamətdar günlər, tarixi hadisələrlə bağlı tədbirlər keçiririk. Xüsusilə, seçki kampaniyaları dövründə bütün gücümüzü səfərbər edərək üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq.
- Artıq parlament seçkilərinə rəsmi start verilib. YAP Sabunçu rayon təşkilatı seçkilərə necə hazırlaşır?
- Partiyamızın Sabunçu rayon təşkilatı bu məsələdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Məlumat üçün bildirim ki, ötən ayın əvvəlində YAP Sabunçu rayon təşkilatında 15 nəfərdən ibarət Seçki Qərargahı yaradıldı. Biz seçki ərəfəsində rayonumuzda elektoratın öyrənilməsi işini həyata keçirmişik. Eyni zamanda, seçki kampaniyası dövründə fəallar arasında iş bölgüsü aparmışıq. Qeyd edim ki, Sabunçu rayonu üzrə seçicilərin sayı 143 min 602 nəfərdir Rayonda 3 Seçki Dairəsi və 112 seçki məntəqəsi var.
Belə ki, 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə 37 seçki məntəqəsində 48 min 025 nəfər seçici, 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə 39 seçki məntəqəsində 47 min 974 nəfər seçici, 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə 36 seçki məntəqəsində 47 min 603 nəfər seçici qeydiyyatdadır.
Biz seçki kampaniyasına hazırlıqla bağlı bir sıra işləri yerinə yetirmişik. Məsələn, hər dairəyə 10 nəfər imza toplayanlar təyin olunub. Onlar partiyamızın namizədlərinin qeydə alınması üçün seçilərdən müəyyən sayda imzalar toplayacaqlar. Onların sayı cəmi 30 nəfərdir. Həmçinin, hər seçki dairəsinə və seçki məntəqələrinə müşahidəçi və məşvərətçilər də təyin edilib.
Qeyd edim ki, seçki qərargahımızın mütəmadi olaraq toplantıları keçirilir və qərargahın üzvləri gördükləri işlər haqqında məlumat verirlər. Ümumilikdə, hər bir üzvün vəzifələri var ki, onlar gündəlik olaraq bu işlə məşğul olurlar. Bundan əlavə, başqa tədbirlər də keçirmişik. Məsələn, avqustun 19-da partiyamızın namizədləri üçün imza toplayacaq şəxslərə treninq keçirilib, onların vəzifələri, seçki qanunvericiliyinə uyğun olaraq imzatoplama qaydaları diqqətə çatdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03

