Azərbaycan dövlətinin daxili və xarici siyasəti milli maraqlar üzərində qurulub
16.11.2016 [09:39]
Milli Məclisin deputatı Fəzail Ağamalı www.yap.org.az saytına müsahibə verib:
- Fəzail müəllim, bəlli olduğu kimi, yerləşdiyimiz regionda olduqca mürəkkəb proseslər baş verir, müəyyən təhdidlər ortaya çıxır. Belə olan şəraitdə Azərbaycan regionda sabitləşdirici dövlət kimi əməkdaşlıq məkanı olaraq çıxış edir. Bölgədə təhlükəsizlik və əməkdaşlıq kontekstində Azərbaycanın rolunu necə dəyərləndirirsiniz?
- Azərbaycan olduqca əlverişli coğrafi məkanda yerləşir, Şərq ilə Qərb arasında körpü rolunu oynayır. Belə bir əlverişli mövqe həm də Azərbaycanın əhəmiyyətli layihələrin həyata keçirilməsində mühüm rol oynamasını şərtləndirir. Həmçinin tranzit məkan kimi Asiyadan Avropaya karbohidrogen ehtiyatların daşınmasında, yükdaşımaların həyata keçirilməsində ölkəmiz mühüm potensiala sahibdir. Bütün bunlar Azərbaycana ciddi dividendlər verir. Təbii ki, bütün bunlar böyük dövlətlərin diqqət mərkəzindədir və onların maraqları regionda ciddi şəkildə toqquşur. Bu dövlətlər arasında maraqlar uğrunda ciddi mübarizə gedir və uzun illərdən bəri Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməməsinin səbəblərindən biri də budur.
Qeyd etdiyim kimi, Azərbaycan dünyanın diqqətini cəlb edən, regionun inkişafına töhfə verən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP, “Cənub” qaz dəhlizi kimi transmilli layihələrin təşəbbüskarı və iştirakçısıdır. Bu layihələr regionda əməkdaşlığa xidmət etməklə yanaşı, ölkəmizə ciddi iqtisadi dividendlər gətirir və vəd edir. Bu yaxınlarda Azərbaycan-Rusiya-İran prezidentlərinin üçtərəfli Zirvə görüşü zamanı “Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşdırılmasına dair iradənin ortaya qoyulması da bu baxımdan əhəmiyyətlidir. İstifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də Asiyadan Avropaya daha böyük həcmdə nəqliyyat daşımaları baxımından ayrıca qeyd edilməlidir.
Bütün bunlar onu göstərir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir ki, bu da Azərbaycanın regionda rolunun artmasına, dünya miqyasında mövqeyinin möhkəmlənməsinə xidmət edir.
- Hazırkı dövrdə milli dövlətlərə qarşı çoxsaylı təhdidlər ortaya çıxıb. Azərbaycan öz müstəqil və uğurlu siyasəti ilə özünü bu cür təhdidlərdən qoruyur. Bu baxımdan, qanunvericilik bazası da gücləndirilir. Bu yaxınlarda Milli Məclisin iclasında dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar bir sıra qanunlara dəyişikliklər edildi. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edə bilib. Azərbaycanın xarici siyasətində qarşılıqlı hörmət, dövlətlərin işinə qarışmamaq, bərabərhüquqlu əməkdaşlıq prinsipləri xüsusi yer tutur. Çox təəssüflər olsun ki, bir sıra qüvvələr Azərbaycana qarşı adekvat münasibət göstərmirlər, ölkəmizin daxili işinə qarışırlar. “Demokratiya” adı altında “beşinci kolon” hərəkətə gətirilir, müxtəlif təzyiq vasitələrindən istifadə edirlər. Bundan başqa, dini ekstremizmi və radikalizmi inkişaf etdirmək üçün ayrı-ayrı üsullara baş vururlar. Məqsəd ölkədə qarşıdurma yaratmaq, sabitliyi pozmaq və Azərbaycanı zəif bir dövlətə çevirməkdir. Amma Azərbaycan dövləti bu cür hallara qarşı ciddi mübarizə aparır, indiyə qədər ayrı-ayrı şəxs və təşkilatlar zərərsizləşdirilib, hüquqi məsuliyyətə cəlb olunublar. Xalq-Prezident birliyi bu cür məqsədlərin gerçəkləşməsinə, məkrli planların yerinə yetirilməsinə imkan vermir, Azərbaycanı təhlükələrdən qoruyur.
- Yeri gəlmişkən, 26 sentyabr tarixində keçirilən ümumxalq səsverməsi - referendumun dövlət təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətini necə qiymətləndirmək olar?
- Konstitusiya dəyişiklikləri birmənalı şəkildə Azərbaycan dövlətinin güclənməsinə, ölkəmizdə konstitusiya quruluşunun möhkəmlənməsinə, idarəetmə sisteminin təkmilləşməsinə, bütövlükdə inkişafa və sabitliyə xidmət edir. Ümumxalq səsverməsinə çıxarılan məsələlər bir çox istiqamətlərdə müsbət meyillərin yaranmasına rəvac verəcək, vitse-prezident institutunun yaradılması isə idarəetmə mexanizminin təkmilləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Azərbaycan xalqı bu əlavə və dəyişikliklərə “HƏ” dedi.
O ki qaldı təhlükəsizlik məsələlərinə, əlbəttə, Konstitusiya dəyişiklikləri milli təhlükəsizliyin təmini baxımından olduqca əhəmiyyətlidir. Konstitusiyaya təklif olunan və seçicilər tərəfindən birmənalı şəkildə qəbul edilən əlavə və dəyişikliklər dövlət təhlükəsizliyinin təminatında, sabitliyin qorunmasında da müstəsna rol oynayacaq. Referenduma çıxarılan məsələlər sırasında təhlükəsizlik məsələlərinin yer alması onu deməyə əsas verir ki, dövlətimizin təhlükəsizliyi prioritet məsələlərdəndir. Məsələn, 58-ci maddənin IV hissəsinin birinci cümləsinin “Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır” redaksiyada verilməsinin təklif edilməsi və seçicilər tərəfindən bu təklifə “HƏ” deyilməsi xüsusi qeyd edilməlidir. Bu və digər nümunələr dövlət siyasətində təhlükəsizliyin təmin olunmasına xidmət edən tədbirlərin reallaşdırılmasının zəruri yer tutduğunu göstərir.
- Hazırkı şəraitdə Dağlıq Qarabağ problemi kimi ümummilli məsələlərdə siyasi partiyaların həmrəylik nümayiş etdirməsi nə dərəcədə zəruridir?
- Bu gün Azərbaycanın əsas siyasi qüvvələri arasında heç bir problem yoxdur. Radikal mövqedə dayanan, xarici qüvvələrlə, xüsusilə erməni lobbisinin təsiri altında olan ayrı-ayrı təşkilatlar ilə əməkdaşlıq edən və ciddi sosial bazası olmayan siyasi qüvvələr istisna olmaqla ölkəmizdə siyasi partiyalarla dövlət arasında həmrəylik, konstruktiv əməkdaşlıq mövcuddur. Bu isə Azərbaycanın siyasi mühitində mövcud olan mühüm uğurlardan biridir.
- Bir neçə il öncə siyasi partiyalar arasında dialoq təşkil edildi. Bu məsələ zaman-zaman gündəmə gətirilir. Hazıda belə bir dialoqa ehtiyac varmı?
- Dialoq və müzakirələr üçün sosial sifariş, həmçinin aktul problemlər olmalıdır ki, həmin məsələlərə dair fikir mübadiləsi aparılsın və ortaq məxrəc tapılsın. Bizim üçün fərqli fikir və mövqe ifadə etməyə ehtiyac yoxdur. Çünki Azərbaycan dövlətinin daxili və xarici siyasəti sırf milli maraqlar üzərində qurulduğuna və kifayət qədər uğurlu olduğuna görə hər hansı bir çəkişmə, fərqli fikir ifadə etməyə lüzum yoxdur. Ən böyük problem işğal edilmiş Azərbaycan torpaqlarının azad olunmasıdır. Bununla bağlı cəmiyyətdə hər hansı bir fərqli yanaşma, fikir ortaya çıxarsa, təbii ki, bununla bağlı dialoq və müzakirə aparmaq zərurəti yaranar. Bütövlükdə, Azərbaycanda dövlət, siyasi partiyalar və vətəndaşlar arasında ciddi həmrəylik mövcuddur ki, bu da müsbət amildir.
- ATƏT-in Minsk qrupunun həmsədlərinin sonuncu bəyanatı yenə də ənənəvi xarakter daşıdı və ortaya yeni bir fikir, konkret mövqe qoyulmadı. Yenə də Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxması tələb olunmadı, qaçqın və məcburi köçkün məsələsinə toxunulmadı. Bu barədə nə düşünürsünüz?
- ATƏT-in Minsk qrupu faktiki olaraq öz nüfuzunu itirib. Bu qurum öz missiyasını yerinə yetirmir. Bir tərəfdən, böyük dövlətlərin toqquşan maraqları buna imkan vermir, digər tərəfdən isə, ikili standartlar buna mane olur. Həmsədrlik edən iki böyük dövlətdən biri fəallaşan kimi digəri narahatlıq keçirir, Fransanın isə Minsk qrupunda olub-olmadığı o qədər hiss olunmur. Minsk qrupu 24 il ərzində faktiki olaraq Ermənistanın yanındadır, məhz status-kvonun dəyişilməməsinin başlıca səbəbi də budur. Həmsədr ölkələr status-kvonun dəyişməsinin vacibliyini bəyan ediblər, amma reallıqda həmin dövlətlər ortaya iradə qoymurlar. Ermənistan isə bu şəraitdən istifadə edir. Ermənistana ciddi təzyiqlər göstərilməlidir, işğalçı öz adı ilə çağırılmalıdır, bu ölkəyə ciddi təzyiq və təsirlər göstərilməli, hətta sanksiyalar tətbiq edilməlidir. Necə olur ki, BMT-nin qətnaməsi ilə bütün Qərb Liviyaya hərbi müdaxilə edir, amma bu təşkilatın ölkəmizin işğal edilmiş ərazilərinin azad edilməsi ilə bağlı 4 qətnaməsi olmasına baxmayaraq, Ermənistandan Azərbaycan torpaqlarını boşaltmaq tələb olunmur? Budur Minsk qrupunun əsl siması! Ona görə də biz əlverişli şəraitdə öz hüququmuzdan istifadə edərək işğal edilmiş ərazilərimizi azad etməliyik.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

