Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır
26.02.2020 [09:35]
“Soyqırımı Həqiqətlərinin Tanıdılması” İB-nin sədri, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İB-nin İH-nin üzvü Ceyhun Ələkbərov www.yap.org.az saytına müsahibə verib:
- Ceyhun müəllim, erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımından 28 il ötür. Ölkə miqyasında və respublikamızın hüdudlarından kənarda soyqırımı ilə bağlı tədbirlər keçirilir, bu qanlı terror aktı nəticəsində qətlə yetirilmiş insanların xatirəsi yad edilir. Ümumiyyətlə, Xocalı soyqırımı ilə əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan dövləti tərəfindən görülən işlərin əhəmiyyəti və nəticələri nədən ibarətdir?
- Bilirsiniz ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etməsi, dinc əhaliyə qarşı soyqırımı həyata keçirməsi bu ölkənin Azərbaycana qarşı uzun illər apardığı işğalçılıq və etnik təmizləmə siyasətinin davamı idi. Ümumiyyətlə, Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır. Çünki insanlar etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə xüsusi qəddarlıqla öldürülüb, işgəncələrə məruz qalıblar. Mən Xocalı sakini olaraq bu faciənin şahidiyəm. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Göründüyü kimi, bu soyqırımı erməni vandalizminin növbəti nümunəsidir.
Azərbaycan dövləti Xocalı faciəsinin soyqırımı kimi tanıdılması istiqamətində sistemli və genişmiqyaslı iş aparır. Bu siyasətin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Məlumdur ki, 1994-cü ilin fevralında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib, 26 fevral tarixi “Xocalı soyqırımı günü” elan olunub. Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımı ilə əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyətə malikdir. Kampaniya çərçivəsində Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar təqdim olunur. Bütün bunların qanunauyğun nəticəsidir ki, bir sıra ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq olunub. ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları isə Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.
- Ermənistanın Xocalı soyqırımı ilə əlaqədar antitəbliğat kampaniyası və dezinformasiya siyasətinin, eləcə də erməni yalanlarının ifşası istiqamətində görülən işləri necə qiymətləndirmək olar?
- Ermənistan dövləti və erməni lobbisi tarixi faktları təhrif edərək dünya ictimaiyyətini aldatmağa, işğalçılıq və etnik təmizləmə siyasətinin nəticələrini ört-basdır etməyə çalışırlar. Amma yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan dövləti tərəfindən həyata keçirilən sistemli və kompleks xarakterli tədbirlər nəticəsində erməni yalanları ifşa olunur, qarayaxma kampaniyası iflasa uğradılır. Elə bu yaxınlarda 56-cı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş panel müzakirələri zamanı Nikol Paşinyana tarix və hüquq dərsi keçən Prezident İlham Əliyev Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, o cümlədən Xocalı soyqırımını törətdiyini, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, ölkəmizin ərazi bütövlüyünün bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığını, ermənilərin işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyduqlarını, onların işğal altındakı torpaqlarda mədəni irsimizi məhv etdiklərini, Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi olmadığını bir daha qətiyyətlə ifadə etdi. Dövlətimizin başçısı “Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub”, - deyə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Ümumiyyətlə, erməni siyasətçiləri və ideoloqları Xocalı soyqırımı ilə bağlı reallıqları zaman-zaman dilə gətirir, faciənin Ermənistan silahlı qüvvələri tərəfindən törədildiyini etiraf edirlər. Biz bunun işğalçı ölkənin keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın müsahibələrində də şahidi olmuşuq.
- Xocalı soyqırımı ilə əlaqədar həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında vətəndaş cəmiyyəti institutlarının üzərinə hansı vəzifələr düşür?
- Əvvəla qeyd edim ki, bu istiqamətdə böyük və genişmiqyaslı işə məhz “Xocalıya ədalət!” kampaniyası ilə start verilib. Vətəndaş cəmiyyəti təsisatları da bu kampaniyaya dəstək verir, fəal təşəbbüslərlə çıxış edirlər. Rəhbərlik etdiyim “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi də Belçika, Almaniya, Polşa və digər bir sıra Avropa ölkələrində kampaniya çərçivəsində əhəmiyyətli tədbirlər təşkil edib, kitablar nəşr etdirib. Eyni zamanda, Almaniya, İsveç kimi ölkələrin parlamentlərində görüşlər keçirilib, dinləmələr təşkil olunub. Hesab edirəm ki, bütün bunlar soyqırımı həqiqətlərinin tanıdılması baxımından ümumi işə töhfədir.
Ümumiyyətlə, bu prosesə hər bir azərbaycanlı öz dəstəyini verməlidir, çünki bu, ümummilli məsələdir.
- Fevralın 22-də Almaniyada Ümumavropa Qarabağ mitinqi keçirildi. Bu tədbirin əhəmiyyəti ilə əlaqədar nə deyə bilərsiniz?
- Təbii ki, belə təşəbbüslərin Azərbaycan reallıqlarının, o cümlədən Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyəti var. Ümumavropa Qarabağ mitinqi ciddi əks-səda doğurdu, dünyaya mühüm ismarıc verildi. Bununla yanaşı, maarifləndirici tədbirlərin də davam etdirilməsi zəruridir. Çünki bu, olduqca effektiv vasitədir, mühüm nəticələr verir.
- Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərə, o cümlədən Xocalıdan olan soydaşlarımıza diqqət və qayğısı barədə fikirləriniz nədən ibarətdir?
- Ümumiyyətlə, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət tərəfindən yüksək diqqət göstərilir. Bu baxımdan, qaçqın və məcburi köçkünlərə, torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə xüsusi qayğı ilə yanaşılması ayrıca vurğulanmalıdır. Eyni zamanda, Xocalıdan olan soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminat və ehtiyaclarının ödənilməsi istiqamətində çox əhəmiyyətli işlər görülür. Mən Xocalıdan olan bir vətəndaş və “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri kimi bunun bilavasitə şahidiyəm. Bütövlükdə, Azərbaycan dövlətinin və şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin bu cür münasibəti, diqqət və qayğısı təqdirəlayiqdir, olduqca yüksək qiymətləndirilir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18

