Yeniliklər siyasi sistemin və milli birliyin daha da güclənməsinə xidmət edir
18.03.2020 [09:21]
Sabir Hacıyev: İslahatların daha da sürətləndirilməsi və bütün dövlət hakimiyyəti qollarını, siyasi sferanı əhatə etməsi çox mühüm əhəmiyyətə malikdir
Müsahibimiz Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Hacıyevdir:
- Sabir müəllim, məlumdur ki, ölkəmizdə bütün sahələr üzrə islahatlar həyata keçirilir. Bu islahatların əhəmiyyəti nədən ibarətdir?
- Bilirsiniz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatlar həyata keçirilir. Prezident Administrasiyası, Nazirlər Kabineti, idarəetmə orqanları, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində həyata keçirilən islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Bütün sahələri əhatə edən kompleks islahatlar Azərbaycanın gücünün daha da artmasına xidmət edir.
İslahatların daha da sürətləndirilməsi və bütün dövlət hakimiyyəti qollarını, siyasi sferanı əhatə etməsi çox mühüm əhəmiyyətə malikdir. Bu islahatlar Milli Məclisin də fəaliyyətinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, yenilənməsi baxımından xüsusi önəm kəsb edir. Ona görə də parlamentin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi reallaşdırılan dərin islahatlar strategiyasına töhfə kimi qiymətləndirilə bilər.
- VI çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev çıxış edərək qanunvericilik sahəsində islahatların önəmini vurğuladı. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, Azərbaycan Prezidenti İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı qeyd etdi ki, islahatların dərinləşməsi parlamentdən yan keçə bilməzdi. Dövlətimizin başçısı tarixi nitqində vurğulayıb: “Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır”.
Bütövlükdə, yeni tərkibli parlamentin qarşısında mühüm çağırışlar dayanır. Ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların qanunvericilik bazası gücləndirilməlidir. Cənab Prezidentin tövsiyələrinə uyğun olaraq, deputatlar sosial, iqtisadi, siyasi və digər sahələrlə bağlı qanun yaradıcılığı işini daha da gücləndirməlidir.
- Məlum olduğu kimi, VI çağırış Milli Məclisin çoxpartiyalılıq prinsipi əsasında formalaşması ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu reallığın Azərbaycanda siyasi sistemin dinamikliyinin təmin olunması və siyasi münasibətlərin sağlam zəmində inkişafına hansı töhfələri ola bilər?
- Bütövlükdə, yenilənmə həm mövcud parlamentin tərkibində, həm də ali qanunvericilik orqanının rəhbərliyində - spiker və onun müavinləri, komitə sədrlərinin formalaşması prinsipində də özünü göstərir. Altıncı çağırış Milli Məclisin rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunurlar. Eyni zamanda, bitərəflər və azlıqda olan partiyaların nümayəndələri Milli Məclisin daimi komitələrinə də sədr və müavin seçiliblər. Ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və parlamentin komitələrinin rəhbərliyində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədi daşıyır.
Ümumiyyətlə, parlamentin bugünkü tərkibi aydın göstərir ki, Milli Məclisin yenilənməsinə həqiqətən də böyük zərurət var idi. Və parlamentin yeni tərkibi onu deməyə əsas verir ki, Milli Məclis ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək.
Prezident İlham Əliyev parlamentdə çıxışı zamanı bu məqamlara toxunaraq “Hesab edirəm ki, seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır”, - deyə bildirib. Göründüyü kimi, dövlətimizin başçısı bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşdığını, bunun demokratiyanın inkişafında önəmli addım olduğunu qeyd edib. Bütövlükdə, yeniliklər siyasi sistemin və milli birliyin daha da güclənməsinə xidmət edir.
Şübhəsiz ki, altıncı çağırış Milli Məclis Azərbaycanın tərəqqisinə, həyata keçirilən çoxşaxəli islahatlara mühüm töhfələr verəcək. Təbii ki, bunun üçün qarşıda duran strateji əhəmiyyətli vəzifələrin reallaşdırılması istiqamətində sistemli, ardıcıl və məqsədyönlü fəaliyyət göstərmək lazımdır.
Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələri də strateji zərurət qismində çıxış edir. Çünki Azərbaycan reallıqlarının, o cümlədən Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə dolğun surətdə çatdırılması, eləcə də erməni yalanlarının ifşası istiqamətində fəaliyyətin davam etdirilməsi, ölkəmizin beynəxalq təşkilatlarda uğurlu təmsilçiliyinə mühüm töhfə verilməsi və digər strateji istiqamətlər milli maraqların qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Bu mənada, parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələrinin birgə fəaliyyəti çox önəmlidir.
- Sabir müəllim, sizcə, siyasi sistemin daha da təkmilləşdirilməsi ölkəmizdə siyasi partiyalar arasında dialoqu nə dərəcədə gücləndirəcək?
- Cənab Prezident parlamentdə çıxışı zamanı da siyasi dialoq məsələsinin əhəmiyyətini vurğuladı. Təbii ki, ölkəmizdə siyasi dialoq hər zaman aktualdır. Hakim Yeni Azərbaycan Partiyası ilə müxalifət partiyaları arasında vaxtaşırı olaraq dialoq aparılır. Son vaxtlar isə Prezident Administrasiyasında müvafiq şöbənin rəhbərliyi tərəfindən müxtəlif siyasi təşkilatların rəhbərləri görüşə dəvət olunur. Əlbəttə ki, Azərbaycanın daxili problemləri, dövlət başçısının qeyd etdiyi kimi ölkəmizin daxilində həll olunmalıdır. Eləcə də, ümummilli məsələlərdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmada bütün siyasi partiyalar birlik nümayiş etdirməlidir. Bu mənada hesab edirəm ki, siyasi qüvvələr arasında dialoqun davam etməsi ümumi işimizin xeyrinədir və dövlət maraqlarına cavab verir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15

