Ana səhifə »  Müsahibə »  Azərbaycanla Türkiyənin yeni dönəmdə siyasi münasibətlərinin inkişafında hər iki ölkənin hakim partiyalarının əlaqələri böyük rol oynayır
A+   Yenilə  A-
Azərbaycanla Türkiyənin yeni dönəmdə siyasi münasibətlərinin inkişafında hər iki ölkənin hakim partiyalarının əlaqələri böyük rol oynayır

YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova www.yap.org.az saytına müsahibə verib:
- Sevinc xanım, Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?
- Azərbaycanın dost və qardaş ölkə olan Türkiyə ilə bütün sahələrdə əlaqələri ən yüksək zirvədədir. Bildiyiniz kimi, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edərkən onu ilk tanıyan dövlət Türkiyə oldu. Bu gün iki qardaş ölkə arasındakı münasibətlər möhkəm təməllərə əsaslanır. Hazırda münasibətlərimiz böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə uyğun olaraq inkişaf edir.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Vətən müharibəsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək, sözün həqiqi mənasında, qardaşlığın təntənəsi idi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu amil bizim qardaşlığımızın sarsılmazlığını ifadə edir.
- Azərbaycan-Türkiyə əlaqələrinin belə bir yüksək səviyyəyə çatmasında hər iki ölkənin rəhbərlərinin rolu xüsusi vurğulanmalıdır. Bu barədə nə deyərdiniz?
- Təbii ki, bu amil müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. Bir neçə il öncə Şərq Tərəfdaşlığı Sammitində Ermənistan prezidentinin əsassız iddialarına cavab olaraq cənab İlham Əliyevin “Türkiyə burada təmsil olunmur, amma Mən varam” deyərək qarşı tərəfi susdurması Azərbaycan və Türkiyə cəmiyyətlərində çox yüksək qiymətləndirildi.
Ümumiyyətlə, möhtərəm Prezidentimiz Azərbaycan-Türkiyə münasibətlərini dünya üçün nümunə adlandırıb. Dövlətimizin başçısı qeyd edib ki, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır.
Bütövlükdə, cənab İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir.
- Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda yeni əməkdaşlıq imkanları yaranıb. İki qardaş ölkə bu istiqamətdə önəmli təşəbbüslərlə çıxış edir...
- İki qardaş ölkənin iqtisadi münasibətləri çox geniş sferanı əhatə edir. Burada enerji sahəsində də əməkdaşlıq mühüm rol oynayır. Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.
Digər tərəfdən, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi və bu ərazilərdə bərpa işlərinin həyata keçirilməsi Azərbaycanla Türkiyənin münasibətlərində vacib yer tutur. Bilirsiniz ki, bərpa işlərində Türkiyə şirkətləri fəal iştirak edir. Ölkəmiz işğal altında olan ərazilərini azad etməklə təkcə özü üçün deyil, bütün region üçün yeni inkişaf imkanları yaradıb. Ona görə də erməni tərəfi reallığı düzgün qiymətləndirməli, revanşist addımlardan uzaq olmalı, əməkdaşlıq təşəbbüslərinə qoşulmalıdır.
Əlbəttə ki, ölkəmiz artıq çox mühüm təşəbbüslərlə çıxış edib. Bu, xüsusən də kommunikasiyaların açılması ilə bağlıdır. Bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb, Ağbənd-Horadiz yolunun tikintisi aparılır. 40 kilometrlik Zəngəzur dəhlizinin yaradılmasından sonra Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bərpa olunacaq. Zəngəzur dəhlizi Azərbaycanla Türkiyə arasında birbaşa əlaqəni təmin edəcək, bütün Türk dünyasını birləşdirəcək. Bütövlükdə, kommunikasiya xətləri açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Burada yenə də əsas söz sahibi Azərbaycanla Türkiyə olacaq.
- Azərbaycanla Türkiyə arasında siyasi münasibətlərin inkişafında hər iki ölkənin hakim partiyaları nə dərəcədə rol oynayır?
- Azərbaycanla Türkiyənin yeni dönəmdə siyasi münasibətlərinin inkişafında hər iki ölkənin hakim partiyalarının əlaqələri də böyük rol oynayır. Yeni Azərbaycan Partiyası (YAP) ilə Ədalət və İnkişaf Partiyası (AKP) arasında əməkdaşlığın genişləndirilməsi tərəflər üçün olduqca faydalıdır.
Azərbaycanla Türkiyənin siyasi müstəvidə də əməkdaşlığı yeni mərhələyə qədəm qoyub. Belə bir ənənə yaranıb ki, hər iki ölkədə keçirilən seçkilərdən sonra ilk rəsmi səfərlər məhz qardaş ölkəyə edilir. Vətən müharibəsindən bir neçə ay sonra YAP-ın növbəti qurultayı keçirildi. Və qurultaydan sonra partiyamızın nümayəndə heyətinin ilk rəsmi səfəri qardaş Türkiyəyə oldu. Belə ki, 1-3 iyun tarixlərində YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri və səfər zamanı keçirilən görüşlər ölkələrimiz və partiyalarımız arasında siyasi münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Səfər zamanı YAP nümayəndə heyəti Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanla, AKP Sədrinin birinci müavini Numan Kurtulmuşla, AKP Sədrinin müavini, Türkiyənin sabiq baş naziri Binəli Yıldırımla, AKP Sədrinin beynəlxalq məsələlər üzrə müavini Əfqan Ala ilə, Türkiyə Böyük Millət Məclisinin Sədr müavini Süreyya Sadi Bilgiç ilə görüşlər keçirdi. Eyni zamanda, hər iki partiya arasında əməkdaşlığa dair niyyət protokolu imzalandı. Təcrübədə partiyalarımız arasında ilk dəfədir ki, belə bir sənəd imzalanır.
Əməkdaşlığa dair imzalanmış niyyət protokolu partiyalararası təcrübənin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edə bilər. Niyyət protokolunun əsas konturları müəyyən edilib. Burada əsas məsələ məhz hazırda dövlətlərimizin və partiyalarımızın rəhbərlərinin qurduğu münasibətlərin cəmiyyətlərimizdə daha da dərinləşməsidir. Həmçinin bu sənəd siyasi platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində hər iki partiyanın nümayəndələrinin birgə fəaliyyətləri üzrə koordinasiyanın yaradılmasına təkan verəcək, sosial layihələrin işlənib hazırlanmasına, milli ideologiyanın inkişafına, dövlət sektoru, QHT-lər, bələdiyyələr səviyyəsində əlaqələrin daha da dərinləşməsinə imkan yaradacaq. Eləcə də uğurlu təcrübə mübadiləsi, dostluq və qardaşlıq münasibətləri partiyalar səviyyəsində də inkişaf edəcək. Bir sözlə, siyasi münasibətlərin yeni bir səviyyəyə yüksəldilməsi nəzərdə tutulur və görülən bu işlərin hamısı xalqlarımızın gələcəyinə xidmət edəcək.

 
  • Oxunub:  3870  |  
  • Tarix:  11-06-2021  |  
  •    Çap et   |  
Azərbaycanda dağ-mədən sənayesinin inkişafı istiqamətində görülən işlər böyük iqtisadi önəm daşıyır

24 İyul 20:14
Deputat: Azərbaycan Avropa İttifaqının enerji təminatının yeganə alternativ mənbəyi kimi çıxış edir
24 İyul 20:10
Adil Əliyev: Son altı ayın sosial-iqtisadi göstəricilərinə baxarkən kifayət qədər müsbət məqamları görmək mümkündür
24 İyul 20:05
Deputat: Azərbaycanla Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeləri üst-üstə düşür
24 İyul 17:11
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Müraciət
24 İyul 12:37
Deputat: Qeyri-neft sektorundakı inkişaf iqtisadi fəaliyyətin dayanıqlılığı baxımından yeni imkanlar yaradır
24 İyul 12:35
Nazir Anar Kərimov məşhur fotojurnalist Reza Deqati ilə görüşüb
24 İyul 06:45
Azərbaycanda dağ-mədən sənayesinin inkişafı istiqamətində görülən işlər böyük iqtisadi önəm daşıyır
24 İyul 06:40
Azərbaycan Respublikasının VI çağırış Milli Məclisi ölkəmizdə siyasi konfiqurasiyanın və demokratik təcrübənin yeni nümunəsi kimi
24 İyul 06:13
Azərbaycanın beynəlxalq həmrəyliyin gücləndirilməsinə xidmət edən təşəbbüsləri dünya miqyasında yüksək dəyərləndirilir
24 İyul 06:10
Uşaqlarda adenoid: nələri bilmək və hansı tədbirləri görmək lazımdır?

24 İyul 06:08
Radikal müxalifətin Azərbaycan dövlətinə qarşı qara piar kampaniyası iflasa məhkumdur

24 İyul 06:06
Paşinyan iqtidarı yeni uğursuzluqlarla üzləşə bilər
23 İyul 18:49
Həsən Bəy Zərdabinin zəngin irsinin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə mühüm layihələr həyata keçirilir
23 İyul 17:55
Zəngəzur dəhlizinin açılması regionun gələcək inkişafı üçün mühüm amildir
23 İyul 17:42
Azərbaycan-Avropa İttifaqı əlaqələri uğurla inkişaf edir
23 İyul 17:27
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
23 İyul 17:26
Azərbaycanla Avropa İttifaqının uzun illərə söykənən əlaqələri uğurla davam etdirilməkdədir
23 İyul 17:10
Yeni Qanuna əsasən, 6 ay ərzində şəxsə təkrar əlillik təyin edildikdə, əvvəlki əlillik müddəti bitdiyi vaxtdan rəsmiləşəcək
23 İyul 17:09
Ölkəmiz Avropa İtiifaqı ilə münasibətlərini yeni keyfiyyət müstəvisinə qaldırmaqdadır
23 İyul 16:58
AZPROMO-nun Nizamnaməsi və Strukturu təsdiqlənib – Fərman
23 İyul 16:42
Suraxanı rayonunda şəhid Mürsəl Kazımlının ailəsi ziyarət edilib
23 İyul 16:40
“Nizami Gəncəvi: təbiətə sevginin ədəbi ifadəsi” mövzusunda konfrans təşkil olunub
23 İyul 16:38
Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
23 İyul 16:37
Anar Məmmədov: Azərbaycanla Avropa İttifaqının münasibətlərində yeni bir səhifə açılıb
23 İyul 16:32
İlin birinci yarısında 267 şəxs barəsində 155 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
23 İyul 16:26
Uşaq Reabilitasiya Mərkəzində son nəsil reabilitasiya trenajoru - robotlaşdırılmış lokomat kompleksi istifadəyə verilib
23 İyul 16:07
Olimpiya Oyunlarının təntənəli açılış mərasimində Azərbaycan milli komandasının keçidi olub
23 İyul 16:05
Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb - SƏRƏNCAM
23 İyul 16:04
Mariana Vasileva: Olimpiya Oyunları idmançılar üçün ən vacib yarışdır
23 İyul 15:54
Gündüz Bayramov: Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycana böyük iqtisadi dividendlər qazandıracaq
23 İyul 15:50
Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə
23 İyul 15:27
Prezident Naftalan şəhərində avtomobil yollarının əsaslı təmirinə 3 milyon manat ayırıb
23 İyul 15:23
Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməllərinə dair 68 cinayət işi üzrə istintaq aparılıb
23 İyul 15:17
Energetika naziri Türkiyə səfiri ilə görüşüb
23 İyul 15:12
“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir
23 İyul 15:03
Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmirinə 3 milyon manat ayrılıb - SƏRƏNCAM
23 İyul 14:54
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Gənclər üçün çeşidli imkanların yaradılması və iştirakçılığın artırılması istiqamətində dövlət siyasəti” mövzusunda seminar keçirilib
23 İyul 14:34
“Mən müharibədə yaralananları, ölənləri deyil, müharibə dəhşətlərinin əks olunduğu gözləri çəkirəm”
23 İyul 14:33
Vətəndaşlardan hədə-qorxu ilə pul almaqda təqsirləndirilən şəxslər barəsində cinayət işi başlanıb
23 İyul 14:26
Mikayıl Cabbarov: Azərbaycan və Rusiya yeni əməkdaşlıq layihələri həyata keçirəcək
23 İyul 14:08
UNEC rektoru: Yeni dərs ili və gözləntilər
23 İyul 13:23
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək
23 İyul 13:17
Deputat: Nəhəng nəqliyyat, infrastruktur layihələri Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının strateji əhəmiyyətindən xəbər verir
23 İyul 13:10
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib
23 İyul 12:28
Heydər Əliyev Mərkəzində yeni sərgi: “Nizaminin süjet və obrazları”
23 İyul 12:26
Səməd Qurbanov: Azərbaycanla Rusiya şirkətlərinin əlaqələrinin daha da genişləndirilməsi vacibdir
23 İyul 12:19
Deputat: Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur
23 İyul 12:13
Rusiyanın iqtisadi inkişaf nazirinin müavini: Moskva görüşündə ölkələrimizin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi bir daha nəzərdən keçirilib
23 İyul 11:55
Fransa Milli Assambleyasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
23 İyul 11:44
Rəşad Nəbiyev: Kommunikasiyanın açılması region ölkələrinin iqtisadi cəhətdən daha sürətlə inkişafında mühüm rol oynayacaq
23 İyul 11:42
Mikayıl Cabbarov: Rusiya şirkətləri ilə əməkdaşlıq bizim maraqlarımız çərçivəsindədir
23 İyul 11:26
Azərbaycan neftinin bir bareli 73,03 dollara satılır
23 İyul 11:14
Jerom Lamber: Qarabağ müharibəsinin əsas səbəblərindən biri Minsk qrupunun diplomatik uğursuzluğudur
23 İyul 11:09
Kənd təsərrüfatı məhsullarının istehsalı 5,6 faiz artıb
23 İyul 11:05
Ali məktəblərə qəbul olmaq üçün 12 mindən çox subbakalavr ərizəsini təsdiqlədib
23 İyul 09:51
Sevinc Fətəliyeva: Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
23 İyul 09:27
Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında yeni mərhələ başlayıb
23 İyul 09:14
Rusiya Azərbaycanla ikitərəfli əlaqələrin inkişafında maraqlıdır
23 İyul 09:11
Yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektivi vaksinasiyadır
23 İyul 09:09
Ermənistanda istefalar davam edir
23 İyul 09:08
Antimilli şurada təmsil olunan xəyanətkarlar köhnə mərəzlərindən əl çəkmirlər
23 İyul 09:06
Azərbaycanda medianın inkişafı dövlətin diqqət mərkəzindədir
22 İyul 22:08
Prezident İlham Əliyev: Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir
22 İyul 22:05
Prezident İlham Əliyev: Biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq
22 İyul 21:58
Prezident İlham Əliyev: Mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik
22 İyul 21:30
Şəhid jurnalist Məhərrəm İbrahimovun Milli Mətbuat Günü münasibətilə təltif olunduğu medal ailəsinə təqdim edilib
22 İyul 21:26
YAP Gənclər Birliyinin fəal üzvləri Bakı Dövlət Universitetində olublar
22 İyul 21:18
Prezident İlham Əliyev: Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər
22 İyul 21:16
Yevlaxda Milli Mətbuat Günü qeyd edilib
22 İyul 20:55
Azərbaycan Tacikistana humanitar yardım kimi 40 min doza “AstraZanesa” vaksini göndərib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA