İŞİD Orta Asiyaya “köçürülür”
09.04.2024 [10:30]
Qərbin terror planının bu dəfəki hədəfi...
Son günlərdə Qərbin siyasi leksikonunda tez-tez təsadüf olunan “radikal dindarlar” və ya İŞİD məsələsi yeni transformasiya dövrünü yaşayır. Hər zaman Qərbin ən aktiv müdaxilə bəhanələrindən sayılan “radikal islamçılıq” məsələsi yeni regiona daşınır. Necə ki, 2019-cu ildə süquta uğradılan İŞİD vaxtilə Yaxın Orta Şərqdə “boy göstərən”, bəzi xarici mərkəzlər tərəfindən Suriya və İraqda “qarşısıalınmaz güc” kimi xarakterizə olunan radikal terrorçu dəstə kimi təqdim olunurdusa, indi də eyni tamaşanın şahidi olmaqdayıq. Din pərdəsi altında terror fəaliyyəti ilə məşğul olan, əslində isə Qərbin “kuklası” kimi onun maraqlarının ifadəçisi rolunda çıxış edən qruplaşma məqsədli şəkildə Orta Asiya kontentinə “itələnməkdədir”.
Yeni münbit region...
Diqqət yetirsək, bu məsələ Aİ-ABŞ cütlüyünün “yeni Şərq planı”nın ortaya çıxdığı ilk zamanlardan dövriyyəyə buraxılmışdı. Ukrayna üzərindən “Avrasiyaya giriş” planı həyata keçirmək istəyən “kollektiv Qərb” paralel olaraq Suriyadan Şimali Afrikaya köçmüş və ya köçürülmüş terror qruplarını, onların Yaxın Şərqdəki qollarını Orta Asiyaya “yönləndirirdi”. Məsələn, Avropanın bəzi aparıcı araşdırma institutları Mərkəzi Asiyada terror təhlükəsi ilə bağlı “geniş araşdırmalar” aparır, qənaətlər formalaşdırır, ehtimallar irəli sürürdü - buna “münbit şərait” də yaradılmışdı. ABŞ-ın Əfqanıstanda 16 il davam etmiş “antiterror mübarizəsi” nəticədə regionun Talibana təslim edilməsi ilə yekunlaşmışdı. Həmin araşdırma institutları vaxtilə İraqda, Suriyada döyüşmüş əfqan və tacik əsilli bəzi şəxslərin Avrasiya regionunda “Xilafət ideyası” irəli sürmə “ehtimalı”ndan danışırdılar. Bir sözlə, hələ illər öncə Orta Asiyanın bəzi ölkələri İŞİD üçün “münbit region” adlandırılırdı.
Qərbin “İŞİD oyuncağı” yeni qiyafədə
Bir müddət öncə Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da baş verən terror hadisəsindən sonra bir sıra məsələlərin üzərinə daha aydın şəkildə işıq salındı: İŞİD bəlası bu dəfə Orta Asiyada “peyda” olundu. Yeni qiyafədə - “İŞİD-in əfqan-tacik qolu” adı altında ortaya çıxarılan bu terror qrupun coğrafi yerləşimi olduqca mühüm təhdidə hədəflənib. İŞİD-in yeni “qərargahı” kimi təbliğatı aparılan Orta Asiya təsadüfən seçilməyib. Bir neçə ildir Əfqanıstanda legitim hakimiyyətə yiyələndiyini isbat etməyə çalışan “Taliban”a qarşı diş qıcamayan, hətta buna dəstək verirmiş kimi görünən Qərb Orta Asiyanı İŞİD-in yeni “qurbanına” çevirməyin “dividendini” belə hesablayıb. Bunun arxasında böyük iqtisadi, hərbi, siyasi məqsədlər dayanır.
Görünən budur ki, İŞİD-in Qərbdəki “ağaları” yeni iqtisadi düzənin formalaşmaması üçün əlindən gələni edir. Ukrayna cəbhəsində açıq məğlubiyyət yaşayan kollektiv Qərb bu kimi “partizan davranışlarla” yeni iqtisadi münasibətləri bloklamağa çalışır. Perspektivdə Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya ticari xəttinə təsir göstərmək, TDT-nin timsalında yeni siyasi mərkəzin güclənməsini önləmək üçün Qərb ən yolverilməz və təhlükəli addımları belə özünə rəva bilir - şərqin başını qatmaq üçün Qərb İŞİD-dən əlverişli “oyuncaq” tapa bilməzdi. Regionun əhalisi müsəlmandır və bunu qərbli ideoloqlar İŞİD-in təməl “ideologiyaya” çevirdiyi cihadı daha tez qəbul etmək potensialı ilə dəyərləndirirlər. Başqa sözlə, onlar İŞİD-in əli ilə bölgədə daha rahat hərəkət etmək imkanı qazanma ehtimalını yüksək sayırlar. Digər tərəfdən, Əfqanıstandakı taliblər İŞİD-in ən böyük dəstəkçisi kimi regionda oturuşmağa yaxından kömək edə bilər. Hətta Orta Asiya ölkələrinin bəzi məqamlarda öz aralarındakı kiçik toqquşmalar, Tacikistanla - Qırğızıstanın və digərlərinin timsalında ərazi iddiaları da İŞİD-in “şirin vədlərində” böyük rol oynaya bilər. Bu, həmin region üçün ən təhlükəli məqamdır.
Hədəf regional logistikadır...
Qərbin İŞİD oyununda icra edilən plan bütün regionlar üzrə ənənəvi xəttə malik olub - məsələn, dünyanın enerji resurslarının əsas mənbələrindən sayılan İraq, Suriya, Liviya və bu kimi region dövlətləri üçün “baş ağrısına” çevrilən İŞİD-in qısa müddətdə ən müasir texnikalar, səhra avtomobilləri, silahlar və pulla təmin edilməsi kimi mənzərə yaradılır. Ardından, Qərbə yaxınlığı ilə seçilən, hətta bəzən xarici transmilli mətbuatın seçilmiş insanları ilə “ünsiyyət yaradan” terrorçubaşılar Qərbə yönəlik bəyanatlar verir, onları hədələyir, hətta bəzi hallarda səifrlik və kosulluqlarla qarşı təxribatlar həyata keçirir. Nəhayətində isə... Necə ki, İraqda və Suriyada, digər ərazilərdə enerji resursları “xilaskar güclərin” nəzarətinə keçdi, burada da analoji proses davam etdirilir.
Qərb İŞİD-in qalıqlarını Afrikadan Orta Asiyaya daşımaqla həm də bir gülləyə iki qurban seçir: ən böyük hədəf bölgədəki iqtisadi münasibətlər sistemidir. İlk dəfədir ki, Qərb İŞİD-i real hədəfə qarşı deyil, regional sistemə qarşı “döyüşdürür”. Düzdür, indiki halda İŞİD-in Çindən başlayaraq Avropaya uzanan ticari xəttə nə hərbi, nə də iqtisadi müstəvidə əngəl ola biləcəyi inandırıcı deyil - amma radikal qruplaşmanın havadarlarının sayəsində bunun da mümkün ola biləcəyi ehtimalı da istisna edilə bilməz. Vurğulandığı kimi, yeni iqtisadi münasibətlərə zərbə vurmaq, regional inkişaf xəttindəki mühüm logistik dayanacaqları tam nəzarət altına almaq üçün hərəkətə keçən Qərb Mərkəzi Asiyada idarəolunan xaos yaratmaq istəyindədir - onlar bu yolla iqtisadi kommunikasiyalara nəzarət imkanı yaratmaq niyyətindədirlər.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01

