İrəvan “sükanı” döndərir...
17.04.2024 [10:23]
Ermənistan yenidən üzünü Şərqə çevirir
“Astana platforması” ideyası aktuallaşa bilərmi?
Bölgədə yaranan yeni siyasi - hərbi situasiya Ermənistanı qorxuya salıb. İndiyə qədər “Qərbə güvəndiyini” açıq şəkildə dilə gətirən və onun himayəsinə sığındığını önə çəkən İrəvan artıq “yüksək ton”da danışa bilmir. Bunun isə bir sıra mühüm səbəbləri var. Qərb tərəfindən aldadılması, regionda yeni müharibə təhlükəsinin formalaşması, miqrasiyanın fantastik həddə çatması və ölkənin boşalması, eyni zamanda, digər faktorlar Ermənistanın ritorikasına təsir göstərir. Başqa sözlə, dünənə qədər arxa çevirdiyi MDB, KTMT və Aİİ yenidən İrəvan üçün yenidən aktuallıq kəsb etməyə başladı. Bu məqamlar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 1 günlük İrəvan səfəri zamanı bütün detalları ilə üzə çıxdı.
Ermənistan “offsaydda”...
Xamelion xüsusiyyətə malik olan və sürüşkən mövqeyə malik Ermənistanın Qərbdən üz döndərməsinin, yenidən Aİİ müzakirələrinə başlamasının bir sıra mühüm səbəbləri var:
- Birincisi, Ermənistan aprelin 5-də Qərbdən, xüsusilə ABŞ-dan məhz gözlədiyi “dəstəyi” ala bilmədi. Görüşdən öncə ABŞ dövlət katibinin və Avropa Komissiyası prezidentinin Bakıya zəng etməsi Nikol Paşinyanın bütün planlarını alt-üst etdi. Brüssel tribunasından “hədə-qorxu ritorikası” əsdirəcəyinidüşünən İrəvan üçün “tutunacaq” olmadı. Bu fakt bir daha göstərdi ki, Qərb bölgə ilə bağlı məsələləri məhz Bakının maraqları və qərarları ilə uzlaşdırır;
- İkincisi isə görüşün detallarında hərbi yardım məsələsinin açıq şəkildə əks olunmaması İrəvanı “rəncidə” saldı. Nikol Paşinyan ABŞ ilə Aİ-nin “hərbi çətiri” altına keçməsi məsələsini məhz Brüsseldə açıqlayacağına ümid edirdi. Hətta görüşdən öncə verilən bəyanatlar da buna hədəflənmişdi. ABŞ ilə Aİ-nin görüşün detalları ilə bağlı mətbuat konfransı zamanı bu məsələyə toxunmaması İrəvan üçün əsl fiasko yaşatdı - bu fakt həm də, Ermənistanın KTMT “yarlığına” malik olmasının növbəti təsdiqinə çevrildi;
- Nəhayət, Ermənistan Aİ və ABŞ tərəfindən ən yüksək səviyyədə maliyyə resursu ilə təmin olunacağını düşünürdü ki, bu da baş vermədi. 4 il ərzində cəmisi bir neçə yüz milyonluq layihələr müzakirə olundu ki, bu da Ermənistanın “yarasına dərman deyil”. Post-müharibə dövründə yeni iqtisadi mərhələyə start verəcəyini, MDB dövlətləri ilə ticari əlaqələri ikinci plana keçirəcəyini, Avropa və ABŞ ilə ticari balansı artıracağını düşünən Ermənistanın bu məsələdə də əli “yandı”. Beləliklə, Qərb bu və ya digər şəkildə Ermənistandan öz marağı üçün istifadə etdiyini tam şəkildə biruzə verdi. Bu isə həm də Paşinyan üçün qorxulu situasiya yaradır - narazı xalq “Qərbə inteqrasiya”nın əsl üzünü görərək hakimiyyətin apardığı siyasi kursa qarşı açıq etiraz səsləndirməyə başladı. Axı, gözlənilən ilə təqdim edilən arasında fərq böyük idi. Sosial şəbəkələrin erməni seqmentində də səsləndirildiyi kimi, Azərbaycanın təklif etdiyi iqtisadi inkişaf planı Qərbin verdiyi ianələrdən daha müsbət auraya malikdir...
Yeni sülh müstəvisi ideyası...
Qazaxıstan Prezidentinin İrəvan səfəri zamanı açıqlanan məsələlərə göz gəzdirdikcə Ermənistanın Qərbdən tamamilə ümidini kəsdiyi ştrixlərinə rast gəlinir - məsələn, Ermənistan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlığın, infrastruktur əlaqələrinin və investisiya mühitinin yaxşılaşdırılmasıməsələləri ilə yanaşı, İrəvanın Aİİ üzvü ölkələri ilə də münasibətlərinin yeni mərhələyə qədəm qoymasından danışılır.
Paşinyan çıxışında Azərbaycanla münasibətlərin normallaşması məsələsini ön planda tutur - Qazaxıstan Prezidentinə regiondakı vəziyyət, danışıqlar barədə məlumat verir, həmçinin İrəvanın regionda sülh və sabitliyin bərqərar olmasına sadiqliyini söyləyir. Nəzərə alınmalıdır ki, Qazaxıstan Orta Dəhliz marşrutu, Türk Dövlətləri Təşkilatı və başqa seqmentlər üzrə Azərbaycanla yaxın tərəfdaşlıq əlaqələrinə malikdir. Hətta bəzi məsələlərdə maraqlar strateji yaxınlıq səviyyəsi ilə ölçülür.
Bir sıra siyasi mütəxəssislər Paşinyanın fikirlərini yeni “sülh müstəvisi” platformasının yaranması uğrunda cəhd kimi qiymətləndirir. Artıq Qərbin məsələdə real roluna inanmayan, daha doğrusu, ona verilən “vədlərin” yerinə yetirilmədiyinigörən Ermənistan Qazaxıstan vasitəsilə yeni imkanlar axtarışındadır. Təbii ki, burada Rusiya platformasının yenidən aktuallaşdırılması məsələsi də var - sadəcə olaraq, indiki halda Paşinyan bu qədər açıq “U” dönüşü etməklə Qərbi qıcıqlandırmaq istəmir. Səbəb isə bəllidir - Qərbin Ermənistandakı kəşfiyyatçı kontingenti hazırki hakimiyyət üçün ən real təhlükə mənbəyi sayılır. Paşinyan düşünür ki, Qərb ondan üz döndərərək yenidən Rusiyaya tərəf boylanmanı bağışlamaz...
Qazaxıstan Bakının mövqeyini bilir
İrəli sürülən fikirlərin daha da möhkəmləndirilməsi üçün real səbəblər var. Məsələn, Qazaxıstan Prezidentinin Astananın İrəvan və Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlamasını önə çəkməsi, xoşməramlılıq missiyasını üzərinə götürərək danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirməsi bu fikirləri daha da qətiləşdirir. Kasım-Jomart Tokayev İrəvanda brifinqdə bildirib ki, “Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq, regionda sülh və davamlı sabitlik üçün yollar açmaqdır”.
Astananın regionla bağlı mövqeyi bəllidir. Vurğulandığı kimi, həm Orta Dəhliz seqmentində, həm də TDT platformasında Azərbaycanla tərəfdaş olan Qazaxıstan bölgədə münasibətlərin tənzimlənməsində, Şərq-Qərb tranzitinin diversifikasiyaedilməsində maraqlıdır. Eyni zamanda, Tokayevin cəmisi bir ay öncə Bakıya səfər etməsi də diqqətdən yayınmamalıdır. Təbii olaraq, Tokayev Azərbaycanın mövqeyini dəqiqləşdirib və İrəvandan “verilən bəyanat” bunun göstəricisidir. Qazaxıstan Azərbaycan tərəfinin şərtlərini bilir və sülhün yalnız bu çərçivədə imzalamaq perspetkivini anlayır. Bu mənada, danışıqlar prosesinin yeni coğrafiyaya daşınması ehtimalı böyükdür.
İrəli sürülən ehtimallar arasında Qazaxıstanın “Sülh qovşağı” layihəsinin gerçəkləşməsi üçün səfər etdiyi də mövcuddur - amma bu ehtimalı sıradan çıxaran amil vurğulandığı kimi, Qazaxıstanın Azərbaycanın qəti mövqeyindən xəbərdar olmasıdır. Astana Bakının hansı şərtlərlə müzakirə aparacağını bildiyi üçün bu ehtimal real görünmür...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
29 Aprel 23:00
Dünya
29 Aprel 21:33
Gündəm
29 Aprel 20:34
Siyasət
29 Aprel 19:43
Xəbər lenti
29 Aprel 18:42
Siyasət
29 Aprel 18:38
İqtisadiyyat
29 Aprel 17:35
Maraqlı
29 Aprel 17:14
YAP xəbərləri
29 Aprel 16:54
Dünya
29 Aprel 16:45
İdman
29 Aprel 16:24
Xəbər lenti
29 Aprel 15:55
Xəbər lenti
29 Aprel 15:28
Xəbər lenti
29 Aprel 15:14
Xəbər lenti
29 Aprel 15:08
Avropa
29 Aprel 14:54
Sosial
29 Aprel 14:28
Siyasət
29 Aprel 14:02
Xəbər lenti
29 Aprel 13:58
Dünya
29 Aprel 13:57
Xəbər lenti
29 Aprel 13:17
Dünya
29 Aprel 13:04
Xəbər lenti
29 Aprel 12:49
Xəbər lenti
29 Aprel 12:38
Siyasət
29 Aprel 12:18
Xəbər lenti
29 Aprel 12:07
Dünya
29 Aprel 11:41
Xəbər lenti
29 Aprel 11:34
Sosial
29 Aprel 11:20
Gündəm
29 Aprel 11:14
Xəbər lenti
29 Aprel 11:06
Xəbər lenti
29 Aprel 10:59
İqtisadiyyat
29 Aprel 10:34
İqtisadiyyat
29 Aprel 10:31
Xəbər lenti
29 Aprel 10:30
Siyasət
29 Aprel 10:23
Xəbər lenti
29 Aprel 10:00
Gündəm
28 Aprel 22:42
Xəbər lenti
28 Aprel 19:09
Xəbər lenti
28 Aprel 17:24
Xəbər lenti
28 Aprel 14:43
İdman
28 Aprel 14:10
Xəbər lenti
28 Aprel 12:24
Sosial
28 Aprel 11:52
Dünya
28 Aprel 11:30
Dünya
28 Aprel 11:29
Xəbər lenti
28 Aprel 11:17
Xəbər lenti
28 Aprel 10:00
Xəbər lenti
27 Aprel 20:01
Xəbər lenti
27 Aprel 18:56
Dünya
27 Aprel 18:01
Xəbər lenti
27 Aprel 17:04
Xəbər lenti
27 Aprel 16:28
Dünya
27 Aprel 16:00
Xəbər lenti
27 Aprel 15:11
İqtisadiyyat
27 Aprel 15:08
Xəbər lenti
27 Aprel 15:07
Xəbər lenti
27 Aprel 13:49
Xəbər lenti
27 Aprel 13:01
Xəbər lenti
27 Aprel 12:25
Dünya
27 Aprel 12:23
Mədəniyyət
27 Aprel 11:35
Sosial
27 Aprel 11:25
Ədəbiyyat
27 Aprel 11:15
Siyasət
27 Aprel 11:10
MEDİA
27 Aprel 11:00
Siyasət
27 Aprel 10:50
Gündəm
27 Aprel 10:42
İqtisadiyyat
27 Aprel 10:37
Siyasət
27 Aprel 10:34