/ / Bişkekdə rus dilində çap edilmiş "Prezident İlham Əliyev" üçcildliyinin təqdimat mərasimi keçirilib
Bişkekdə rus dilində çap edilmiş "Prezident İlham Əliyev" üçcildliyinin təqdimat mərasimi keçirilib
29.08.2012 [13:46]
Mərasimdə Azərbaycanın Qırğızıstandakı müvəqqəti işlər vəkili İlqar Cabbarov, Qırğızıstanın mədəniyyət və informasiya naziri İbrahim Junusov, sənaye və energetika naziri Askarbek Şadiyev, Dövlət Gömrük Komitəsinin sədri Kubanlçbek Kumbtov, parlamentin üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun təmsilçiləri, jurnalistlər iştirak ediblər.
Təqdimat mərasimini açan İ.Cabbarov Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, Prezident Almazbek Atambayevin ölkəmizə rəsmi səfərindən sonra əməkdaşlıq imkanlarının genişləndiyini, Azərbaycanın Qırğızıstan iqtisadiyyatına 1 milyard ABŞ dolları məbləğində sərmayənin yatırılmasına dair sənədin imzalandığını qeyd edib.
İ.Cabbarov Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, Azərbaycanda iqtisadi islahatlar, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz layihələri, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisi, Transanadolu boru kəməri haqqında ətraflı məlumat verib.
Müvəqqəti işlər vəkili vurğulayıb ki, “Prezident İlham Əliyev” üçcildliyinin Qırğızıstanda çap edilməsi ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəkdir.
İ.Junusov deyib ki, Azərbaycan ilə Qırğızıstan arasında mədəni sahədə əlaqələr çox uğurla inkişaf edir və bu, dövlətlərimizin mənafeyinə uyğundur. Bu gün Qırğızıstanda elə bir şəxs tapılmaz ki, Nizami və ya Nəsimini tanımasın. Eləcə də Azərbaycanda böyük qırğız yazıçısı çingiz Aytmatovu tanımayan və onun əsərlərini oxumayan yoxdur. Bişkekdə “Prezident İlham Əliyev” kitabının çap edilməsi Qırğızıstanın həyatında mühüm hadisədir və buna görə biz TDSDF-ə minnətdarlığımızı bildiririk.
A.Şadiyev da çıxış edərək vurğulayıb: “ölkələrimiz arasında əlaqələrin inkişafı bizi çox sevindirir. Azərbaycan bu gün dünyanın ən inkişaf etmiş ölkələrinin sırasındadır. Bu da ölkə rəhbərliyinin məqsədyönlü və düzgün iqtisadi siyasətinin nəticəsidir. İndi Azərbaycan bir sıra ölkələrə, o cümlədən Qırğızıstana sərmayə yatırır. Azərbaycanda ən yeni texnologiyalar əsasında müasir zavod və fabriklər tikilir”.
Azərbaycanın ünvanına deyilən xoş sözlərə görə minnətdarlığını bildirən TDSDF-in sədri Nüsrət Məmmədov bundan sonra da Azərbaycan ilə Qırğızıstan arasında mədəni sahədə əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
Akademik Elgiz Aytmatov, QAƏM-in sədri Cəbi Rəsulov, Bişkekdəki “Xəzər” İctimai Birliyinin sədri Ziyəddin Hüseynov, vəkil Səməd Səmədov, diasporumuzun fəalları Əsəd Əsədov, Əli İskəndərov və başqaları ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsində bu üçcildliyin böyük rolu olduğunu bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10

