YAP Mərkəzi Aparatında görüş keçirilib
23.05.2024 [19:26]
Mayın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Gənclər Birliyinin üzvləri ilə ölkəmizdə səfərdə olan Türkiyənin Anadolu Aslanları İş Adamları Dərnəyi Gənclər Təşkilatının nümayəndə heyəti arasında görüş keçirilib.
Qonaqları salamlayan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Azərbaycanla Türkiyənin “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin zirvədə olduğunu bildirib. O, iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, milli maraqlarımızın uğurla təmin olunduğunu diqqətə çatdırıb. YAP Gənclər Birliyinin sədri bu amilin iki ölkə gənclərinin də sıx təmasları və əməkdaşlığı üçün möhkəm bünövrə yaratdığını diqqətə çatdırıb.
İki qardaş ölkənin hakim partiyaları arasında əlaqələrin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına önəmli töhfələr verdiyini vurğulayan B.İslamov 2021-ci ilin iyun ayında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ankaraya səfəri zamanı YAP ilə AK Parti arasında Əməkdaşlıq Protokolunun imzalanmasının əhəmiyyətini diqqətə çatdırıb. O, hər iki partiyanın gəncləri arasında fəal əməkdaşlığın mövcud olduğunu söyləyib.
Görüşdə Türkiyənin Anadolu Aslanları İş Adamları Dərnəyi Gənclər Təşkilatının rəhbəri Abdullah Uçan ölkəmizə səfərdən məmnunluğunu bildirib. Səfər çərçivəsində keçirilən görüşlərin əhəmiyyətindən bəhs edən A.Uçan rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib və təşkilatın öz sıralarında gənc iş adamlarını birləşdirdiyini qeyd edib. O, bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin gəncləri arasında dostluq və qardaşlıq prinsipinə əsaslanan işbirliyinin parlaq perspektivlərə malik olduğunu bildirib.
Görüş iştirakçıları iki qardaş ölkənin gənclərinin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına layiqli töhfə vermək əzmində olduqlarını vurğulayıblar.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

