Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / BMT-nin Ali Komissarı, yoxsa erməni lobbisinin “əsiri?

BMT-nin Ali Komissarı, yoxsa erməni lobbisinin “əsiri?

28.06.2024 [10:05]

İcma: Volker Türk Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı məsələsinə diqqət yetirməlidir

Nardar BAYRAMLI 

Müəyyən beynəlxalq dairələr Azərbaycana qarşı qərəzli kampaniyaları davam etdirir. Xüsusilə, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra bu istiqamətdə “fəallıq” artıb. İş burasındadır ki, beynəlxalq hüquqdan və insan haqlarından danışan dairələr bəzən bu amilləri görməzdən gəlirlər. Bu da ikili standartların bariz nümunəsidir. Bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türkün yanaşmasından da aydın görmək mümkündür. 

Belə ki, Ermənistanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Armen Gevorgyan Volker Türkdən Azərbaycanda saxlanılan “erməni əsirlərin”, o cümlədən Qarabağın erməni separatçılarının  rəhbərləri ilə bağlı mövqeyini soruşub. Ali Komissar isə “Aydındır ki, keçən il ermənilərin Qarabağ ərazisindən köçməsi hamımızı narahat edirdi. Baş verənlərlə bağlı daha çox məlumat əldə etmək üçün biz Ermənistanda bir sıra missiyalara başladıq. Biz həll yollarını tapmaq üçün həm Azərbaycan, həm də Ermənistanla dialoq aparırıq. Təbii ki, geri qaytarmaq hüququ var, mülkiyyətə hörmət etmək, qorumaq hüququ var”,-deyə cavab verib. Əslində isə BMT rəsmisi bu suala cavab olaraq, Azərbaycanda saxlanılanların hərbi cinayətkarlar olduğunu söyləməli, Ermənistanın 30 illik işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlıların doğma yurdlarında yaşamaq hüququndan məhrum edildiyi və onların hüquqlarının bərpasının vacibliyini vurğulamalı idi. Digər tərəfdən, separatizm beynəlxalq hüquqda da cinayət hesab olunur. Lakin buna baxmayaraq, BMT-nin Ali Komissarı beynəlxalq hüquqa istinad etmək əvəzinə, cinayətkar ermənilərin qaytarılmasının mümkünlüyündən, Qarabağı könüllü tərk edən ermənilərin mülkiyyət hüququndan və s. danışıb. 

Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması bəyanat verərək BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün 2023-cü ilin sentyabr ayında baş vermiş hadisələrə dair qərəzli fikirlər səsləndirməsi ilə bağlı təəssüfünü ifadə edib. Qərbi Azərbaycan İcması Volker Türkü insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa, Qərbi azərbaycanlıların Ermənistana, öz dədə-baba yurdlarına qayıdışı məsələsinə diqqət verməyə və bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ermənistanla dialoqunun tərkib hissəsinə çevirməyə çağırıb.

Qeyd edək ki, V.Türkün ermənipərəst mövqe sərgiləməsi ilk dəfə deyil. Hələ ötən ilin əvəlində Laçın-Xankəndi yolunda azərbaycanlı vətəndaş cəmiyyəti fəallarının dinc aksiyası zamanı da BMT rəsmisi qərəzli açıqlama vermişdi. Görünən odur ki, BMT kimi dünyanın ən böyük təşkilatının nümayəndəsi də erməni lobbisinin “əsirinə” çevrilib. Əgər belə olmasaydı, V.Türk Ermənistanın 30 illik işğalçı siyasəti dövründə törətdiyi beynəlxalq və müharibə cinayətlərinə səssiz qalmazdı. Hansı ki, erməni tərəfinin cinayətləri bəşəriyyətə qarşı yönəlmiş cinayətlər sırasındadır. Ali Komissarın öz diqqətini  Ermənistanın azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, eləcə də itkin düşmüş azərbaycanlılara qarşı qəddar rəftarına dair sübutlara yönəltməyi daha məqsədəuyğun olardı. Ermənistanın hərbi təcavüzü başlayandan bəri 3890-dan çox azərbaycanlı itkin düşüb və onların taleyi naməlum olaraq qalmaqdadır. İtkin düşənlərin 3171 nəfəri hərbçi, 719 nəfəri isə 71 uşaq, 267 qadın və 326 ahıl şəxs daxil olmaqla mülki şəxslərdir.

Ermənistana və digər ölkələrə köç edən ermənilərin hüquqlarının təmin edilməsi ilə bağlı iddialara gəlincə, xatırlatmaq vacibdir ki, Azərbaycanın reinteqrasiya çağırışına, proqramına və bu istiqamətdə addımlarına baxmayaraq, yerli erməni əsilli şəxslər ölkəmizi tərk etmək və geri qayıtmamaq qərarına gəliblər. Həbsdə olan ermənilər isə  müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunurlar. Onlarla bağlı istintaq prosesi davam edir və kifayət qədər faktlar var. Cenevrə Konvensiyalarına, habelə, ümumilikdə, beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir.

Bütün bunları nəzərə alaraq, beynəlxalq təşkilatların yüksək rütbəli məmurları hər hansı bir bəyanat verməzdən əvvəl ilk növbədə əsaslanmış və etibarlı mənbələrə istinad etməlidir. Lakin V.Türk kimilər qərəzli mövqeyi onların təmsil etdikləri təşkilatın nüfuzuna ciddi xələl gətirir, həmçinin onların obyektivliyinə əsaslı şübhələr  yaradır. 

Paylaş:
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

“Triumf yolu”..

13 İyul 11:00

MEDİA

Uğurlu yoldayıq...

13 İyul 10:55

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31