“Beynəlxalq Xristian Həmrəyliyi”nin “təskinliyi”...
13.07.2024 [10:45]
İcma: Ermənistan hökumətini Oskanyan kimilərinin destruktiv fəaliyyətinə imkan verməməyə çağırırıq
Nardar BAYRAMLI
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri, o cümlədən erməni diasporu və lobbisini ciddi narahat edir. Bu səbəbdəndir ki, ölkəmizə qarşı qərəzli sənədlər qəbul olunur, eləcə də, Qarabağdan Ermənistana köçmüş erməni separatçılarını beynəlxalq gündəmə çıxarmaq istəyirlər. Eyni zamanda, müəyyən dairələr “artsax” mövzusunu müxtəlif platformalara daşımağa çalışırlar. Xatırladaq ki, bu məqsədlə yanvar ayında qondarma “artsax parlamenti” Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın rəhbərliyi ilə “artsax üzrə beynəlxalq komitə” yaradıb. Bu cəfəng “qurumun” məqsədi “artsax ermənilərinin öz evlərinə qayıdışının və digər əsas hüquqlarının təmin edilməsinə” nail olmaqdan ibarətdir.
Qeyd edək ki, bugünlərdə dini radikalizm və Azərbaycanofob mövqeyə malik “Beynəlxalq Xristian Həmrəyliyi” adlı qeyri-hökumət təşkilatı BMT-nin İnsan Hüquqları Şurasının tribunasından sui-istifadə edərək, növbəti anti-Azərbaycan tədbir keçirib. Tədbirdə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatçı çıxış edib. Qərbi Azərbaycan İcması bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Qərbi Azərbaycan İcması dini radikalizmi və millətçiliyi təbliğ edən və regionda sülhün bərqərar olunmasına qarşı çıxan ünsürlər tərəfindən BMT məkanlarının sui-istifadəsini qınayır. İcma, həmçinin Ermənistan hökumətini Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan Oskanyan kimilərinin destruktiv fəaliyyətinə imkan verməməyə çağırır”.
Xatırladaq ki, V.Oskanyan və onun qondarma “komitə”sinin bir sıra üzvləri bu ilin əvvəlində xaricdə səfərdə olub. Oskanyanın dəstəsi Avropanın müxtəlif siyasi xadimləri, beynəlxalq strukturların nümayəndələri ilə görüşlər keçiriblər. Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar da bu dəstəni qəbul edənlərin sırasında olub. Halbuki Ermənistanın özündə separatçıların “strukturlarının” fəaliyyəti qadağan edilib. Qanunsuz rejimin sonuncu başçısı Şahramaryan nə qədər cəhd göstərsə də, baş nazir Nikol Paşinyan onu qəbul etmir. Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan hələ vəzifədə olarkən separatçıların İrəvanda fəaliyyət göstərməsinin qeyri-mümkün olduğunu bəyan etmişdi. O bildirmişdi ki, “Artsax”ın heç bir “dövlət qurumu” Ermənistan ərazisində fəaliyyət göstərə bilməz və bunu təhlükəsizlik məsələsi adlandırmışdı. Onun açıqlaması Ermənistanda ciddi müzakirə mövzusu oldu. Marukyanın səbəbsiz yerə deyil, birbaşa baş nazir Nikol Paşinyanın təlimatı əsasında belə danışdığı qeyd edilirdi. Eyni zamanda, Qarabağdakı separatçıların heç bir vəchlə İrəvanda siyasi fəaliyyətlə məşğul olmayacağı vurğulanır.
Bütün bunların fonunda V.Oskanyanın rəhbərlik etdiyi “komitə”nin qanunsuz fəaliyyətinin də effektsiz olacağı şübhə doğurmur. Onun “komitə”yə hansısa beynəlxalq mandat almaq istəyi də fiaskoya uğrayıb. Ərazi bütövlüyünü və suverenliyi bərpa etmiş Azərbaycan hazırda regionda yeni reallıqların müəllifidir. Belə olan halda, dövlətimizə qarşı bu təxribat cəhdi də keçərli deyil. Qondarma “komitə”yə hər hansı beynəlxalq mandatın verilməsi də real deyil. Çünki hansısa beynəlxalq təşkilat belə bir qondarma dəstəyə bu statusu verə bilməz. Ən azı belə bir mandatın verilməsi üçün ciddi beynəlxalq hüquqi əsaslar lazımdır. V.Oskanyan öz dəstəsi ilə ilin əvvəlində Tovio Klaarla görüşü də Avropa İttifaqından “beynəlxalq mandat” almaq məqsədi daşıyırdı. Amma keçmiş qondarma qurumun nümayəndələrindən və digər separatçı əhval-ruhiyyəli şəxslərdən ibarət qrupa beynəlxalq hüquqa zidd olaraq “beynəlxalq mandat”ın verilməsi mümkünsüzdür, reallıqdan tamamilə uzaqdır. Bu səbəbdən də Oskanyanın cəhdləri uğursuzluğa düçar olub.
O, sadəcə ermənipərəst dairələrin təşkil etdiyi tədbirlərdə iştirak etməklə özündə “təskinlik” tapır. “Beynəlxalq Xristian Həmrəyliyi” adlı qeyri-hökumət təşkilatının sözügedən tədbiri də bu qəbildəndir. Bu təşkilatda da qatı ermənipərəstlər birləşib və Ermənistana lobbiçilik etməklə məşğuldur. Xatırladaq ki, 2023-cü ilin əvvəlində Azərbaycanın vətəndaş cəmiyyəti fəalları Xankəndi-Laçın yolunda dinc etiraz aksiyası keçirərkən “Beynəlxalq Xristian Həmrəyliyi” təşkilatı yalandan dünyaya car çəkərək guya Qarabağ ermənilərinin blokadaya alındığını və onların “genosid təhlükəsi ilə üz-üzə qaldığını” iddia edib. Sentyabr ayında isə ermənilərin könüllü surətdə Qarabağı tərk edərək Ermənistana köçmələrini “etnik təmizləmə” kimi təqdim etməyə cəhd göstəriblər. Bu yaxınlarda isə sözügedən təşkilat Beynəlxalq Olimpiya Komitəsinin prezidentini Azərbaycan idmançılarını cari ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarından kənarlaşdırmağa “çağırıb”. Təşkilatın sözçüsü Coel Veldkamp deyib ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra BOK Rusiya və Belarus milli komandalarını 2024-cü il Olimpiya Oyunlarından kənarlaşdırmaq üçün qeyri-adi addım atıb: “Bununla belə, Azərbaycan hələ də “Dağlıq Qarabağın min illik erməni icmasını qovulmasının” heç bir nəticəsi ilə üzləşməyib”. Erməni lobbisinin aləti olan bu ünsürlər unutmamalıdır ki, 30 il davam etmiş Dağlıq Qarabağ münaqişəsində işğalçı məhz Ermənistan idi. Azərbayan isə öz torpaqlarını işğalçılardan azad edib. Əgər hansısa qadağa və sanksiyaya ehtiyac varsa, Ermənistana tətbiq olunmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

