Toplananların yeri dəyişsə də...
31.07.2024 [10:42]
Keyfiyyət dəyişikliyi, yoxsa Aİ imicini xilas etməyə çalışır?
Maqdalena Klaarı əvəz edəcək...
Xəbər verildiyi kimi, Avropa İttifaqı Şurasının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndəsinin adı məlum olub - vəzifəyə çex diplomat Maqdalena Qrono təyin edilib. Onun sentyabrın 1-dən etibarən səlahiyyətlərini icra etməyə başlayacağı bildirilib. Maqdalena Qrononun səlahiyyət müddətində BMT və ATƏT-in müvafiq strukturları ilə birlikdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərinin normallaşması istiqamətində də fəaliyyət göstərəcəyi bildirilir. Aİ-nin bununla bağlı məlumatında o da vurğulanır ki, diplomatiya və münaqişələrin tənzimlənməsi istiqamətində 25 illik təcrübəyə malik olan Maqdalena Qrononun əsas fəaliyyət istiqamətləri postsovet məkanı və Cənubi Qafqaz olub.
Maqdalena Qrono Çexiya vətəndaşıdır və hazırda Avropa Şurasının prezidenti Şarl Mişelin baş diplomatik müşaviri vəzifəsində çalışır. O, Şarl Mişeldən əvvəl Avropa İttifaqı Şurasının keçmiş prezidenti Donald Tusk ilə birlikdə işləyib. Postsovet məkanı, xüsusən Cənubi Qafqazla bağlı siyasi məsələlər onun səlahiyyət müstəvisinə aid olub - bundan başqa, Aİ-də yüksək səviyyəli diplomatik postlarda və beyin mərkəzlərində çalışıb. O, əvvəllər Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə direktoru olub. Maqdalena Qrono Avropa İttifaqı Şurasının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndəsi kimi səlahiyyət müddəti avqustun 31-də bitəcək Toivo Klaarı əvəz edəcək.
Aİ nə istəyir?
Sirr deyil ki, 2020-ci il Vətən müharibəsinin nəticələri və ötən 4 ildə baş verənlər Cənubi Qafqazda yeni siyasi situasiya formalaşdırdı. Xüsusilə, ötən ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Qarabağdakı hərbi xuntanın iflası, Azərbaycanın suverenliyinin təmini İrəvan ilə Bakı arasında gedən münasibətlərin normallaşması prosesinə yeni ştrixlər əlavə etdi. Bu, artıq məsələnin müstəvisinə yeni salarlar qatmaqla yanaşı, ortadakı problemlərin iki dövlət arasında həllini də zəruri etdi. Sülh prosesini özünün nəzarətində, başqa sözlə, təsir dairəsində saxlamağa çalışan bəzi dairələr, xüsusilə Avropa İttifaqı isə bundan bərk narahatlıq keçirir. Artıq bir müddətdir ki, Ermənistana “ezam edilmiş” monitorinq missiyası ilə “ələqaləndirici” rolunu oynayan “xüsusi nümayəndələrin” məsələyə münasibəti özü hər şeydən xəbər verir - Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində maraqlı olmayan dairələr “anti-sülh” mahiyyətli yeni planlarını davam etməkdə israrlıdırlar. Məsələn, heç bir siyasi-ictimai mahiyyət daşımadığı, sadəcə olaraq müşahidə üçün üçün Ermənistana yerləşdirildiyi bildirilən Aİ-nin “müşahidə missiyası”nın əsl “fəaliyyət mexanizmləri” tam şəkildə üzə çıxdıqca Brüsseldən gələn mesaj və açıqlamal?r?n səmimiliyi də şübhə altına düşməyə başladı. “Binokl planı”nı özünün ən vacib hərəkət mexanizminə “çevirən” Aİ ara-sıra xarici ölkələrin Ermənistandakı səfirlərini, İrəvanda qonaq olan amma sülh məsələsinə ən minimum dəxli olmayan xarici nümayəndələri şərti sərhədə “daşıyır”, onların Azərbaycan torpaqlarına “boylanan yerdə” şəkillərinin çəkilib paylaşılmasını “təmin edir”.
Klaarın birtərəfli mövqeyi
2017-ci ildən “xüsusi nümayəndə” təyin edilmiş Tovio Klaarın fəaliyyəti də son dövrlərdə təxminən bu ştrixlər əsasında formalaşmışdı - onun tez - tez İrəvana səfərləri, verdiyi qeyri-standart açıqlamaları “göz oxşayırdı”. Məsələn, ötən ilin noyabrında bölgə dövlətləri arasında münasibətlərin tənzimlənməsi prosesinin elə “3+3” formatında müzakirəsi aktuallaşan zaman Avropa İttifaqı açıq kontekstdə narahatlığını biruzə vermişdi və Toivo Klaarın dili ilə öz “mövqeyini” paylaşmışdı. Klaar bildirmişdi ki, təmsil etdiyi təşkilat 3+3 formatındakı görüşlərə bölgədəki ölkələrin qonşu kimi müzakirə edə bildiyi format kimi baxır. “Lakin mən onu da başa düşürəm ki, ən azı ilkin mərhələdə münaqişə, sülh müqaviləsi, nizamlanma kimi məsələlər bu formatda müzakirə mövzusu olmamalıdır. Beləliklə, yenə də bizim üçün ən vacib olan tərəqqidir və bunun hansı platformada əldə olunması daha az əhəmiyyət kəsb edir. Amma biz hesab edirik ki, nizamlanma prosesində ciddi irəliləyiş əldə edə bilməməyimiz üçün heç bir real səbəb yoxdur, çünki qarşımızda masa üzərində olan məsələlər çox azdır. Üstəlik, onlar dəfələrlə müzakirə olunub. Beləliklə, biz həqiqətən Azərbaycan və Ermənistanın münasibətlərinin normallaşması istiqamətində irəliləyiş olmaması üçün heç bir səbəb görmürük”, - deyə Klaar demişdi.
Beləliklə, zaman göstərdi ki, Klaar və təmsil etdiyi təşkilat sülhdən daha çox qeyri-müəyyən vəziyyətin, çəkişmələrin, uzun-uzadı müzakirələrin davam etməsində maraqlıdır. Bu isə, bölgənin gələcək perspektivinə ziyandan başqa heç nə verə bilməz.
Yeni nümayəndə köhnənin yolunu davam etdirsə...
O ki qaldı, Aİ-nin normallaşma prosesi istiqamətində cərəyan edən proseslərə ümumi yanaşmasına, burada da nə ədalət, nə də hüquqi tendensiyalara əməl edilməyib. Ermənistanın sürətlə silahlandırılması (Aİ üzvü olan ölkə tərəfindən), yeni müharibəyə sövq edilməsi, eyni zamanda Ermənistanın zaman-zaman əl atdığı silahlı təxribatlar nə Aİ-nin İrəvandakı missiyasının, Brüseldən təşrif buyurmuş Tovio Klaarın “diqqətini” cəlb etməmişdi - ötən müddətdə qurum təmsilçiləri “siyasi dəvəquşu” rolunu uğurla “oynamaqda” davam etmişdilər. Ermənistanı müharibəyə stimullaşdıran gücün elə Aİ olması faktından hər kəs xəbərdardır - bunun qarşılığında isə Toivo Klaar yenə də “Aİ-nin Ermənistandakı missiyasından təsdiq almaq çox xoşdur, hərbçilərin qeyri-adi hərəkətləri müşahidə edilməyib. Missiyanın məqsədi budur: daha çox şəffaflığı təmin etmək və inam yaratmaq”, kimi fikirlər səsləndirirərək Aİ-nin nüfuzuna böyük zərbələr vurmuşdu. Göründüyü kimi, Ermənistana yardım üçün əldən-ayaqdan gedən Aİ özünü elə bir situasiyaya salıb ki, bunun adını tapmaq çox çətindir - illərdir ki, ədalətin yanında yer aldığını iddia edən Qərb artıq uzun müddətdir ki, açıq şəkildə təcavüzü, işğalı və separatizmi dəstəkləyir. Azərbaycana qarşı haqsız iddialarından əl çəkməyən Ermənistanı “dəstəkləməklə” Aİ “durbinçi”lərini sərhəddə məhz bu çirkin plan üçün göndərdiyini təsdiqləyir.
Yeni “nümayəndə”nin də öz sələfinin “yolunu” davam etdirib-etdirməyəcəyini zaman göstərəcək. Amma hər bir halda xanım Maqdalena bir həqiqəti anlamalıdır ki, bu gün bölgədə baş verən proseslər Azərbaycanın iradəsinə əsaslanır - bu mənada, ölkəmizin regionda formalaşdırdığı siyasi həqiqətləri görməzdən gəlmək uğur vəd etmir...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

