Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yazıçı Anar: “Azad olunmuş ərazilərdə ikinci dəfə keçiriləcək seçki prosesi oraya həyatın qayıtdığının daha bir nümunəsidir”

Yazıçı Anar: “Azad olunmuş ərazilərdə ikinci dəfə keçiriləcək seçki prosesi oraya həyatın qayıtdığının daha bir nümunəsidir”

13.08.2024 [12:27]

“Cari ilin fevral ayında keçirilmiş Prezident seçkiləri işğaldan azad edilmiş əraziləri də əhatə etməklə tarixə yazılan ən mühüm hadisə oldu. Parlament seçkilərinin də azad olunmuş ərazilərdə keçirilməsi ölkə tarixində yeni mərhələ yaradır. Bu, Böyük Qayıdış prosesinin ən vacib məqamlarındandır”. Bunu Seçki 2024 Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, tanınmış ictimai xadim Anar deyib.

“Sentyabrın 1-də keçiriləcək seçkilərdə əsas məqam budur ki, işğaldan azad edilmiş bölgələrdən olan seçicilər dəstəklədikləri namizədlərə qeydiyyatda olduqları ərazilərdə səs verəcəklər. Bu, azad olunmuş ərazilərə həyatın qayıtdığının daha bir nümunəsidir”, - deyə AYB sədri əlavə edib.

Yazıçı Anar Azərbaycanda keçirilən seçkilərin ənənəvi olaraq demokratik prinsiplərə uyğun təşkil edildiyini deyərək bunu yüksək qiymətləndirib.

Paylaş:
Baxılıb: 532 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31